MİSLİ GÖRÜNMƏMİŞ VƏHŞİLİK
Bakı, 24 fevral (AZƏRTAC). Fevralın 23-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Xocalı hadisələri zamanı girov götürülmüş Səttar Ağayev çıxışında əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən onun və yüzlərlə Xocalı sakininin başına gətirilən müsibətlərdən danışmışdır.
“Həsrət Yolu” əsir və girovlara kömək ictimai birliyinin sədri Esmira Orucova girovluqda olan Xocalı sakinlərinin azad edilməsi istiqamətində dövlət orqanları və qeyri-hökumət qurumları tərəfindən görülən tədbirlərdən danışmışdır. “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin sədri Şamil Ələkbərli Xocalı hadisəsinin dünyada soyqırımı kimi tanınması üçün görülən işlər barədə məlumat vermiş, şair Yusif Savalan Almaniyada keçirdiyi görüşlərdə ermənilərin Qarabağda törətdikləri vəhşiliklərdən söhbət açdığını söyləmişdir.
Tədbirdə “Qarabağ bizi çağırır” adlı film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]