İDMAN
Murmanskda cüdo üzrə yarışlarda həmvətənimiz bürünc medal qazanmışdır
Bakı, 18 yanvar (AZƏRTAC). Murmanskda Həmkarlar İttifaqları Mərkəzi Stadionunun idman sarayında Şimal-Qərb Federal Dairəsinin gəncləri arasında cüdo üzrə birincilik yarışları keçirilmişdir.
Azərbaycan diasporunun nümayəndəsi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, Zapolyarye diyarının paytaxtında Rusiya Federasiyasının Leninqrad, Kalininqrad, Voloqda, Arxangelsk, Pskov vilayətlərini və Kareliya Respublikasını təmsil edən ən yaxşı güləşçilər toplaşmışdı. Yarışlarda iştirak edən, yaşı 18-ə qədər olan 170 idmançıdan 62-si Murmansk vilayətinin təmsil edirdi.
Yarıların baş hakimi, Çerepovets şəhərindən olan Elman Qurbanov yerli KİV-lərə bildirmişdir ki, qaliblər fevralın ortalarında Volqoqradda keçiriləcək Rusiya birinciliyinə vəsiqə alacaqlar.
Murmansk təmsilçiləri uğurla çıxış edərək on altı çəki dərəcəsində müxtəlif dəyərli 11 medal qazanmışlar.
Bürünc medal qazananlar arasında həmvətənimiz Elmir Kərimov da vardır.