Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Mingəçevir Dövlət Universitetində şəhid məzun Əzəmi Hüseynova həsr olunan anım tədbiri keçirilib

Bakı, 8 oktyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə universitetin şəhid məzunu Əzəmi Hüseynovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Böyük akt zalında təşkil olunan tədbirdə şəhidin ailə üzvləri və döyüş yoldaşları, şəhər ictimaiyyəti nümayəndələri, universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti sayəsində tarixi Zəfərin qazanılması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən bir il ötdüyünü qeyd edən rektor milli tariximizə qızıl hərflərlə əbədi həkk olunan möhtəşəm qalibiyyəti xalqımıza yaşadan əsgər və zabitlərimizlə qürur duyduğunu bildirib.

Azərbaycanın suverenliyi və xoşbəxt gələcəyi yolunda yüksək fədakarlıq və şücaət göstərən Əzəmi kimi qəhrəman oğulların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını və böyük ehtiramla anılacağını bildirən Ş.Bayramov əzəli torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Xalqımızın qəhrəmanlıq salnaməsini yazaraq müasir gənclik üçün ən parlaq vətənpərvərlik nümunələrini ortaya qoyan şəhidlərimizin adlarının əbədiləşdirilməsinin dövlətin daim diqqət mərkəzində olduğunu deyən rektor MDU-da şəhid məzunların tələbə gənclərə tanıdılması və onların göstərdikləri şücaətlərin təbliğ edilməsi istiqamətində görülən işlərdən söhbət açıb.

Təhsil aldıqları, gənclik dövrünün ən maraqlı və yaddaqalan anlarını keçirdikləri doğma universitetdə bütün şəhid məzunların əziz xatirələrinin daim yaşayacağını qeyd edən Ş.Bayramov bu məqsədlə universitetdə yeni yaradılan TVİM-in fəaliyyətini xüsusi vurğulayıb.

Əzəmi Hüseynovun uğrunda şəhid olduğu doğma Qarabağın gündən-günə dirçəldiyini vurğulayan Ş.Bayramov bu gün bütün şəhidlərimizin ruhunun şad olduğunu söyləyib.

Sonra şəhid Əzəmi Hüseynovun xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib. Videoçarxda qəhrəman məzunun uşaqlıq illərindən, orta məktəb və universitet xatirələrindən, keçdiyi şərəfli döyüş yolundan bəhs olunub.

Tədbirdə şəhidin anası Sayad Hüseynova və bacısı Elnarə Hüseynova Əzəmi ilə bağlı xatirələrini bölüşüb, onun uşaqlıqdan Vətənə olan sonsuz sevgisindən danışıb və ən böyük arzularından birinin Şuşanın azadlığını görmək olduğunu qeyd ediblər. Şəhidin ailə üzvləri Əzəminin və digər bütün qəhrəman övladların məzunu olduqları universitetdə adlarının uca tutulmasından məmnunluqlarını bildiriblər.

Əzəmi Hüseynovun tələbəlik illərindən danışan MDU-nun Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva, Mexanika kafedrasının müdiri Mahir İsmayılov, Magistratura və doktorantlarla iş şöbəsinin baş mütəxəssisi Vəfa Məhərrəmova onun nizam-intizamlı, vətənpərvər və ağıllı bir gənc olduğunu, müəllimlərinə dərin hörmət və ehtiramla yanaşdığını qeyd edib, universitetin ən dəyərli məzunlarından biri kimi Əzəmi ilə hər zaman qürur duyduqlarını deyiblər.

Şəhidin döyüş yoldaşları qazi Cahid Baxşalızadə və qazi Mürsəl Hacıyev Əzəmi ilə tanışlıqlarından, birlikdə iştirak etdikləri döyüşlərdən, onun göstərdiyi fədakarlıq və şücaətdən danışıb, gənclərin vətənpərvər ruhda yetişdirilməsində böyük önəm kəsb edən belə tədbirlərin keçirilməsini təqdirəlayiq hesab ediblər.

Sonra MDU-nun tələbə gənclərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib, qəhrəman şəhidlərimizə həsr edilən videoçarxlar nümayiş olunub.

Bildirilib ki, MDU-nun şəhid məzunu Ə.Hüseynov 2020-ci il oktyabrın 8-də 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, tələbə gənclərin xalqına, vətəninə və dövlətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi işinə xüsusi önəm verən MDU-da Vətən müharibəsinə və əldə edilən tarixi Zəfərə həsr olunan, qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, cəsur əsgər və zabitlərimizin göstərdikləri şücaət və vətənpərvərlik nümunələrinin tələbə gənclərə ötürülməsinə xidmət edən, tariximizin faciəvi və şanlı səhifələrinin öyrənilməsinə və təbliğ edilməsinə hədəflənən müxtəlif formatlı çoxsaylı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə fəaliyyətləri çevik və səmərəli əlaqələndirmək üçün universitetdə Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi yaradılıb. Universitetin şəhid məzunu Əzəmi Hüseynovun həyat yoldaşı Minayə Hüseynova hazırda Mərkəzin koordinatoru vəzifəsində çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərbaycanda müasir idarəetmə formaları: yeni reallıqlar və perspektivlər” – DİA-da elmi konfrans

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Mormon Kilsəsinin və Stirlinq Fondunun nümayəndələrini qəbul edib

Azərbaycanla Əlcəzair arasında ikitərəfli və regional məsələlər müzakirə olunub

Naxçıvan şəhərində evdə yanğın olub

Politoloq: Azərbaycan enerji təhlükəsizliyində Avropa İttifaqının önəmli strateji tərəfdaşıdır

Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb

Pakistan Azərbaycana COP29-la bağlı texniki təcrübə təklif edib

Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq

Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb

İqtisadçı ekspert AzMİU tələbələri üçün master-klas keçib

Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir

Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb

XTQ-nin yaradılmasının 25-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb

Türkiyədə “Heydər Əliyev adına təqaüd” proqramında iştirak etmək üçün ərizələrin qəbuluna başlanılıb

RF XİN: Rusiyaya gələn əcnəbi vətəndaşların ətraflı yoxlanılması müvəqqəti xarakter daşıyır

Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb

BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər

Azərbaycan Respublikası Prezidentinin “Tələbə-məzun” dövlət elektron məlumat sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında” 2010-cu il 23 fevral tarixli 225 nömrəli, “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 3 mart tarixli 391 nömrəli, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin təsdiqi barədə” 2012-ci il 13 fevral tarixli 593 nömrəli və “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

APOPO-nun nümayəndələri Bakı Mühəndislik Universitetində olublar

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında” 2004-cü il 29 dekabr tarixli 172 nömrəli, “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2004-cü il 5 mart tarixli 597-IIQD nömrəli Qanununun icrasının təmin edilməsi barədə” 2005-ci il 18 iyul tarixli 262 nömrəli və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir

Dövlət Məşğulluq Agentliyi yenidən “Antikorrupsiya İdarəetmə sistemi” üzrə ISO sertifikatına layiq görülüb

Bakı Təşəbbüs Qrupu və Fransız Polineziyasının Tavini Huiraatira partiyası əməkdaşlığı genişləndirir VİDEO

Sumqayıtda avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücülər saxlanılıb

BMTM-də Pakistanın Hərbi Hava Qüvvələri Akademiyasının heyəti ilə görüş olub

Bakı-Ələt-Qazax avtomobil yolunun 284-cü kilometrliyində qurumuş ağaclar ərazidən götürülüb

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır VİDEO

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir