MƏDƏNİYYƏT
“Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Füzuli rayon musiqiçilərinin konserti olmuşdur
Füzuli, 14 mart (AZƏRTAC). Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı çərçivəsində Füzuli rayon musiqiçilərinin konserti olmuşdur.
AZƏRTAC xəbər verir ki, Horadiz şəhərindəki Muğam Mərkəzində ictimaiyyət nümayəndələrinin və muğamsevərlərin iştirakı ilə keçirilən konsertdə rayon mədəniyyət və turizm şöbəsinin “Zabul” instrumental ansamblının ifasında “Rast”, “Heyratı” muğamları, “Mirzəhüseyn”, “Zabul” segahları və təsniflər səsləndirilmişdir.
Konsertdə Nizami Abdullayev, Mətləb Mirzəyev, Rauf Qələndərov, Cavid Əliyev və başqalarının ifa etdikləri muğam və təsniflər dinləyicilər tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.