Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 ildə münaqişənin həllində heç bir rol oynamayıb

Müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 ildə münaqişənin həllində heç bir rol oynamayıb

Bakı, 14 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrləri ilə görüşündəki nitqi təkcə 44 günlük müharibənin deyil, ümumilikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin, problemin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin qiymətləndirilməsi, Azərbaycanın möhtəşəm hərbi-siyasi Qələbəsinin səbəbləri və nəticələri, haqq-ədalətin bərpası, işğala son qoyulması ilə regionda yeni reallıqların yaranması, qarşıda dayanan vəzifələrə aydınlıq gətirilməsi baxımından xüsusi diqqət çəkir. Münaqişənin davam etdiyi dövrdə Azərbaycan sülh danışıqlarına sadiqliyini hər addımda təsdiqlədiyi halda, Ermənistan və ona havadarlıq edən dövlətlər isə təxribatçı əməlləri və bitib-tükənməyən yalanları ilə problemin həllində maraqlı olmadıqlarını açıq-aşkar büruzə verirdilər. Nəticədə işğalçı Ermənistan havadarları tərəfindən ona göstərilən maddi və mənəvi dəstəkdən daha da ruhlanaraq yeni ərazilərimizi işğal etmək üçün planlar hazırlayırdı. Dövlətimizin başçısı İlham Əliyev hələ İkinci Qarabağ müharibəsi başlamamışdan öncə BMT Baş Assambleyasının 75-ci Sessiyasında Ermənistanın yeni müharibə planlarını dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətinə çatdırsa da, bu xəbərdarlıq həmin dairələrin maraqlarına cavab vermədiyi üçün susqunluqla qarşılandı. İşğalçı Ermənistan sentyabrın 27-də müxtəlif istiqamətlərdən Azərbaycana hücum etməklə bu planını açıq-aydın nümayiş etdirəndə bütün dünya, o cümlədən münaqişənin sülh və danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupunun həmsədrləri özlərini sanki baş verən hadisələrdən xəbərsiz kimi aparırdılar.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev qeyd olunan görüşdə diqqəti 44 günlük müharibənin gedişinə, nəticələrinə, həmçinin 28 ildə aparılan danışıqlar prosesinə yönəldərək beynəlxalq vasitəçilərin rolunun qiymətləndirilməsini də bir zərurət kimi ortaya qoydu: "Azərbaycan 30 ilə yaxın davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllinə hərbi-siyasi vasitələrlə nail oldu. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşdu. Müvafiq mandata sahib olan ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həllində heç bir rol oynamayıb. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu illər ərzində münaqişə niyə həllini tapmayıb? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü bunu bacarmadı, yoxsa istəmədi? Münaqişənin həllində möhkəm hüquqi baza mövcud olduğu halda 30 il həllini gözləməsi ədalətə nə dərəcədə uyğun idi? Bu qəbildən olan sualları xeyli sayda sadalamaq olar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan haqqı-ədaləti bərpa edib, işğala son qoyub. "Hərbi variant yoxdur" deyən dövlətlərin özləri də anlayırlar ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər".

Baş redaktor bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri dəfələrlə status-kvonun saxlanmasının qəbuledilməzliyini bildirsələr də, zaman keçdikcə bunun əksini söyləməyə, nə yolla olursa-olsun status-kvonu qorumağa çalışırdılar: "Amma Azərbaycan dövlətinin, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq kimi birləşməyimiz sayəsində status-kvo dəyişdi. Dövlətimizin başçısı İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu fikirləri bir daha xatırlatmaq istərdik: "Status-kvo deyilən məsələ yoxdur, qurtardı getdi. Status-kvo belə olmalıdır, elə olmalıdır. Mən dəyişdirdim status-kvonu, dəyişdirdim. Bax orada, döyüş meydanında. Yoxdur status-kvo, təmas xətti yoxdur, yarmışıq onu, 30 il onlar qururdular bu təmas xəttini".

"Azərbaycan Ermənistanı döyüş meydanında məğlub edib və kapitulyasiya aktına imza atmağa məcbur edib", - söyləyən Vüqar Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsinin Azərbaycanın hərbi-siyasi Qələbəsi ilə başa çatmasından, dünyaya bu Qələbənin təqdimatında əhəmiyyətli rola malik olan Zəfər paradının keçirilməsindən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə səfəri təəccüb doğurmaya bilməz. Bu səfər dövlətimizin başçısının qeyd etdiyi kimi, onların öz təşəbbüsləri olub, Azərbaycan tərəfi sadəcə bu təklifə etiraz etməyib. 30 ilin reallığı budur ki, Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən ədalət, işğalçını yerində oturtmasını, beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrası üçün cəza və sanksiyaların tətbiqini gözləyib, amma həmsədr dövlətlər susmağa, seyrçi mövqedə dayanmağa üstünlük veriblər. Azərbaycan işğalçı Ermənistanın və onun havadarlarının 30 illik yalanlarına, vaxt qazanmaq üçün imitasiya naminə danışıqların aparılmasına 44 günlük müharibə ilə son qoydu. 30 ildə yaradılan beynəlxalq hüququn, ədalətin yoxluğu görüntüsünü haqqı-ədaləti bərpa etməklə puç etdi. Azərbaycan dünyaya göstərdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur. Onların icrası zaman və məkana görə deyil, vahid mexanizm əsasında həyata keçirilməlidir. Dünya dövlətlərinin xarici siyasətinin yenidən formalaşması Azərbaycanın qətiyyətli mövqeyinin, beynəlxalq aləmə ünvanladığı ədalət çağırışının nəticəsidir.

"Bundan sonra ATƏT-in Minsk qrupunun həmsədrləri hansı istiqamətdə fəaliyyət göstərə bilərlər" sualı ətrafında fikirlərini açıqlayan V.Rəhimzadə qeyd edib ki, artıq status-kvo, Madrid prinsipləri kimi anlayışlar olmadığı bir dövrdə həmsədrlər regionda yeni reallığa uyğun olaraq xalqları sülhə hazırlamalı, yol və kommunikasiya xətlərinin açılması kimi məsələlərlə məşğul ola, buna uyğun olaraq yeni fəaliyyət proqramının ortaya qoyulması ilə regionda davamlı sülhün təmin olunmasına töhfə verə bilərlər. Vasitəçilər neytral olmalıdır. Lakin çox təəssüflər olsun ki, Azərbaycan ötən 28 ildə bunu ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətində görmədi. ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri olan Fransa daim ermənipərəst siyasəti ilə diqqət çəkib və bu gün də ənənəsini davam etdirir. 28 ildə vasitəçilik missiyasının mahiyyətini dərk etməyən həmsədrlərin postmüharibə dövrünün reallıqlarını qəbul edib hədəflərə nail olmaq üçün səylər göstərmələri inandırıcı görünmür. Bu baxımdan ATƏT-in Minsk qrupunun tərkibinin dəyişdirilməsi məsələsi daha çox müzakirə olunan təkliflər sırasındandır.

Baş redaktor bildirib ki, dövlətimizin başçısı İlham Əliyev görüşdə Ermənistanın törətdiyi hərbi cinayətlərin hazırda sənədləşdirildiyini, Azərbaycanın artıq törədilən cinayət əməlləri ilə bağlı hüquqi proseduralara başladığını qeyd etdi. V.Rəhimzadə diqqəti Ermənistan hakimiyyətinin illərdir işğal olunmuş ərazilərimizdə süni məskunlaşdırma siyasəti həyata keçirdiyinə, ATƏT-in Faktaraşdırıcı Missiyasının iki dəfə həmin ərazilərdə olarkən bu faktı təsdiqləsə də hesabatlarında onun kim tərəfindən həyata keçirildiyini qeyd etməyi məqsədəuyğun hesab etmədiklərinə, işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə mane ola biləcəyini söyləməyi çıxış yolu hesab etmələrinə yönəldib: "Belə yanaşmalar Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Ermənistan silahlı qüvvələri 44 gündə Azərbaycan Ordusunun belə qətiyyətli və peşəkar əks-hücum əməliyyatları ilə üzləşəcəklərini düşünmürdülər. Azərbaycan 10 noyabr Bəyanatının imzalanması ilə hərbi-siyasi Qələbəsini, Ermənistanın kapitulyasiyasını dünyaya nümayiş etdirdi. Artıq postmüharibə dövrünün hədəflərinin icrası istiqamətində addımlar atılır. Azərbaycanın tarixi Qələbəsi ümumilikdə regionda yeni reallıqlar yaradıb. Regionda yaradılan yeni əməkdaşlıq formatı çoxtərəfliliyi ilə diqqət çəkir. Ermənistanın da bu əməkdaşlıqda təmsil olunması təklif edilir. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib. Eyni zamanda, Ağdam rayonunda yaradılan Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı təzahürü, Türkiyə ilə Rusiya arasında yüksək əməkdaşlığın rəmzidir. Mövcud reallıqlara uyğun olaraq addımların ardıcıl şəkildə atıldığı bir zamanda ATƏT-in Minsk qrupunun həmsədrlərinin ölkəmizə səfəri hər kəsdə yalnız və yalnız 28 ilin turist səfərini, qonaq təəssüratını yaratdı. 28 ilin inamsızlıq mühitini bir saatda dəyişmək onlar üçün asan görünsə də, reallıq bunun əksini deyir".

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI