Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

Bakı, 2 iyun, AZƏRTAC
Yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.
MDU-dan AZƏRTAC-a bildiriblər ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri iyunun 3-dən başlayaraq imtahan sessiyası ərzində hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunacaq.
Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə biləcəklər.
Görüşlərə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.