Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİNİMUM AYLIQ ƏMƏK HAQQININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların pul gəlirlərini artırmaq və aztəminatlı əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:

1. Minimum aylıq əmək haqqının məbləği 2005-ci il oktyabrın 1-dən 20 faiz artırılaraq 150000 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 163 nömrəli Fərmanının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin