MÜLKİ DÖVRİYYƏDƏ OLMASINA YOL VERİLMƏYƏN (MÜLKİ DÖVRİYYƏDƏN ÇIXARILMIŞ) ƏŞYALARIN SİYAHISI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı aşağıdakı kimi müəyyən edilsin:
1. Döyüş təyinatlı hərbi texnika.
2. Qanunla dövriyyəsi qadağan edilən silahlar və döyüş sursatı.
3. Dövlət hakimiyyəti orqanlarının rabitə şəbəkəsi, müdafiə, təhlükəsizlik və asayişi mühafizə ehtiyacları üçün nəzərdə tutulan rabitə şəbəkələri.
4. Müdafiə, milli təhlükəsizlik, hərbi əks-kəşfiyyat, xüsusi dövlət mühafizə xidməti orqanlarının şəxsi heyətinin xüsusi ləvazimatı və onların istehsalına və işlədilməsinə dair normativ-texniki sənədlər.
5. Hərbi səfərbərlik təyinatlı əmlak.
6. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş obyektlər.
7. Dövlət kəmiyyət vahidləri etalonları.
8. Dövlət, peşə, qulluq, bank, istintaq və məhkəmə sirləri, şəxslərin şəxsi və ailə həyatına dair məlumatları əks etdirən sənədlər.
9. Xammal şəklində olan qiymətli metallar.
10. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıq.
11. Qanunla Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr, psixotrop maddələr və prekursorlar.
12. İnsan orqanı və (və ya) toxumaları.
13. Tətbiqi müəyyən edilmiş qaydada qadağan edilmiş dərman vasitələri.
14. Rəsmi sənədlər, şəxsiyyəti təsdiq edən sənədlər, Azərbaycan Respublikasının dövlət təltifləri.
15. Dövlət arxiv fondunun sənədləri.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2003-cü il