MOLDOVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR VORONİNƏ
Hörmətli Vladimir Nikolayeviç,
Milli bayram - Müstəqillik günü münasibətilə Sizi və dost Moldova xalqını ürəkdən təbrik edirəm.
Əminəm ki, dost ölkələrimiz arasındakı ikitərəfli münasibətlər, regional və beynəlxalq təşkilatlarda qarşılıqlı surətdə faydalı əməkdaşlığımız xalqlarımız və dövlətlərimizin mənafeləri naminə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, Moldova xalqına əmin-amanlıq, firavanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 1 avqust 2005-ci il.