ORDU
Müdafiə Nazirliyi Vətən müharibəsində döyüşən, ancaq təltif olunmadıqlarını iddia edən bir qrup vətəndaşla bağlı məlumat yayıb
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Vətən müharibəsində iştirak edib, ancaq medalla təltif olunmadıqları iddiası ilə nazirliyin Şəxsi Heyət Baş İdarəsi qarşısında toplaşan bir qrup vətəndaşla bağlı məlumat yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, nazirlik tərəfindən qəbul edilən həmin vətəndaşlarla görüş zamanı hərbi qulluqçuların müvafiq medallarla təltif olunmasının onların keçdikləri döyüş yolu və müharibədə bilavasitə iştirakı amilinin araşdırılması yolu ilə həyata keçirildiyi diqqətə çatdırılıb.
Görüşdə vətəndaşlar dinlənilib və müraciətləri ilə bağlı ərizələr alınaraq məsələnin araşdırılması məqsədilə hərbi hissələrə müvafiq tapşırıqlar verilib.