DÜNYA
Misirdə qanlı toqquşmalar olmuşdur
Bakı, 26 yanvar (AZƏRTAC). Misirdə 25 yanvar hadisələrinin 2-ci ildönümündə ölkənin bir neçə şəhərində təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma baş vermişdir. Səhiyyə Nazirliyinin məlumatına görə, qarşıdurmalar zamanı 9 nəfər ölmüş, 476 nəfər yaralanmışdır. Ölənlərdən biri asayiş keşikçisidir. Qahirənin Təhrir meydanına toplaşan etirazçılar 25 yanvar şəhidlərinin qisasının alınmasını, baş nazir və baş prokurorun istefasını, konstitusiyanın yenidən tərtib olunması və hakimiyyətin devrilməsini tələb etmişlər. Vəziyyəti nəzarətə götürmək üçün əraziyə əlavə qüvvələr cəlb olunmuşdur. Hadisələrə münasibət bildirən prezident Məhəmməd Mursi isə insanları zorakılığa təhrik edən şəxslərin məsuliyyətə cəlb olunacağını demişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [19:07]
İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib
- 06.05.2024 [17:27]
Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib
- 06.05.2024 [17:18]
Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil
- 06.05.2024 [17:08]
Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq
- 06.05.2024 [16:13]
Şotlandiya Milli Partiyasına yeni lider seçilib
- 06.05.2024 [15:55]
Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb
- 06.05.2024 [15:46]