NARKOTİK MADDƏLƏR GÖTÜRÜLMÜŞDÜR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Yalama dəmir yolu stansiyasında Bakıdan Sankt-Peterburqa gedən sərnişin qatarının 6-cı vaqonunun 3-cü kupesində 11 kiloqram 10 qram həşiş aşkar edilərək götürülmüşdür. Narkotik vasitənin sahibinin müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları Saray qəsəbəsinin sakini Hüseyn İbrahimovdan 0,524 qram, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları isə Z.Tağıyev qəsəbəsinin sakini Kərim Kərimovdan 0,207 qram heroin götürmüşlər.
Faktlarla bağlı cinayət işi başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]