Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Milli Onkologiya Mərkəzində bədxassəli şişlərin şüa müalicəsi üçün ən müasir universal sistem quraşdırılıb

Bakı, 5 noyabr, Elçin Hüseynov, AZƏRTAC

Azərbaycanda səhiyyənin ən vacib sahələrindən olan onkologiyaya xüsusi diqqət yetirilir. Ölkəmizdə bu sahədə də dövlət başçısının rəhbərliyi altında mühüm nailiyyətlər əldə olunub, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılıb. Azərbaycan Prezidentinin diqqət və qayğısının nəticəsi olaraq hazırda Milli Onkologiya Mərkəzi ən müasir tibbi texnikalar ilə təchiz edilib. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzi artıq dünyanın ən qabaqcıl onkoloji mərkəzləri ilə müqayisə oluna bilər.

Qürurverici haldır ki, Milli Onkologiya Mərkəzində - Azərbaycanda 1020 çarpayılıq klinik bazası olan, bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikasına dair məsələlərin öyrənilməsi ilə məşğul olan aparıcı ixtisaslaşmış elmi-tədqiqat müəssisəsində şüa müalicəsinin aparılması üçün ən müasir universal “TrueBeam™ STx” aparat sistemi quraşdırılıb.

Bu barədə AZƏRTAC-a məlumat verən Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbəri, Əməkdar Elm Xadimi, professor İsa İsayev bildirib ki, əhalinin sağlamlığını hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin göstərişinə əsasən bu aparatın mərkəzdə quraşdırılmasına bu ilin yanvarından başlanılıb. Eyni zamanda, bu texnologiya ilə işləməyi bacaran kadrların (həkim, mühəndis, fizik, texniklər) hazırlanması istiqamətində də intensiv işlər aparılıb. Noyabrın 5-də artıq “TrueBeam™ STx” sisteminin açılışı olub və burada ilk xəstəyə radioterapiya aparılıb. Açılış mərasimində çıxış edən Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Azərbaycanda onkologiya sahəsində dövlət başçısının rəhbərliyi altında mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və kadr hazırlığı istiqamətində görülmüş işlər barədə məlumat verib və tibb işçilərinə işlərində uğurlar arzulayıb.

Qeyd etmək lazımdır ki, ABŞ-da istehsal olunan “TrueBeam™ STx” aparatı bədxassəli şişlərin şüa müalicəsi üçün ən müasir universal sistemdir. Bu sistem bədxassəli şişlərin müalicəsini bütün müasir metodlarla - 2 D, 3D distansion şüa müalicəsi, İMRT, rapidarc, stereotaktik radiocərrahiyyə və radioterapiya aparılmağa imkan verir. Rəqəmsal idarə sistemi ilə idarə olunan bu avadanlıq vasitəsilə hətta 3 mm ölçüdə şişləri müalicə etmək mümkündür.

Sevindirici haldır ki, artıq Milli Onkologiya Mərkəzini ABŞ-da, Avropa ölkələrində də yaxşı tanıyırlar. Bu faktı 2014-cü il oktyabrın 8-də Azərbaycan Respublikasının Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın xərçəng xəstəliyində şüa müalicəsinin aparılması üçün ən müasir texnologiyalar layihələşdirən və istehsal edən “Varian Medikal Sistems” şirkəti arasında imzalanmış əməkdaşlıq sazişi sübut edir. Əməkdaşlıq sazişini Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və “Varian Medikal Sistems” şirkətinin vitse-prezidenti Fritz Derrer imzalayıblar. Bu sazişlə Milli Onkologiya Mərkəzinə rəsmi olaraq beynəlxalq tədris və məsləhət mərkəzi statusu (Referens center) verilib. Beynəlxalq tədris və məsləhət mərkəzi statusu ancaq ən müasir texnologiyalara, yüksək ixtisaslı kadrlara, xəstələrin müayinə və müalicəsində böyük təcrübəsi olan klinikalara verilir. Belə mərkəzlər Avropanın 5 ölkəsində mövcuddur. Çox sevindiricidir ki, bağlanan sazişlə yeni mərkəz Bakı şəhərində Milli Onkologiya Mərkəzində fəaliyyət göstərir.

Professor İsa İsayev vurğulayıb ki, Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın “Varian Medikal Sistems” şirkəti arasında imzalanan əməkdaşlıq sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial siyasətin bəhrəsidir. İmzalanan saziş Azərbaycan Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın digər lider klinikalar tərəfindən qəbul olunmasını təsdiq edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Berlində əyləncə gəmisində baş verən insident nəticəsində 30 nəfər yaralanıb

Alimlər Alzheimer xəstəliyinin erkən əlamətini aşkarlayıblar

Harris ikinci sui-qəsd cəhdindən sonra Trampa zəng edib

Çempionlar Liqası: “Bavariya” 9 qolla qalib gəlib, “Milan” “Liverpul”a məğlub olub

Sorğu: Makron fransız siyasətçilərinin populyarlıq reytinqində 50 nəfər arasında 44-cü yerdədir

Şəhid Ülvi Bünyadzadəyə həsr olunmuş “Mən qorxmuram uzaq yola çıxmaqdan” kitabı çapdan çıxıb

Tokayev: Mərkəzi Asiya texnologiya transferi və istehsal üçün cəlbedici mərkəzdir

Səfir Lətif Qəndilov: Dünya ümidlərini COP29-un Bakıda keçiriləcək qərarlarına bağlayır

Belarusdakı diaspor üzvləri təltif ediliblər

NBA çempionu olmuş basketbolçunun oğlu yenidən Azərbaycan klubunda

Stefan Dujarrik: BMT-nin Baş katibi COP29-un çox uğurlu olacağına inanır

Azərbaycan Badminton Federasiyası ilə Tailand Badminton Assosiasiyası arasında memorandum imzalanıb

Səyyah: Azərbaycanın milli mətbəxini bəyənirəm

Hövsandan metronun “28 May” stansiyası istiqamətində yeni ekspres marşrutu fəaliyyətə başlayır

Dünyaşöhrətli səyyah: Bəxtimiz gətirdi ki, hava möhtəşəm idi

Vitse-prezident: Tarixi anlara şahidlik etmək qürurverici hissdir

Azərbaycan cinayət məsuliyyətinə cəlb olunan üç Türkiyə vətəndaşını qarşı tərəfə təhvil verib

Azərbaycan nüfuzlu beynəlxalq reytinqdə tarixi göstəriciyə nail olub

Çempionlar Liqası: “Sabah” İsveç klubuna uduzub

Bakıda Azərbaycan-İraq biznes forumu keçirilib

Azərbaycan ilə Qazaxıstan arasında ikitərəfli və çoxtərəfli strateji əməkdaşlıq məsələləri müzakirə olunub

COP29 zamanı Bakıda optimallaşdırılmış nəqliyyat sxemi tətbiq ediləcək

İşçi qrupun iclasında Vahid Məhkəmə Portalı üzrə yaradılmış yeni funksional imkanlar təqdim olunub

XİN: USAID rəsmilərinin Azərbaycan əleyhinə səsləndirdikləri iddialar separatizmin təşviqindən başqa bir şey deyil

Rumıniya parlamentində yanğın törədilib, 300-dən çox insan təxliyə olunub

USAID-in Ermənistana yardımını artırması: diasporun 24 il əvvəl başlatdığı “Samanta Pauer” layihəsi - Araşdırma

Milli Teatrda iki yeni tamaşa hazırlanacaq

İranın Livandakı səfiri peycerin partlaması nəticəsində yaralanıb

Azərbaycan və İraq qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndirib

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

“Struma səhnələri” festivalında Azərbaycan uşaqlarının rəsmləri nümayiş olunub

Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb binası istifadəyə verilib

Dünyaşöhrətli səyyahlar ilk dəfə Xəzər dənizini üzərək keçiblər

Britaniyanın xarici işlər naziri: İqlim dəyişikliyi terrordan daha fundamental təhlükədir

"COP29-la bağlı beynəlxalq təşəbbüslər" qrant müsabiqəsinin nəticələri elan olunub

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

® “Unibankın” “Əjdaha” lotereyasının ikinci tirajının qalibləri kimlər olacaq?

Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edir

“Lokomotiv və vaqonlar” tamaşası Kukla Teatrının səhnəsində

Bəstəkarlar İttifaqı Musiqi Günü münasibətilə silsilə təbdirlər keçirəcək

Gürcüstan parlamenti “Amnistiya haqqında” qanun layihəsini qəbul edib

Skripka ifaçısı: Azərbaycanı layiqincə təmsil etmək mənim üçün qürurvericidir

Mario Draqi: Avropa azadlığını itirmək riski daşıyır

Dünyanın ən yaxşı qadın futbolçuları bəlli olub

® “Birbank Star” kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayır

Pompidu Mərkəzi sürrealizmin 100 illiyi şərəfinə “Sürrealizm” adlı sərgisini təqdim edir

Naxçıvanda STEAM Təlim-Tədris Mərkəzinə şagird qəbulu başlayır

® FCHAIN-in baş direktorunun müavini Şuşada keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib

Suverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın növbəti hədəfi  ŞƏRH

BDU ilə “Quacquarelli Symonds” reytinq təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bu ilin 8 ayında 45,6 min qadın məşğulluq tədbirlərinə cəlb olunub

Türklərin yaşamadığı “Türkiyə”

Çinli mütəxəssis: Rəsmi Bakının iqtisadiyyatını şaxələndirmək istəyi BRICS-in baxışı ilə üst-üstə düşür - MÜSAHİBƏ

Braziliya və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Naxçıvan şəhərinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Ali Məhkəmənin Elmi-məsləhət şurasının iclasında ad-hoc üzv kimi iştirak etmək istəyən hüquqşünaslara müraciət olunub

Oman mətbuatı Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumundan yazıb

ATU ilə "IST Services" arasında müqavilə imzalanıb

Xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

CBC-nin Urmiya gölünə həsr olunan filmi Xorvatiyada nümayiş etdiriləcək

Musiqili Teatr dörd aylıq repertuar planını açıqlayıb

Bakıda və Samuxda keçirilən əməliyyatlar zamanı 24 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan klubu iki amerikalı basketbolçunu heyətinə qatıb

Ölkəmizdə geomaqnit qasırğası maksimum həddə müşahidə olunur- AÇIQLAMA VİDEO

Şuşada “İdeoloji mübarizədə din amili: mediadan gözləntilər” mövzusunda seminar keçiriləcək

Naxçıvan Dövlət Universitetinin Tibb ixtisası üzrə SABAH qruplarına tələbə qəbulu keçirilib

Heydər Əliyev Fondunun İmişlinin Aranlı kəndinin şagirdlərinə yeni dərs ili hədiyyəsi FOTO VİDEO

Dənizkənarı Bulvar İdarəsinin sabiq vəzifəli şəxsi barəsində cinayət işi başlanıb

Fransa Milli Assambleyasının Bürosu Makronun impiçment prosedurunu təsdiqləyib

Yengicə su anbarının tutumu 17,5 milyon kub olacaq - tikinti işləri davam edir  FOTO

Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları gənc güləşçilərlə görüşüblər

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

AzMİU ilə “QS” reytinq agentliyi əməkdaşlığa başlayır

® “Startup World Cup” tədbiri “Azercell”in tərəfdaşlığı ilə baş tutacaq Qalib komanda Azərbaycanı ABŞ-da təmsil edəcək

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Qax Dövlət Kukla Teatrı yeni mövsümü “Tülkü və quyruq” tamaşası ilə açıb

Ekvadorda quraqlıq səbəbindən elektrik enerjisi təchizatı dayandırılıb

Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb

Naxçıvanda süni intellekt həlləri ilə dizayn müsabiqəsinə start verilib

S.H.Hətəmovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ƏMAS platformasında elektron qaydada 270 mindən çox əmək müqaviləsi imzalanıb

R.G.Xəlilovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.H.Hətəmovun Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

R.G.Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mehmet Perinçek: İrana düşmən olan cəbhə Zəngəzur dəhlizinin əleyhinədir, Tehran bu tələyə düşməməlidir – ŞƏRH

Mediasiya Şurasının üzvü olan qadınların sayı açıqlanıb

Gələn ilin əvvəlinə İraqa ixrac missiyası planlaşdırılır

Azərbaycan musiqisi Norveçdə səsləndirilib

Qaradağ rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa olunan körpələr evi-uşaq bağçası istifadəyə verilib

"Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun təsdiqlənmiş Yol Xəritəsi çərçivəsində qanunvericilik islahatları paketi hazırlanıb VİDEO

Yeni tədris ilinin başlanması münasibətilə DSX-nin Xüsusi Məktəbində tədbir təşkil olunub VİDEO

UNEC Özbəkistan universitetləri ilə əlaqələri genişləndirir

2024-cü il “Buker” mükafatının qısa siyahısı açıqlanıb

Azərbaycan-İraq Biznes Şurasının yaradılması haqqında sənəd imzalanıb - YENİLƏNİB VİDEO

Viktor Orban beynəlxalq planlarını təxirə salıb

Dünya çempionatında qızıl medal qazanmış Azərbaycan gimnastları Vətənə dönüblər

İmmersiv və süni intellektə əsaslanan jurnalistika mövzusunda tədqiqat aparılıb

Çində 30 MVt gücündə dünyada ən böyük volan enerji saxlayan qurğu istifadəyə verilib

Ceyms Kemeron Xirosima faciəsi haqqında film çəkəcək

Azərbaycanlı müəllifin nağılı udmurt dilində