Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi 40 faiz artıb

Müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi 40 faiz artıb

Bakı, 6 dekabr, AZƏRTAC

Fəaliyyətə başladığı 2006-cı ildən etibarən "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu"nun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 milyard manata, ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25 minə çatıb.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədilə 2006-cı ildən etibarən ölkədə ipoteka kreditləri sistemi formalaşdırılıb, bu sahədə dövlət siyasətini həyata keçirən Azərbaycan İpoteka Fondu ("Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu") yaradılıb. Fəaliyyətə başladığı 2006-cı ildən etibarən əhalinin mənzil təminatı sahəsində dövlətin yürütdüyü sosial siyasətin həyata keçirilməsində fondun mühüm rolu olmuşdur. Belə ki, qeyd olunan müddət ərzində fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 1,2 milyard manata, ipoteka krediti hesabına mənzil şəraitini yaxşılaşdıran ailələrin sayı isə 25000-ə çatıb.

Ötən dövr ərzində ipoteka kreditləşməsi böyük bir inkişaf yolu keçib, əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ipoteka kreditlərinin şərtlərinin daim əhalinin ehtiyaclarına uyğun olaraq təkmilləşdirilməsi həyata keçirilib. Xüsusilə son il ərzində ipoteka kreditləri sistemində əsaslı yeniliklər baş verib. Şəxsi yığımları qənaətbəxş səviyyədə olmayan vətəndaşların mənzil təminatının yaxşılaşdırılması məqsədilə ipoteka kreditləri üzrə zəmanət mexanizminin tətbiqinə başlanılıb, güzəştli ipoteka krediti almaq hüququ olan şəxslərin dairəsi genişləndirilib. İpoteka kreditləşməsinin effektivliyinin və əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ipoteka kreditləri üzrə maksimal məbləğ 150 000 manatadək, güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğ isə 100 000 manatadək artırılıb.

İpoteka krediti sahəsində borcalanların qiymətləndirilməsi prosesinin sadələşdirilməsi məqsədilə ilkin ödənişin məbləği yaşayış sahəsinin qiymətinin 40 faizindən çox olduğu hallarda ipoteka krediti üzrə aylıq ödəniş məbləğinin aylıq məcmu gəlirə nisbətinə dair tələb aradan qaldırılıb. İqtisadi və hüquqi şəraitin dəyişməsi ilə əlaqədar ödəniş qabiliyyəti pisləşən borcalanların hüquqlarının müdafiəsi üçün ipoteka kreditlərinin restrukturizasiya mexanizmi yaradılıb.

İpoteka kreditlərinin verilməsi prosesləri, o cümlədən əhalidən kredit üzrə birbaşa elektron müraciətlərin qəbulu, habelə müvəkkil banklar tərəfindən verilmiş ipoteka kreditlərinin rəsmiləşdirilməsi və yenidən maliyyələşdirilməsi prosesləri tam avtomatlaşdırılıb.

Elektron sistemlər müvəkkil banklar tərəfindən əhaliyə ipoteka kreditlərinin verilməsi mərhələlərinin izlənməsinə, bütövlükdə ipoteka kreditləşməsi prosesinin şəffaflığının daha da yüksəlməsinə şərait yaradıb. Eyni zamanda, əhalinin ipoteka kreditləri üzrə öz ödənişlərini müxtəlif ödəniş vasitələrindən istifadə etməklə elektron qaydada aparması imkanı yaradılıb.

Görülmüş tədbirlər nəticəsində cari ildə ipoteka kreditlərinin verilmə prosesi sürətlənib, noyabrın 30-dək müvəkkil banklar tərəfindən 241,7 milyon manat həcmində 3.528 (adi kreditlər – 2.428 kredit üzrə 172,46 milyon manat, güzəştli kreditlər – 1.100 kredit üzrə 69,24 milyon manat) ipoteka krediti verilib. Ötən ilin analoji dövrü ilə müqayisədə verilən kreditlərin həcmi 69 milyon manat və ya 40 faiz artıb. Belə ki, ötən ilin analoji dövründə 172,7 milyon manat həcmində 2.687 kredit rəsmiləşdirilib.

Cari ildə ipoteka kreditləri vasitəsilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də həyata keçirilib. Belə ki, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na müvafiq olaraq sentyabrın 10-dan etibarən Agentliyin sərəncamında olan mənzillərin güzəştli ipoteka kreditləri vasitəsilə maliyyələşdirilməsinə başlanılıb. Noyabrın 30-na 217 şəxsə MİDA-nın sərəncamında olan güzəştli mənzillərin alınması üçün 9,6 milyon manat məbləğində güzəştli, 13 şəxsə isə 450 min manat məbləğində isə adi ipoteka kreditləri verilib.

Qeyd edək ki, Fond tərəfindən ipoteka kreditlərindən faydalana biləcək şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə yeni ipoteka məhsullarının tətbiqi sahəsində hazırda müvafiq beynəlxalq təcrübənin öyrənilməsi və aidiyyəti tədbirlərin görülməsi davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Son 5 ildə Azərbaycanda minimum pensiya 2,5 dəfə artıb

Bakıda “Avropa Komandasının Mina Əleyhinə Təşəbbüsü” mövzusunda tədbir keçirilir

Komitə sədri: Cinayət törədən və ya cinayətə məruz qalmış uşaqlarla bağlı xəbərlərin yayılmasında xüsusi yanaşma lazımdır

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Gününə həsr olunmuş kitab sərgisi açılıb

Sahil Babayev: Müharibə iştirakçılarına dəstək tədbirlərinin artırılması planlaşdırılır

® Yüksək faizli depozit kampaniyası davam edir

Alimlər oranqutanqın bitki ilə yaraları müalicə etməsini öyrənir

Gələn ay müəllimlərin sertifikatlaşdırılması imtahanı keçiriləcək

Mayın 15-dən iyunun 15-dək respublika ərazisində “Təmiz hava” aylığı keçiriləcək

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib

Xalq artisti Ramiz Quliyevlə gənclərin görüş-konserti olub

Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib

Milli Xalça Festivalı ilə əlaqədar İçərişəhərə giriş məhdudlaşdırılacaq

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

Polkovnik: Dünənki Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür

İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

Nazir: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması əsas məqsədimizdir

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərə qeydiyyat aparılır

Ruandada güclü yağışlar nəticəsində 50-yə yaxın insan həlak olub

İcraçı direktor: Azərbaycan jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır

Birinci siniflərə qəbul üçün yaradılan alternativ qeydiyyat mərkəzlərində 767 valideynə dəstək göstərilib

Əhməd İsmayılov: Ölkəmizdə medianın obyektiv və qərəzsiz məlumat hazırlaması üçün hər cür şərait yaradılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri növbəti medalı qazanıblar

Bu gündən birinci siniflərə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi başlanır

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

“Mahşərəf Məsturənin poeziyası” kitabı çapdan çıxıb

Paris Olimpiadasında qaçqınlar yığması ilk dəfə öz loqosu ilə yarışacaq

BMT 2026-cı ili “Beynəlxalq Qadın Fermerlər İli” elan edib

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilir

İrandan Azərbaycana 87 kiloqram narkotik vasitə gətirən Neftçala rayon sakini saxlanılıb VİDEO

Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür

Qızıl medal qazanan avarçəkən: Növbəti yarışlarda da birinci olmağa çalışacağam

Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş elektron məlumat bazası hazırlanıb

Laçının Sus kəndinə köç prosesi ilə əlaqədar keçirilən püşkatmada yaranan narazılığa aydınlıq gətirilib

Pakistanda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

DİN: Ötən gün 20 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Ali təhsil müəssisələrinə qəbul imtahanına abituriyentlərin qeydiyyatı sona yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

“Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra istifadəyə verilib VİDEO

Nasist liderin yaşadığı evdən 5 skelet tapılıb

BDU-nun Astrofizika kafedrası: G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunur

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb

Ağdamda avtoxuliqanlıq edən sürücülər məsuliyyətə cəlb olunub

Hüquq müdafiəçisi: Azərbaycan mədəniyyətlərarası dialoq məkanıdır

Braziliyada daşqınlar 30 nəfərin həyatına son qoyub

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-da aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb