MÜSLÜM MAQOMAYEVİN 60 İLLİK YUBİLEYİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2002-ci ilin avqust ayında Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, zəmanəmizin tanınmış müğənnisi, xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin anadan olmasının 60 illiyi tamam olur.
Musiqi ifaçılığı sənətinin inkişafında böyük xidmətləri olan Müslüm Mayomayevin 60 illik yubileyinin ölkəmizdə layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1.Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi Müslüm Maqomayevin 60 illik yubileyi ilə bağlı tədbirlər hazırlayıb həyata keçirsin.
2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyul 2002-ci il