Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Milli Xalça Muzeyində “Ləmpə” xalçasının təqdimat mərasimi keçirilib

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Elmira Süleymanova “Ləmpə” xalçasını Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil edilən təqdimat mərasimində Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” çərçivəsində son illərdə muzeyə müxtəlif təşkilatlar, o cümlədən Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, azərbaycanlı və xarici xeyriyyəçilər, kolleksiyaçılar tərəfindən tarixi və bədii əhəmiyyətli xalçalar hədiyyə edildiyini deyib. O söyləyib ki, hazırda təqdim edilən “Ləmpə” xalçası da dəyərli hədiyyə kimi, Şuşa filialının kolleksiyasını zənginləşdirən daha bir sənət əsəridir.

Şirin Məlikova vurğulayıb ki, bu sənət nümunəsi 1930-cu illərdə Şuşada toxunub: “Belə xalçaların ilk nümunələri XIX əsrin əvvəllərindən Şuşa şəhərində toxunmağa başlanılıb. “Şuşa” adı ilə də tanınan bu cür xalçalar imarət və sarayların bəzədilməsində istifadə olunurdu. “Ləmpə” xalçası sonralar Qarabağda dəst xalı-gəbə kimi geniş yayılıb. Bu xalça dəstləri iki yan (kənarə) və bir orta xalıdan ibarətdir. Təqdim olunan xalça isə dəst xalı-gəbənin kənarəsidir. “Ləmpə” xalçasını bəzəyən stilizə olunmuş gül-çiçək, xarıbülbül, yarpaq naxışları Qarabağın təbiətinə xas olan ecazkar gözəlliklərlə yanaşı, burada yaşayan insanların estetik zövqünü də ifadə edir. Dünya muzeylərində və müxtəlif kolleksiyalarda qorunan bu cür unikal xalçalar indiyədək öz şöhrətini qoruyub saxlayır”.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, Qarabağ, Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci il ölkəmizdə “Şuşa İli” elan edilib. Bu il 35 illik yubileyini qeyd edən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının məhz “Şuşa İli”ndə yenidən öz doğma şəhərinə qayıtması və onun üçün ayrılmış gözəl məkanda fəaliyyətə başlaması tarixi hadisə olacaq. Əlamətdar haldır ki, yubiley ilində hörmətli Elmira Süleymanova tərəfindən Qarabağ xalçaçılıq məktəbinin gözəl nümunəsi olan Şuşanın “Ləmpə” xalçası Milli Xalça Muzeyinin Şuşa filialına hədiyyə edilir.

Sevda Məmmədəliyeva vurğulayıb ki, Elmira Süleymanova ölkəmizdə və beynəlxalq aləmdə tanınmış ictimai-siyasi xadim, görkəmli alim olmaqla yanaşı, gözəl qəlbli xanım, təvazökar insan, əsl vətənpərvər, böyük ziyalıdır: “Elmira xanım Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsil aldığı illərdə mənim atam, akademik Yusuf Məmmədəliyevin rəhbərliyi altında elmi işlə məşğul olmağa başlayıb. Elmira xanım müəlliminin yolunu həm elmi işçi kimi, həm də ictimai-siyasi xadim olmaqla davam etdirib. Ən başlıcası isə Yusuf Məmmədəliyevin Vətənə sonsuz məhəbbət, Azərbaycanın tarixinə, mədəniyyətinə, milli ənənələrinə hörmət, öz xalqına fədakarlıqla xidmət etmək kimi xüsusiyyətləri də Elmira xanım tərəfindən davam etdirilir. Elmira xanımın öz nəslinin ulularından qalmış, ona əziz olan şəxsi əmlakını muzeyə hədiyyə etməsi təqdirəlayiq haldır. Bu, Elmira xanımın muzeyə Zəfər töhfəsidir. Əminəm ki, Elmira xanımın bu nəcib əməli gözəl örnək olacaq. Öz şəxsi əşyalarını muzeylərimizə, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə fəaliyyətini bərpa edəcək muzeylərə hədiyyə edən həmvətənlərimizin sayı getdikcə artacaq. Bu, mədəni irsimizin qorunub yaşadılması və gələcək nəsillərə ötürülməsinə, möhtəşəm Qələbəmizə böyük töhfə olacaq. Bir daha Elmira xanıma xeyirxah təşəbbüsü üçün minnətdarlıq edir və milli ənənələrimizin yaşaması, əldə etdiyimiz şanlı Zəfərin əbədiləşməsi yolunda atdığı bu gözəl və dəyərli addıma görə təşəkkürümüzü bildiririk”.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsalə Fətəliyeva vurğulayıb ki, Şuşa ailələrində olan ənənələrdən biri də o idi ki, başqa bir evə gəlin köçən qızın cehizində mütləq Şuşanın xalçaları qoyulurdu. Qarabağ xalçaları içərisində əvəzsiz olan Şuşa xalçaları sənətkarlıq baxımından fərqli olub.

Milli Xalça Muzeyinin əməkdaşı, Əməkdar rəssam, dosent Məmmədhüseyn Hüseynov söyləyib ki, türklərin 4 müqəddəs hədiyyəsi var və bunlar prinsip etibarilə ta qədimdən bəri heç vaxt dəyişməyib: qılınc, at, çadır və xalça: “Xalça bizim varlığımızı, kimliyimizi, qədimdən bəri gələn həyat tərzimizi və s. ehtiva edən sənət növüdür. Bu gün Avropanın bir sıra muzeylərində Azərbaycan xalçaları saxlanılır. Biz özümüzə aid olan xalçaları öyrənməliyik”.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Elmira Süleymanovanın ombudsman kimi fəaliyyəti haqqında danışıb. Qeyd edib ki, ölkəmizin ilk ombudsmanı olan Elmira Süleymanova uzun illər uğurla fəaliyyət göstərib: “Elmira xanımın müvəkkil olaraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna xidmətləri olub. Mən Elmira xanıma bütün göstərdiyi xidmətlərə görə öz təşəkkürümü bildirirəm. Biz də çalışacağıq ki, gələcək fəaliyyətimizdə bu məsələləri daim nəzarətdə saxlayaq. Mən həm Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan soydaşlarımızı ermənilərin törətdikləri müharibə cinayətləri haqqında daha geniş təbliğat aparmağa dəvət edirəm. Bu, bizim hər birimizin vətəndaş borcudur”.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva Elmira Süleymanovanın elmi, dövlət və ictimai fəaliyyəti haqqında söz açaraq ona muzeyə bağışladığı xalçaya görə təşəkkür ediblər.

Daha sonra çıxış edən professor Elmira Süleymanova göstərilən diqqətə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Sonda qonaqlar “Ləmpə” xalçası ilə yaxından tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi