ELM VƏ TƏHSİL
MİNİMUM BİLİYİ OLMAYAN ŞAGİRDLƏRƏ ATTESTAT VERİLMƏYƏCƏKDİR
Orta məktəblərin minimum biliyi olmayan şagirdlərinə attestat verilməyəcəkdir. Məktəblərdə iyunun 6-da keçiriləcək mərkəzləşdirilmiş buraxılış imtahlarının məqsədi də məhz budur.
Bunu AZƏRTAC-a Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynli demişdir. O, bildirmişdir ki, həmin imtahanlarda şagirdlərə çox asan suallar təqdim olunacaqdır. Asan sullardan ibarət bank yaradılmışdır. Onlar şagirdin ən minimum bilik nümayiş etdirməsinə imkan verir. Əgər şagird bu suallara on bir il ərzində aldığı biliklər sayəsində cavab verməsə, o, orta təhsil haqqında sənəd almayacaqdır.