Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Muzey ekspozisiyası Stalinqrad uğrunda döyüşən azərbaycanlılara həsr edilib

Moskva, 5 fevral, AZƏRTAC

Volqoqradda Stalinqrad döyüşündə iştirak edən azərbaycanlılara həsr olunmuş muzey ekspozisiyası açılıb. Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RADM) mətbuat xidmətindən bildiriblər ki, ekspozisiyanın stendlərində silahlar və hərbi biletlər, şinellər və cəbhədən məktublar təqdim edilib.

Qəhrəman azərbaycanlıların adlarını həm vətəndə, həm də Rusiyada xatırlayır və ehtiramla yad edirlər. Amma sərgidə nümayiş etdirilənlər onların hər gün döyüş meydanlarında göstərdikləri, barəsində mahnılar qoşulmayan, amma gələcək nəsillərin mütləq bilməli olduqları igidliklərinin şahididir.

Stenddə qarabuğdayı oğlanın fotoşəkli asılıb. Fətulla Həmidov cəbhəyə 16 yaşında gedib. Gedən kimi də Stalinqrad cəbhəsinə göndərilib. DİN veteranı, milis mayoru Əli Həmidov kədər hissi ilə bildirir ki, atası nəvələrini görmədən dünyadan köçüb: cəbhədə aldığı yaralar aman verməyib. Gənc döyüşçü ilk dəfə elə Stalinqrad ətrafında yaralanıb və “Şöhrət” ordeninə layiq görülüb. Mükafat vərəqəsində yazılıb: “Yoldaş Həmidovun pulemyotu düşmənin başına ölüm ələyirdi. O, cinahda yer tutaraq pulemyot atəşi ilə birinci atıcı bölüyün həmləsini qoruyur, onun irəliləməsinə şərait yaradırdı”.

General Rodenburqun qənimət götürülən zabit kortiki gənc nəslə xatırladır ki, “Ölüm sarayı”nda saxlanılan uşaqları azad edən qrupa rəhbərlik etmiş böyük leytenant Həmzə Sadıqov daha sonra alman generalının əsir alınmasında iştirak edib.

Azərbaycan xalqının qəhrəmanlıq nümunələrinin sayı-hesabı yoxdur. RADM direktorunun müavini Denis Yakimenko bildirib ki, Azərbaycandan olan 20 yaşlı leytenant Mixail Kabribovun başçılığı ilə özbək və qazaxlardan ibarət taqım yüksəklikləri ələ keçirib müdafiə etməklə misli görünməmiş qəhrəmanlıq nümunəsi göstərib. Ekspert deyib: “Düşmənin atəş nöqtəsini susduran əsgərlər yüksəkliyi ələ keçirəndə cəmi 11 nəfər qalmışdılar. M.Kabribovun dəstəsi sonuncu gülləsinədək vuruşdu. Sonra düşmənin üstünə atılaraq əlbəyaxa döyüşə keçdi. Onlar atəşi özlərinə yönəldən zaman sovet hissələri güc toplayaraq düşmən üzərinə hücuma keçdi. Vaxtilə adsız olan bu yüksəkliyi hazırda Şərqin On Bir Qəhrəmanı Yüksəkliyi kimi tanıyırlar. Hər il onların məzarlarını gül-çiçəyə qərq edirlər”.

“Stalinqrad döyüşü” Dövlət Tarix-Memorial Muzey-Qoruğunun ekspozisiya-sərgi şöbəsinin müdiri Svetlana Arzastsevanın sözlərinə görə, heç bir muzey bəşəri yaddaşı əhatə etmək iqtidarında deyil, axı hazırda bütün şəhər bu Qələbənin nəyin bahasına qazanılmasının şahidi olan insan yaddaşının qaynağıdır.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev xatırladır ki, nə qədər ki, insanlar əcdadlarının igidliyi barədə xatirəni qayğı ilə hifz edir, ölkənin həqiqi tarixi yaşayacaq, Rusiya və Azərbaycan xalqlarının qardaşlığı yaşayacaq. Bu gün ümumi rəşadət barədə xatirəni hifz etmək və qardaş xalq ilə qarşılıqlı münasibətləri möhkəmləndirmək üçün çox işlər görülür.

“İngiloylar-Erlər İttifaqı” İctimai Xeyriyyə Təşkilatının sədri Rostom Şapiaşvili deyib: “Stalinqrad ətrafında gedən qanlı-qadalı döyüşlərdə xeyli azərbaycanlı iştirak edib, kimsə əbədi olaraq Volqoqrad torpağında qalıb. Biz hər vəchlə çalışırıq ki, böyüməkdə olan nəsil bu rəşadəti, Sovet İttifaqı tərkibində yaşadığımız o şanlı illəri unutmasın. Ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsi üçün üfüqi münasibətlərə böyük diqqət yetirilməlidir. SSRİ-də ənənəvi olaraq respublikaların illəri keçirilirdi. Yaxşı olardı, bu ənənə dirçəldilsin, məsələn, Rusiyada Azərbaycan kinosu dekadası, Azərbaycanda isə Rusiya kinosu günləri keçirilsin.

Ümumrusiya Azərbaycanlılar Konqresinin Volqoqrad regional bölməsinin idarə heyətinin sədri Teymur Həsənovun atası da Stalinqrad ətrafında döyüşüb. Buna görə də azərbaycanlıların rəşadəti haqqında xatirənin qorunub saxlanılması məsələsi onun üçün böyük əhəmiyyət daşıyır. T.Həsənov qeyd edir ki, xalqlar arasında qardaşlıq münasibətlərini qoruyub saxlamaq və möhkəmləndirmək üçün yeni nəslin tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH