REGİONLAR
Muxtar respublikanın şəhər və rayonlarında futbol üzrə yarışlar keçiriləcək
Naxçıvan, 20 iyul, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, şəhər və rayon Gənclər və İdman idarələrinin təşkilatçılığı ilə gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, futbol yarışları iyulun 22-dən sentyabrın 9-dək hər həftənin şənbə günü keçiriləcək.
Yarışlarda Naxçıvan şəhərindən 3, Şərur rayonundan 13, Babək rayonundan 8, Ordubad rayonundan 9, Culfa rayonundan 11, Kəngərli rayonundan 5, Şahbuz rayonundan 10, Sədərək rayonundan 2 olmaqla, ümumilikdə, 61 kəndin futbol komandası şəhər və rayon üzrə birincilik uğrunda yarışacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [12:54]
Qaxda Kürmükoba bayramı qeyd olunub
- 06.05.2024 [10:39]
Energetika naziri Ağcabədidə vətəndaşlarla görüşəcək
- 05.05.2024 [23:10]
Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 ting əkilib
- 05.05.2024 [12:00]
Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub
- 04.05.2024 [20:08]