Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı “Araz” zavodunda döyüş sursatlarının utilizasiya mərkəzinin açılışı olmuşdur VİDEO

Şirvan, 1 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyulun 1-də Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısının Fərmanı ilə 2005-ci ildən fəaliyyətə başlayan Müdafiə Sənayesi Nazirliyi tabeliyindəki müəssisələrdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirməyə başlamışdır. Həmin müəssisələrin maşın və avadanlıq parkının yenilənməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən ən son texnoloji avadanlıq alınıb quraşdırılmışdır. İndiyədək nazirliyin müəssisələrində müxtəlif istehsal sahələri yaradılmışdır. Şirvandakı “Araz” zavodunun tərkibindəki döyüş sursatlarının utilizasiya mərkəzinin yaradılması da Müdafiə Sənayesi Nazirliyinin son illərdəki inkişafını göstərir. Hərbi bazalarda saxlanılan və istifadə olunmayan bütün növ döyüş sursatları istehsalçı tərəfindən verilən zəmanətli saxlanma müddəti bitdikdən sonra yararsız vəziyyətə düşür ki, bu səbəbdən də onların utilizasiya edilməsi zərurəti yaranır. Əksər hallarda sursatlar açıq şəkildə partlatma və yandırma üsulları ilə məhv edilir ki, bu da atmosferi çirkləndirir və ekoloji problemlər yaradır. Bu proses zamanı təhlükəli halların baş verməsi faktları da nəzərə alınarsa, utilizasiya işi daha mütərəqqi və təhlükəsizdir. Bu məqsədlə Şirvandakı “Araz” zavodunda döyüş sursatlarının utilizasiya mərkəzi yaradılmışdır. Zavodda, həmçinin döyüş sursatlarının doldurulması mərkəzi də fəaliyyət göstərəcəkdir. Burada müxtəlif çaplı artilleriya minaları presləmə, şnekləmə və aviabombalar əritmə üsulu ilə doldurulacaqdır. Minalar və aviabombalar partlayıcı maddələrlə doldurulduğu üçün mərkəz xüsusi təhlükəli istehsal sahələri kateqoriyasına aiddir. Burada texniki və yanğın təhlükəsizliyinin təmin edilməsi üçün mövcud normativ sənədlərə uyğun olaraq lazımi tədbirlər görülmüşdür. Atıcı silahlar üçün döyüş sursatlarının istehsalı kompleksinin tamamlanması məqsədi ilə nazirliyin “Araz” zavodundan patronların əsas tərkib hissələrindən biri olan kapsul-alışdırıcıların istehsalı sahəsi də yaradılmışdır. Burada beş növ “Berdan” tipli kapsul-alışdırıcısının istehsalı nəzərdə tutulmuşdur.

Dövlətimizin başçısı döyüş sursatlarının utilizasiya mərkəzinin maketi ilə tanış oldu.

Müdafiə sənayesi naziri Yavər Camalov məlumat verdi ki, Polşanın “Yakuş” şirkəti ilə birlikdə yaradılan mərkəzin ümumi sahəsi 12 hektardır. Mərkəz xüsusiyyətlərinə görə bir-birindən təhlükəsiz məsafələrdə yerləşdirilmiş və mühafizə sipərləri ilə əhatə olunan 24 obyektdən ibarətdir. Buraya utilizasiya proseslərini həyata keçirmək üçün modul tipli 20 konteyner, transformator yarımstansiyası, müxtəlif növ partlayıcı maddələr və utilizasiya məmulatları saxlanılan anbarlar, zərərsizləşdirmə kamerası, kompressor binası, döyüş sursatlarının texniki vəziyyətinin qiymətləndirilməsi sahəsi və s. daxildir.

Ali Baş Komandan İlham Əliyev utilizasiya mərkəzinin fəaliyyətini əks etdirən filmə baxdı. Mərkəz müxtəlif çaplı mərmili atəş yığımlarının, artilleriya minalarının, qumbaraların, radioaktiv mərmilərin, partladıcıların, siqnal və işıqlandırıcı patronların sökülməsi, tərkib hissələrinə ayrılması, tullayıcı və partladıcı atımların presləmə və əritmə üsulu ilə çıxarılaraq toplanması, yenidən forma dəyişikliyi verilərək qablaşdırılması üçün nəzərdə tutulmuşdur.

Prezident İlham Əliyev mərkəzi işə saldı.

Qeyd olundu ki, mərkəz alışdırıcı və partladıcıların tərkib hissələrinin zərərsizləşdirilməsi üçün texnologiyaya uyğun avadanlıqla təchiz olunmuşdur. Utilizasiya məqsədilə gətirilən döyüş sursatları tiplərinə və növlərinə görə qruplaşdırılaraq müvəqqəti saxlama anbarlarına yerləşdirilir. Sonra döyüş sursatlarının hər növündən nümunələr götürülərək texniki qiymətləndirmə laboratoriyalarına gətirilir. Xüsusi ayrılan otaqda böyüdücü vasitələrdən istifadə olunmaqla müayinədən keçirilir və ilkin qiymətləndirmə prosesi aparılır. Tipindən və ölçülərindən asılı olaraq utilizasiya prosesi müxtəlif konteynerlərdə bütün texniki təhlükəsizlik qaydaları nəzərə alınmış avadanlıqlarda avtomatik idarəetmə və xüsusi zirehli kameralarda kənardan nəzarət olunmaqla həyata keçirilir.

Ali Baş Komandan utilizasiya prosesini izlədi.

Proses zamanı partlayıcı maddələrin çıxarılmasından sonra alınan materialların təkrar xammal kimi istifadə edilməsi nəzərdə tutulmuşdur. Burada il ərzində 5 min ton müxtəlif döyüş sursatlarının utilizasiyası aparılacaqdır. Layihə üzrə işçilərin sayı 62 nəfərdir. Mərkəzin bütün sahələrində yerli mütəxəssislər çalışacaqlar. Onlar “Yakuş” şirkətinin aparıcı mütəxəssislərinin təşkil etdiyi kurslara cəlb olunmuş və bilavasitə sahələrdə quraşdırılan texnoloji avadanlıq üzərində təcrübə keçmişlər. Utilizasiya sahəsində tullantısız texnologiyalar əsasında ekoloji tələblərə cavab verən təhlükəsiz metodlar tətbiq edilmişdir.

Sonra Prezident İlham Əliyev Şirvan “Araz” zavodunun döyüş sursatlarının doldurulması mərkəzinə gəldi. Ali Baş Komandan burada mərkəzin fəaliyyətini əks etdirən filmə baxdı.

Bildirildi ki, mərkəzin ümumi sahəsi 4 min kvadratmetrdir. Burada 60, 82 və 120 millimetrlik minaların gövdələrinin partladıcı maddələrlə doldurulması üçün xüsusi avadanlıq quraşdırılmışdır.

Dövlətimizin başçısı mərkəzi işə saldı.

İş prosesi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, doldurma mərkəzində 60 millimetr çaplı minaların gövdələrinə trotil maddəsinin presləmə yolu ilə, 82 və 120 millimetr çaplı minaların gövdələrinə isə trotil, trotil-dinitronaftalin partladıcı maddə qarışığının şnekləmə üsulu ilə doldurulması həyata keçirilir. Mərkəz texnologiyaya uyğun tələb olunan istehsal və nəzarət avadanlığı ilə təchiz edilmişdir. İstehsalat sahəsində dörd xətt quraşdırılmışdır. Hazırlıq, köməkçi və doldurma işlərini yerinə yetirmək üçün təhlükəsiz iş şəraitini təmin edən sahələr hazırlanmışdır. Birinci xətdə 60 millimetrlik minanın, ikinci lent şəkilli xətdə 82 və 120 millimetrlik minaların sökülməsi və doldurmaya hazırlanması işlərini aparmaq, üçüncü konveyer xəttində 120 millimetr çaplı mərmilərin, dördüncüdə isə 60 və 82 millimetr çaplı mərmilərin yığılması üçün texnoloji iş sahələri yaradılmışdır.

Dövlətimizin başçısına məlumat verildi ki, doldurma mərkəzi il ərzində birnövbəli iş rejimində 20 min ədəd 60 millimetr çaplı, 40 min ədəd 82 millimetr çaplı və 40 min ədəd 120 millimetr çaplı mərmilərin doldurulması və yığılmasını təmin edən istehsal gücünə malikdir.

“Araz” zavodunun kapsulların hazırlanması sahəsi müxtəlif növ alışdırıcı kapsulların istehsalı üçün nəzərdə tutulmuşdur. Kapsulların doldurulması, dozalaşdırılması, yoxlanılması və qablaşdırılması ən müasir texnoloji avadanlıqla avtomatik rejimdə həyata keçirilir. Mərkəzdə il ərzində birnövbəli iş rejimində 40 milyon kapsul istehsalı nəzərdə tutulmuşdur.      

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı “Araz” zavodunda döyüş sursatlarının utilizasiya mərkəzinin açılışı olmuşdur VİDEO

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar

Sözün dahisi: Məhəmməd Füzuli

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişdirilib

Azərbaycanla Özbəkistan qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığı genişləndirir

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək

Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında qarşılıqlı investisiyaların təşviqi müzakirə olunub

“Titanik”in ən zəngin sərnişininin saatı rekord qiymətə satılıb

“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda yekun dərs

I Beynəlxalq Opera Festivalının üçüncü günündə səhnəyə gənc istedadlar çıxıb

Xalq artisti Hacı İsmayılovun 80 illik yubileyi münasibətilə tədbir təşkil olunub

Qazaxıstanın sabiq daxili işlər naziri həbs olunub

Təhlükəli hesab edilən qida məhsullarının reyestr məlumatları açıqlanıb

G7 ölkələri kömürlə işləyən elektrik stansiyalarının fəaliyyətini mərhələli şəkildə dayandıracaq

Almaniya Azərbaycanın Cənubi Qafqazdakı rolunu yüksək qiymətləndirir ŞƏRH

Avropa çempionu olan Azərbaycan şahmatçısı mükafatlandırılıb

BMU-nun əməkdaşı Pakistanda beynəlxalq konfransda iştirak edib

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı yol-nəqliyyat hadisələri barədə məlumat yayıb

Avropa İttifaqında TikTokun bloklanması istisna olunmur

Bakı Planetarisində Hans Zimmerin musiqisi səsləndirilib

“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb

® “Rabitəbank” Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon dollar dəyərində müqavilə imzalayıb

Azərbaycan millisinin voleybolçusu Macarıstan klubundan ayrılıb

Ekspertlər UNEC-də yeni dövrün təhsil ideyalarını səsləndiriblər

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Qazaxıstanlı nazir Türk dünyasının alimlərini bu il Tamqalıda keçiriləcək konfransa dəvət edib

BDU-nun 105 illiyinə həsr edilmiş Karyera Festivalı başlanıb

Azərbaycan ABŞ-da keçirilən multikultural festivalda təmsil olunub

AMB xüsusi tənzimləmə rejiminin hədəflərini açıqlayıb

® “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

Çempionlar Liqası: “Bavariya” “Real Madrid”ə qarşı

FHN: Ötən gün 34 halda yanğına çıxış olub VİDEO

“Don Rafael Trombonçu” yenidən səhnədə

® “Rabitəbank” ABŞ-ın “Bank of New York Mellon” ilə işbirliyini müzakirə edib

Düşündürən sadə həqiqətlər

Odessaya raket hücumu nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb VİDEO

Mingəçevir “Prezident Kuboku-2024” beynəlxalq reqatasına hazırdır

Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər

Bu gün Beynəlxalq Caz Günüdür

Əfqanıstanda məscidə hücum nəticəsində altı nəfər həlak olub

DİN: Ötən gün vətəndaşlardan avtomat və qumbaralar götürülüb

Mərkəzi Bankın xüsusi tənzimləmə rejiminə müraciətlər sabahdan qəbul ediləcək

Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib

DİN: Ötən gün 43 cinayətin açılması təmin olunub

Azərbaycan Ali Məhkəməsi ilə Əlcəzair Ali Məhkəməsi arasında Anlaşma Memorandumu imzalanıb

Kolumbiyada helikopter qəzasında doqquz hərbçi ölüb

Azərbaycan nefti ucuzlaşıb

İmişlidə qəzada xəsarət alan əkizlərdən biri ölüb YENİLƏNİB VİDEO

Dünyanın mədəni tərəqqisinə Azərbaycanın dəyərli töhfələri TƏHLİL

Bakı, sabahın xeyir! - FOTOREPORTAJ

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb

Şəmkirdə minik avtomobili arakəsməyə çırpılıb, sürücü ölüb

Azərbaycan gimnastı: Qazandığım medal Azərbaycan üçün tarixi məqamdır

Laçın sakini: İgid oğullarımız qəhrəmanlıq tariximizdə həmişə yaşayacaq

Azərbaycan Dövlət Neft Akademiyasında törədilmiş terror aktından 15 il ötür

Avropa çempionatında tarixi medal qazanan Azərbaycan gimnastı Vətənə dönüb

Keçmiş məcburi köçkün: Laçına qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Böyük Qayıdış: Laçın rayonuna növbəti köç karvanı yola düşüb VİDEO

Cenevrədə “Minatəmizləməyə Dəstək üzrə Qrup”un iclası keçirilib

Edinburq hersoqu Ukraynaya səfər edib

Tülkü bəzi xalqlarda ev heyvanı olub

Almaniyada yetkinlik yaşına çatmayanlar yoxsulluqdan əziyyət çəkirlər

Burkina-Fasoda Fransa mediasına məhdudiyyət tətbiq edilib

ABŞ-da atışma zamanı 3 zabit həlak olub

Dubayda dünyada ilk robot stüardessa nümayiş olunacaq

İsveçli arxeoloqlar kilsədən 12-ci əsrə aid dəfinə tapıblar

Türkiyədəki aeroportların sayı 61-ə çatdırılacaq

Botsvanada quruyan göllərdə begemotlar məhv olur

Rus Dram Teatrında “Voytsek” tamaşasının premyerası keçirilib