Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Moskvadan akademik Fazil Qurbanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasında yaşayan çoxminlik Azərbaycan icması adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı üçün çox iş görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini və yüksək beynəlxalq nüfuz qazanmısınız.

Siz Rusiyada ölkəmizin etibarlı dostu, Azərbaycan-Rusiya strateji tərəfdaşlığının, ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığının möhkəmlənməsinin və inkişafının prinsipial tərəfdarı kimi tanınırsınız.

Müstəqil Azərbaycanın mövcud olduğu iyirmi beş ildən artıq müddətdə xalqımızın qurucu qüvvəsi və mənəvi potensialı o qədər parlaq şəkildə təzahür edib ki, dövlətimizin sürətli inkişafı dünya birliyində böyük marağa səbəb olub. Bu gün Azərbaycan Respublikası beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısıdır və gələcəyə inamla baxır. Bu, Sizin böyük xidmətinizdir və bizlərdən hər birimizin qəlbində qürur hissi oyadan bu xeyirxah, səmərəli fəaliyyətinizə görə Sizə təşəkkür edirik.

Cənab Prezident, icazə verin Sizi əmin edim ki, Rusiyadakı Azərbaycan diasporu Azərbaycanın populyarlaşması, xalqımızın qədim ənənələrinin, zəngin mədəniyyətinin və tarixinin təbliği işində öz səylərini zəiflətməyəcək. Biz Azərbaycan Respublikasının müsbət imicinin möhkəmləndirilməsi üzrə ardıcıl işimizi bundan sonra da davam etdirəcəyik.

Biz öz tarixi Vətənimizdən uzaqda olsaq da, bizim ehtiyaclarımıza Sizin ciddi diqqətinizi və qayğınızı həmişə hiss edirik. İcazə verin, fürsətdən istifadə edib, Rusiyada əmək fəaliyyəti ilə məşğul olan həmvətənlərimizi dəstəklədiyinizə görə Sizə dərin minnətdarlığımı bildirim.

Doğum gününüzdə Sizə möhkəm cansağlığı, uzun ömür və millətin sıx birləşməsi, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun möhkəmlənməsi naminə ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Dərin hörmətlə,

 

Moskvadan akademik Fazil Qurbanov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin