Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİNİMUM AYLIQ ƏMƏK HAQQININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilmiş dövlət siyasətinə uyğun olaraq, ölkədə yoxsulluğun azaldılmasını və aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1.Minimum aylıq əmək haqqının məbləği 2004-cü ilin iyulun 1-dən 100000 manat müəyyən edilsin.

2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 910 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 iyun 2004-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin