Azərbaycan Dövlət İnformasiya Agentliyi

Möhtəşəm İsveçrə

Çarli Çaplinin sevimli şəhəri - Veve

Bakı, 17 iyun, AZƏRTAC

Cenevrə gölü regionunu həm də İsveçrə Rivyerası adlandırırlar. Bu yerlərdə səyahət etmək adama ancaq zövq verir. Göl boyunca şəhərlər bir-birini əvəzləyir. Yəni Lozannada keçirdiyiniz günün səhərisi Veveyə, ertəsi gün isə Montreyə yollana bilərsiniz. Lozanna ilə Veve arasında məsafə cəmi 26 kilometrdir. Budur artıq heyrətamiz arxitektura və təbiətlə görüşə yollanmağa, dünyada ilk Qida Muzeyinə və Çarli Çaplinin ömrünün son 25 ilində yaşadığı malikanəyə getməyə hazır vəziyyətdə Vevenin əsas vağzalının vestibülündə dayanmışıq.

Fermer bazarı, gəmilər və ilham mənbəyi

Veve kiçik kurort şəhəridir. Buranın ab-havası qayğısız şəkildə gəzib-dolaşmaq istəyi yaradır. Vağzalyanı Plas-de-la-Qar meydanından Qran-Plas və körpüyə tərəf hərəkət edirik. Addımbaşı qarşımıza qədim abidələr, muzeylər, çoxsaylı mağazalar və sənətkar məmulatının satıldığı suvenir dükanları çıxır. Daş döşənmiş ensiz küçələrdə dolaşaraq baharın bihuşedici ətrini uduruq və mərkəzi meydana çıxırıq. Çərşənbə axşamları və şənbə günləri burada fermer bazarları təşkil edilir.

Bu gün çərşənbə axşamının səhəridir. Odur ki, satıcı və alıcıların vurnuxduğu ticarət cərgələrinin əlindən iynə atsan yerə düşməz. Hər tərəfdə çiçəklər, meyvə-tərəvəz, məşhur İsveçrə pendiri, təzə balıq, əntiq mallar, suvenirlər və s. qoyulmuş rəngarəng piştaxtalar var. Burada həm yerli, həm də xarici mallar satılır. Məsələn, afrikalılar ekzotik meyvələr, Yaxın şərqli qonaqlar ədviyyat, hindlilər isə yerindəcə hazırladıqları milli yeməklərini təklif edirlər. Bələdçimizin sözlərinə görə, şənbə günləri burada alverlə yanaşı, şeypur və Alp sümsülərinin (musiqi aləti) sədaları altında xalq kollektivlərinin çıxışları olur.

Qrand-Plasdan şərqdə, İsveçrə Fotoaparat Muzeyinin arxasında gözəl seyrəngah başlayır. Köks dolusu nəfəs alırıq. Axı Avropanın ən gözəl kurort regionlarından birində - Alp dağlarının qarlı zirvələrinin əhatəsində yerləşən Cenevrə gölünün sahilindəyik! Burada hava tərtəmiz, gölün suyu dumdurudur. Sahilin yanında qu quşları dəstə ilə dövrə vuraraq istirahət edənlərin onlara yem verməsini gözləyir. Şəhərin sakinləri və qonaqları bu quşları yemlədikləri üçün onlar insanlara çoxdan alışıblar və onlarla birlikdə maraqlı fotoşəkillər çəkdirməkdən çəkinmirlər.

Yeri gəlmişkən, bu kurort idilliyasını bəzən toy karvanının getdiyini xəbər verən avtomobil siqnallarının səsi pozur. Belə bir hadisənin şahidi olsanız, əsla təəccübləməyin. Sən demə, İsveçrədə toyu lap Azərbaycandakı kimi qeyd etmək - gəlin maşınlarını lent və şarlarla bəzəmək, ucadan siqnal vermək adəti var.

Fransızların Leman gölü adlandırdığı Cenevrə gölü gəmiçilik üçün münasibdir. Göldə sərnişin daşımalarını 1873-cü ildə yaradılmış İsveçrə gəmiçilik şirkəti həyata keçirir. Onun donanmasına hələ XX əsrin əvvəllərində inşa edilmiş azı səkkiz orijinal təkərli gəmi daxildir. Bu gəmilərdə İsveçrə Rivyerası boyu səyahət etməklə bərabər, iki addımlıqda yerləşən qonşu Fransaya da baş çəkmək olar. Fransanın gölün cənub sahilində yerləşən yaşayış məntəqələri, o cümlədən “Evia” mineral bulaqları ilə şöhrət qazanmış Evian-le-Ben şəhəri Vevedən aydın görünür.

İsveçrə Rivyerasının yamyaşıl olması, onun mülayim günəşli iqlimi və tərtəmiz havası təkcə istirahət deyil, həm də ilham mənbəyidir. Təsadüfi deyildir ki, bu region əsrlərdən bəri dünyanın hər yerindən yaradıcı insanları özünə cəlb edir. Vaxtilə Nikolay Qoqol “Ölü canlar” romanı üzərində işləmək üçün bura gəlib. Bunu onun Vevedə, gölün sahilindəki abidəsi də təsdiq edir. Bir az sonra qarşımıza daha bir tanış siluet çıxır: başına silindr şlyapa qoymuş, əlində əsa tutmuş qəribə məzəli adam. Bu, ailəsi ilə birlikdə Vevedə məskunlaşan və ömrünün son 25 ilini burada yaşayan Çarli Çaplinin boyu bərabərində olan abidəsidir. Onun barəsində bir az sonra danışacağıq.

İsveçrə mətbəxinin tarixi, işıq və rəssamlıq

Diqqətimizi qeyri-adi installyasiya çəkir: Çenevrə gölünün sularından dik çıxan nəhəng süfrə çəngəli. İsveçrəli heykəltəraş Jan-Pyer Zauqqun əsəri olan bu orijinal art-obyekt “Alimentarium” Qida Muzeyinin qarşısındadır. Paslanmayan poladdan hazırlanmış 8 metrlik çəngəl 1995-ci ildə əvvəlcə muzeyin 10 illiyi münasibəti ilə müvəqqəti eksponat kimi burada quraşdırılıb və bir ildən sonra sökülüb. Ancaq 2008-ci ildə imza toplandıqdan və ictimai müzakirələr aparıldıqdan sonra çəngəli yenə də əvvəlki yerinə qaytarıblar. İndi o, Vevenin ən tanınan rəmzidir.

Yeri gəlmişkən, Vevedə Qida Muzeyi də təsadüfən peyda olmayıb. Bu muzey qərargahı Vevedə yerləşən “Nestle” şirkəti tərəfindən 1985-ci ildə yaradılıb. Almaniyalı əczaçı Henri Nestl 1839-cu ildə Veveyə köçüb və Anri Nestle adını qəbul edib. O, 1867-ci ildə quru süd hazırlanması üsulunu kəşf etməklə, dünya qida sənayesinin ən iri şirkətlərindən birinin əsasını qoyub.

“Alimentarium” muzeyi qida istehsalı, emalı, hazırlanması və istehlakı proseslərinə həsr olunmuş daimi ekspozisiya təqdim edir. Ekspozisiya qidalanmanın müxtəlif aspektlərini əks etdirir və daim bir-birini əvəzləyən interaktiv sərgilər, kulinariya dərsləri və “Nestle” şirkətinin tarixini əks etdirən, onun məhsulları barədə məlumat verən sərgi ilə tamamlanır.

Onu da deyək ki, ötən il “Nestle” şirkəti Vevedə daha bir kompleksin - 3 min kvadratmetrdən çox ərazidə yerləşən nestin açılışı ilə özünün 150 illiyini qeyd edib. Bu kompleksi bir növ uşaqlar və böyüklər üçün interaktiv muzey də adlandırmaq olar. Nest Anri Nestlenin bir vaxtlar südəmər uşaqlar üçün məşhur qidanı hazırladığı məkanda yerləşir. Ekskursiyaya gələnlər şirkətin tarixi, onun “Cailler” şokoladı, “Maggi” ədviyyatı və “Thomy” mayonezi kimi məhsulları ilə tanış olurlar. Burada aktual mövzular, məsələn, sağlam həyat tərzi, düzgün qidalanma və ya istehsal prosesində sudan və digər təbii ehtiyatlardan səmərəli istifadə məsələləri müzakirə edilir. Kompleksə böyük istirahət salonu, mini uşaq fabriki, kafe, suvenir mağazası, habelə Anri Nestlenin ofis kimi istifadə etdiyi ev daxildir.

Mövzunun davamı olaraq, bir-iki kəlmə Vevenin daha bir maraqlı muzeyi - bir qədər əvvəl xatırlatdığımız İsveçrə Fotoaparat Muzeyi barədə danışmaq istəyirəm. Muzey fotoqrafımızı heyran qoydu. Axı burada XIX əsrdən tutmuş zəmanəmizə qədər mövcud olan unikal fotoaparat və foto ləvazimatı kolleksiyası toplanıb. Muzeydə obyektlərin optik təsvirini almağa imkan verən qurğunun - obskur kamerasının köməyi ilə “işıq rəssamlığı” üzrə ilk eksperimentlərin necə aparıldığını və ya sonralar kinonun yaranmasına gətirib çıxaran ilk animasiyalaşdırılmış təsvirlərin necə yaradıldığını görmək olar. Muzeyin keçmişlə indinin harmonik vəhdət təşkil edən çox gözəl daxili arxitekturası, çoxsaylı izahatlar, interaktiv displeylər və video proyeksiyaları onsuz da maraqlı olan bu ekspozisiyanı daha da cəlbedici edir.

“Çaplin dünyası”na səyahət

Çarli Çaplin yaradıcılığını bizim kimi məxsusi öyrənməyən insanlar bu böyük komikin uzun illər Cenevrə gölünün sahilində - Veve şəhərində yaşadığını öyrənəndə təəccüblənəcəklər. Bəs Hollivud ulduzu, amerikalıların sevimlisi necə olub ki, İsveçrəyə gedib çıxıb? Bu əhvalatın kədərli notları var.

Əvvələn, Çarli Çaplin heç də amerikalı deyildir. O, İngiltərədə anadan olub və boya-başa çatıb. ABŞ-a 1910-cu ildə artıq aktyor kimi gəlib və qısa müddətdə fenomenal şöhrət qazanıb. Üstəlik, Çaplin heç vaxt ABŞ vətəndaşı olmayıb. 1940-cı illərin sonu və 1957-ci il arasındakı dövrdə ABŞ-da antikommunist əhval-ruhiyyə qızışırdı. Çaplini Amerika əleyhinə fəaliyyətdə ittiham etməyə və ondan gizli kommunist kimi şübhələnməyə başlayırlar. Bu işdə onun yeni sənaye cəmiyyətində salamat qalmağa çalışan Balaca Avara ekran obrazı da az rol oynamayıb. Federal Təhqiqatlar Bürosunun başçısı Edqar Quver hələ 1930-cu illərdən Çaplin barəsində toplanan dosyeni davam etdirmək işini fəallaşdırmaq göstərişi verir. O, aktyoru ölkədən çıxarmağa çalışırdı. Çaplin “Səhnə işıqları” filminin dünya premyerasında iştirak etmək üçün 1952-ci ilin sentyabrında Londona gedir. E.Quver fürsətdən istifadə edib, aktyorun ölkəyə qayıtmasının immiqrasiya orqanları tərəfindən qadağan edilməsinə nail olur. Beləliklə, Çaplin Avropaya qayıdır və İsveçrənin Veve şəhərində məskunlaşır. O, 1977-ci ildə vəfat edənə qədər burada yaşayır.

Ötən əsrin 70-ci illərində ABŞ-da Çaplinə münasibət dəyişir. Ona hətta “Oskar” mükafatı təqdim edirlər. Amma ötən günlərin ağır təəssüratı qalır.

Çarli Çaplinin Vevedə xanımı və 8 uşağı ilə birlikdə yaşadığı Manuar-de-Ban malikanəsində (“Qovulmuş adamın malikanəsi”) 2016-cı ildə səssiz kino kralının muzeyi açılıb. Muzeydə böyük komikin şəxsi əşyalarını, fotoşəkillərini, əlyazmalarını, ailə arxivindən bioqrafiyasının müxtəlif dövrlərini əks etdirən materialları görmək olar. Malikanənin geniş parkla əhatə olunmuş ərazisindəki yeni binalarda onun yaradıcılığından söz açan eksponatlar təqdim edilib.

Çaplin qəhrəmanlarının mum fiqurları, habelə onun filmlərindən ən maraqlı səhnələrin böyük səylə qurulması xüsusi maraq doğurur. Budur “Böyük şəhərin işıqları” filmindən kor gülsatan qız, bu da “Balaca” filmindən balaca avaradır. Yaxınlıqda isə Çaplinin “Yeni əyyamlar” adlı sonuncu səssiz filminin gülməli restoran səhnəsinin dekorasiyaları qurulub.

Valehedici “Çaplin dünyası” bizdə unudulmaz təəssüratlar və bu bənzərsiz artistin iştirakı ilə bütün filmlərə yenidən baxmaq arzusu oyatdı.

Emil Eyyubov

Fotolar Fərhad Həşimovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr