Azərbaycan Dövlət İnformasiya Agentliyi

Möhtəşəm İsveçrə

Açıqcadakı şəhər - Montrö

Bakı, 24 iyun, AZƏRTAC

Montrö maşınla Cenevrə aeroportundan bir saatlıq məsafədə - İsveçrə Rivyerasının kurort zonasında yerləşir. Rahatladıcı, eyni zamanda ruhlandırıcı ab-havası olan bu şəhərdə turistlərin çox sevdikləri çeşidbəçeşid baxmalı və görməli məkanlar - tarixi abidələr, mənzərəli dalanlar, eksklüziv mağazalar var. Qədimilik həvəskarları Cenevrə gölünün əsrarəngiz mənzərələri fonunda yerləşən Orta Əsrlərə aid Şilyon qəsrinə valeh olacaqlar. Təbiəti sevənlər isə dağda yerləşən unikal “Marmot cənnəti” parkına getmək şansını əldən verməyəcəklər. Parkda bu heyvanlar təsvirəgəlməz gözəlliyin əhatəsində təbii şəraitdə yaşayır. Ancaq gəlin bütün bunlar haqqında növbə ilə danışaq!

Caz sədaları altında gəzinti

Müsafir olduğumuz qonşu Vevedən Montröyə qatarla cəmi altı dəqiqəyə gəldik. Mehmanxanamız - “Grand Hotel Suisse-Majestic” dəmir yolu stansiyasının yanındadır. Yüz illik tarixi olan bu dördulduzlu otel şəhərin lap mərkəzində - Cenevrə gölü sahilinin yaxınlığında yerləşir. Şəhərlə tanışlığa da elə buradan başlamaq istəyirik.

Montrö Cenevrə gölündə hər tərəfdən müdafiə olunmuş buxtada - Alp dağlarının başı qarlı möhtəşəm zirvələrinin əhatəsində yerləşir. Onun sahil zolağı bütün şəhər həyatının mərkəzidir. Veve ilə Montrönü birləşdirən və Şilyon qəsrinə qədər uzanan güllü-çiçəkli seyrəngah sanki gəl-gəl deyərək gəzintiyə dəvət edir. Hər tərəf yaşıllıqlar içində və abaddır. Özü də adətən Aralıq dənizi regionu ilə assosiasiya olunan bitkilər - palma və sərv ağacları mülayim iqlim sayəsində burada özlərini çox rahat hiss edir. Gölün hər yerində yelkənli gəmi və katerlər görünür. İsveçrə Rivyerasının sakinləri və qonaqları onlardan fəal istifadə edirlər. Gölün dumduru suyu həm çimmək, həm də su idman növləri üçün münasibdir. Sahildə Cenevrə gölünün rəmzlərindən biri sayılan saysız-hesabsız ağ qu quşları var.

Sahil boyunca yerləşən çoxsaylı binalar, o cümlədən otelimiz, habelə möhtəşəm “Fairmont Le Montreux Palace” “Gözəl əyyamlar” (“Belle Époque”) dövrünə aiddir. Sahildə canlı musiqinin ifa olunduğu çoxsaylı müasir kafe və restoranlar yerləşir. Bakı kimi, Montrö də caz şəhəridir. 1967-ci ildən etibarən burada hər il iyunun əvvəlində məşhur caz festivalı keçirilir və dünyanın hər yerindən ən yaxşı ifaçıları toplayır. Caz festivalı dövründə musiqi təkcə caz-klub və salonlarda səslənmir: improvizə edilmiş konsertləri park və küçələrdə də dinləmək olar. Maraqlıdır ki, festival lap əvvəldən sırf caz tədbiri kimi düşünülsə də, 1970-ci ildən burada soul, rok, blüz və s. kimi istiqamətləri təmsil edən musiqiçilər də iştirak edirlər. “Rolling Stones”, “Deep Purple”, “Queen” kimi qruplar tez-tez bu festivalın qonağı olublar.

Yeri gəlmişkən, Montrödə Britaniyanın “Queen“ qrupuna xüsusi münasibət var. Şəhərdə bu qrupun yaradıcılığına həsr olunmuş muzey fəaliyyət göstərir, sahildə isə onun solisti, Montrönü çox sevmiş və bir neçə ilə burada yaşamış Freddi Merkurinin abidəsi ucalır. “Queen” qrupu uğur qazanmış albomlarının böyük hissəsini Montrödə, “Mountain Studio” səsyazma studiyasında yazdırıb və muzey də hazırda bu studiyada yerləşir. Onun eksponatları arasında çoxsaylı xatirə əşyaları, o cümlədən musiqiçilərin səhnə geyimləri, mahnılarının əlyazmaları və çaldıqları musiqi alətləri var.

Şilyon qəsrinin cəngavərləri

Cenevrə gölü sahilində yerləşən Şilyon qəsri Montrünün əsas görməli məkanıdır. Bu qəsr şəhərə gələn hər bir turistin mütləq getmək istədiyi əsl orta əsr attraksionudur. Qəsrin İsveçrənin ən gəliş-gedişli tarixi tikilisi olduğunu desək, yanılmarıq.

Şilyon təqribən 400 il ərzində Savoya qraflarının iqamətgahı olub. İsveçrə vətənpərvəri və tarixçisi Fransua Bonivar qalanın içindəki zindanda dörd il qandallanmış vəziyyətdə saxlanılıb. Bu əhvalat lord Bayronu 1816-cı ildə poemasını yazmağa ruhlandırıb.

Cenevrə gölü ilə dik dağ yamacları arasında yerləşən qayalıq ada hələ tarixdən əvvəlki dövrlərdə məskunlaşmış ərazi olub. Cenevrə gölündə gəmilərin hərəkəti və Sen-Bernar aşırımına gedən çox mühüm yol yüz illər boyu bu adadan idarə olunub. Şilyon XII-XVI əsrlərdə Savoyya qraflarına məxsus olub. 1536-cı ildə Bern sakinləri qəsri ələ keçiriblər. 1803-cü ildə isə Vo kantonunun müstəqilliyinin elan edilməsi ilə əlaqədar bu kantonun sərəncamına keçib.

Hazırda qəsrdə muzey yerləşir. Muzey hər il 350 mindən çox adam qəbul edir. Bütün kompleks 25 binadan, habelə iki dairəvi divarla müdafiə olunan üç daxili həyətdən ibarətdir. Qəsrə daxil olanda sanki orta əsr cəngavərləri və şahzadə qızları haqqında nağıllardakı şəhərə düşürsən. Burada hər şey ilkin görkəmində saxlanılıb: daş döşənmiş küçələr, oyma naxışlı taxta eyvanlar, aşırma körpülər. Burada XIV əsrə aid naxışlı divarları, bernlilərin hökmranlığı dövrünə aid yeraltı anbarları, dəbdəbəli salonları və yataq otaqlarını görmək olar. Ekspozisiyanı orta əsrlər dövrünə aid əsil silahlar - toplar, gürzlər, tüfənglər, mancanaqlar, nizələr və s. tamamlayır. Ayrı-ayrı stendlərdə orijinal cəngavər yaraq-əsləhəsi təqdim olunub.

Qəsri əhatə edən əsrarəngiz təbiət mənzərələrini isə xüsusi vurğulamaq lazımdır. Bir tərəfdən yamyaşıl qayalarla haşiyələnmiş, digər tərəfdən üfüqə istiqamətlənmiş gözəllər gözəli Cenevrə gölünün, yaxud fransızlar demişkən, Leman gölünün tamaşasından doymaq olmur. Qəsrin qarşısından gölə yaraşıqlı taxta körpü uzanır. Turistlərin çox bəyəndikləri bu yerdə son dərəcə gözəl şəkillər alınır.

Marmotların cənnət məkanı və Şokolad qatar

İsveçrə misilsiz təbiəti olan qeyri-adi ölkədir. Burada qədim şəhərlərin və abad sahil ərazilərin füsunkarlığı göz bəbəyi kimi qorunan bakirə təbiətlə vəhdət təşkil edir. Buna əmin olmaq üçün dağ gəzintisinə çıxmaq kifayətdir. Elə belə də etdik.

İsveçrədə qatarlar dağlarda ən populyar nəqliyyat vasitəsidir! İsveçrəlilər mürəkkəb relyefli yerlərdə dəmir yolları tikintisi sahəsində pionerdirlər və bu işin əsl ustasıdırlar. Onlar buna iki adi rels arasına dişli rels qoyulmasını nəzərdə tutan xüsusi texnologiya sayəsində nail olublar. Belə dəmir yollarında hərəkət edən qatarlar da müvafiq olaraq dişli təkərlərlə təchiz edilirlər. Dişli dəmir yollarının qatarları adi qatarlardan fərqli olaraq, dik yoxuşlarda asanlıqla hərəkət edir. İsveçrə bu tip dəmir yollarının sayına görə rekordçudur: burada 20-dən çox belə yol var.

Yolumuz Montrödən Roşe-de-Neyədir. Burada dəniz səviyyəsindən 2042 metr yüksəklikdə unikal marmot qoruğu yerləşir. Qatar dağlara qalxdıqca Cenevrə gölünə, Savoyyaya, Voya, Valeyə və Alp dağlarına əsrarəngiz mənzərə açılır. Meşələri laləzar çəmənliklər və nərgizgülü bitən talalar əvəzləyir. Bəli-bəli, yanlış başa düşmədiniz. İsveçrədə yabani nərgizgülü bitir və aprel-may aylarında bol çiçək açaraq, bu yerləri ağ ləçəklərinin bihuşedici ətrinə bürüyür. Montrödə bitən nərgizgülü yazıçılar Lev Tolstoyun və Ernest Heminqueyin əsərlərində xatırlanır, 1897-ci ildən 1957-ci ilədək isə burada hətta nərgizgülü festivalları keçirilib. İndi isə nərgizgülü talaları öz gözəlliyi ilə fotoqrafları, turistləri, velosipedçiləri, Skandinaviya yerişini sevənləri və paraplaneristləri cəlb edir.

Bənzərsiz landşaftlara qırx dəqiqə ərzində tamaşa edə-edə Roşe-de-Neyə çatırıq. Regionun ən gözəl seyrəngahlarından biri onun relyefli qayalarının əhatəsində yerləşir. Buradan Cenevrə gölünə və Alp dağlarına heyrətamiz mənzərə açılır. Turistlər marmotların yuvalarına tamaşa edə bilirlər. “Marmot cənnəti” adlı xüsusi qoruqda bu heyvanların 14 növü məskunlaşıb. Yuvalar elə qurulub ki, onların sakinlərinin həyatını şüşə arakəsmədən müşahidə etmək olar. Marmotlar turistlərə öyrəşiblər. Bəzən yuvalarından çıxaraq təpəciklərə qalxır və özlərini günə verirlər.

Burada Alp bağı yerləşir. 1896-cı ildə açılan bu bağda dünyanın hər yerindən təqribən min növ dağ bitkisi görmək olar. Qeyri-adi hisslər yaşamaq istəyənlərə hər cür rahatlığı olan əsl alaçıqlarda gecələmək təklif olunur.

Nahar etmək üçün yaxınlıqdakı Ko şəhərciyinə yollanırıq. Qatarla Koya 10 dəqiqəlik yoldur. Burada dəniz səviyyəsindən 1150 metr yüksəklikdə ənənəvi İsveçrə şalesi - “Le CouCou” (“Ququ quşu”) ailə otel-restoranı yerləşir. Restoranın terrasından Cenevrə gölünə və meşə ilə örtülmüş dağlara açılan mənzərəyə baxdıqca doymaq olmur. Bu yerlərin mətbəxində isə ancaq və ancaq yerli orqanik məhsullardan istifadə edilir.

Yeri gəlmişkən, Roşe-de-Neyə və başqa regionlara təkcə adi qatarla deyil, həm də may ayından oktyabr ayınadək işləyən Şokolad qatarda səyahət etmək olar. Bu tur yalnız birinci dərəcəli vaqonlarda - ya 1915-ci ilin vintaj vaqonunda, ya da müasir panoramlı vaqonlarda səyahət təklif edir. Belə turu fərqləndirən cəhət budur ki, gediş haqqına isti qəhvə, kruasanlar və pendirli fondü, habelə “Nestle” şokolad fabrikinə getmək və onun məhsullarını dequstasiya etmək daxildir. Necə deyərlər, həm ziyarət, həm ticarət!

Emil Eyyubov

Foto Fərhad Həşimovundur

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb