SİYASƏT
Müdafiə Nazirliyinin şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişdir
Bakı, 25 iyun (AZƏRTAC). Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95 illik yubileyi ilə əlaqədar iyunun 25-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyev başda olmaqla nazirliyin şəxsi heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.
Sonra Şəhidlər xiyabanına gələn nazirliyin şəxsi heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül qoymuşlar.