Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Milli qurtuluşun dönməzliyi taleyüklü və mühüm tarixi addımların atılmasını şərtləndirir

Milli qurtuluşun dönməzliyi taleyüklü və mühüm tarixi addımların atılmasını şərtləndirir

Bakı, 13 iyun, AZƏRTAC

Müstəqil Azərbaycanın ən yeni tarixinin daha bir əlamətdar hadisəsini qeyd edirik. Xalqımızın müstəqilliyinin bərpasından sonra üzləşdiyi çətinlik, təhlükə və bəlalardan xilas olması üçün tarixi fürsəti düzgün qiymətləndirdiyi həmin hadisə uzun illərdir ki, ölkəmizdə ən əziz bayramlardan hesab olunur. Təqvimimizə Milli Qurtuluş Günü kimi həkk olunan 15 İyun tarixi ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin ali hakimiyyətində təmsil olunmaq təklifini qəbul edərək Azərbaycan parlamentinin sədri seçildiyi gündür.

Həmin tarixi hadisənin şahidi olanların da birmənalı şəkildə söylədiyi kimi, təkcə Ulu Öndərin Naxçıvandan Bakıya gəlməsi və 1993-cü il iyunun 15-də parlamentdə baş tutan səsvermənin nəticəsi həmin günü əlamətdar edən səbəb olmayıb. Əsas tarixi məsələ müharibə aparan dövlətin cəbhə bölgəsinə yaxın olan ikinci böyük şəhərində 10 gün əvvəl baş vermiş qiyam, daha doğrusu, ovaxtkı iqtidarın Gəncədəki hərbi hissəyə silahlı müdaxilə etmək cəhdinin uğursuzluğunun nəticəsi olaraq vətəndaş müharibəsi təhlükəsi ilə üzləşən ölkənin rəhbərliyinə xilaskarlıq missiyası şübhə doğurmayan şəxsin gəlməsi idi.

Hadisələrin sonrakı gedişi ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin həyata keçirilməsi nəticəsində Azərbaycanda yaradılan sabitlik və əmin-amanlıq xalqın inamının əbəs olmadığını göstərdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov deyib. O bildirib ki, qısa müddətdə təhlükəsizlik və ordu quruculuğu sahəsində atılan addımların hesabına cəbhədə əldə edilən uğurlar yeni ərazilərin işğalına həvəslənən düşməni atəşkəs masasına oturmağa məcbur etdi. Belə ki, təxminən bir il ərzində əldə edilən nailiyyətlər ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından başlanan yolun Milli Qurtuluşun əsası olduğunu göstərdi. Buna görə də sonrakı illərdə özünün sabitlik və inkişaf dövrünü yaşayan xalqımızın həmin tarixin əbədiləşdirilməsi istiqamətində tələbləri rəsmiləsdirildi.

2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev Ümummilli Liderin layiqli davamçısı kimi xilaskarlıq missiyasını işğal altında olan torpaqların azad edilməsi istiqamətində davam etdirdi.

Heç şübhəsiz, Qurtuluşdan Qələbəyə doğru gedən yol o qədər də hamar olmadı. Bu müqəddəs missiyanın həyata keçirilməsinə aparan yol enişli-yoxuşlu olsa da, davamlı və xalqımızın maraqlarına xidmət edən geniş fəaliyyətlərlə seçilən prosesə çevrildi və uğurla nəticələndi. Dünyada qlobal səviyyədə qəbul edilmiş humanist dəyərləri və beynəlxalq hüquq prinsiplərini həmişə əsas götürən Azərbaycan Respublikası işğala məruz qalan tərəf olsa da, heç vaxt sülh danışıqlarından imtina etməyib. Bu siyasətin nəticəsidir ki, 1994-cü ilin mayında elan edilən atəşkəsdən sonra torpaqları işğal altında olsa da, 1 milyona yaxın vətəndaşı məcburi köçkün vəziyyətində yaşasa da, münaqişənin danışıqlar yolu ilə həllinə çalışıb. Eyni zamanda, Azərbaycan dövləti sadəcə vaxt uzatmağa çalışan, 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda (Tovuz döyüşləri) təxribat törədən, yeni ərazilər işğal etməkdən də çəkinmədiyini nümayiş etdirən işğalçı tərəfi yerində otuzdurmağı bacarıb.

2020-ci ilin sentyabrında baş verən düşmən təxribatını dayandırmaq üçün başlayan əks-hücum əməliyyatı isə Azərbaycan dövləti üçün müqəddəs savaşın başlanğıcı oldu. Atəşkəs dövründə Ulu Öndərin əsasını qoyduğu və dünyanın ən inkişaf etmiş dövlətlərinin malik olduğu müasir silahlı qüvvələrini yarada bilən Azərbaycan 44 günlük müharibədə öz torpaqlarını işğaldan azad etmək qüdrətində olduğunu sübut etdi.

Döyüş meydanında əldə edilən zəfər diplomatik masada, eyni zamanda, dinc quruculuq dövrü üçün mühüm geostrateji addımların atılmasını şərtləndirdi. Vətən müharibəsindəki Qələbədən sonra ilk dəfə 15 İyun - Milli Qurtuluş Gününü qalib olaraq qeyd edən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində 2021-ci ildə daha bir tarixi hadisə yaşandı. Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərinin yeni mərhələyə qədəm qoymasını labüdləsdirən Şuşa Bəyannaməsi imzalandı.

“Heç kimə sirr deyil ki, milli qurtuluşun dönməzliyi taleyüklü və mühüm tarixi addımların atılmasını şərtləndirir. Bu baxımdan, xalqımızın müstəqillik dövründə mühüm yerə malik olan 15 İyunda daha bir tarixi önəm daşıyan aktın imzalanması ilə milli qurtuluşumuzun daha da möhkəmləndirilməsi və daimi olması baxımından yüksək qiymətləndirilir.

Beləliklə, 29 illiyini qeyd etdiyimiz Milli Qurtuluş Günündə, eyni zamanda, doğma və müqəddəs Şuşa şəhərimizdə baş verən tarixi hadisənin ildönümündə, iki qardaş ölkənin - Azərbaycan və Türkiyənin müttəfiqliyini qürurla yada salırıq. Sözsüz ki, bu qürurverici anları bizə yaşadan Ümummilli Liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mühüm rolunu vurğulamağı özümüzə borc bilir, illər keçdikcə xüsusi önəm qazanan Milli Qurtuluşun xalqımız üçün daimi və əbədi olması arzusu ilə bir daha xilaskarımız Ulu Öndər Heydər Əliyevi ehtiramla anırıq!”, - deyə B.Aslanov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır