Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı qrant müsabiqəsinin qalibi olub
Bakı, 25 yanvar, AZƏRTAC
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya beynəlxalq laboratoriyasının kiçik elmi işçisi Leyla Xəlilova Elmin İnkişafı Fondu tərəfindən təşkil edilən gənc alim və tədqiqatçıların 6-cı qrant müsabiqəsinin qalibi olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Himayədarlar Şurasının qərarına əsasən, qrant müsabiqəsində 32 layihədən fundamental-tətbiqi xarakterli 13 layihə, o cümlədən Leyla Xəlilovanın “Fotosintetik, karboanhidraza və qlütation reduktaza aktivliyinin inhibitorları kimi benzimidozoldihidrotiofen və dihidropiridinkarboksamid törəmələri” layihəsi qalib seçilib.
Müsabiqə gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb olunması məqsədilə elan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yadddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]