Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

NATO-YA VƏ DİGƏR AVRATLANTİK STRUKTURLARA İNTEQRASİYA AZƏRBAYCANIN SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BELÇİKA KRALLIĞINA İŞGÜZAR SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NATO-NUN BAŞ KATİBİ YAAP DE HOOP SXEFFER İLƏ GÖRÜŞÜ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də NATO-nun qərargahına gəlmişdir.

Dövlətimizin başçısını binanın önündə NATO-nun baş katibi Yaap de Hoop Sxeffer böyük hörmət və ehtiramla qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və NATO-nun baş katibi Yaap de Hoop Sxeffer NATO-nun bayrağı önündə xatirə şəkli çəkdirdilər.

Sonra Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer arasında təkbətək görüş oldu.

Dövlətimizin başçısı NATO ilə əməkdaşlığın uğurla inkişaf etdiyini, “Fərdi tərəfdaşlığın fəaliyyət planı” çərçivəsində görülən işləri bunun yaxşı nümunəsi kimi səciyyələndirdi. Azərbaycan rəhbəri NATO ilə əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini söylədi.

Prezident İlham Əliyev bir daha təsdiqlədi ki, NATO-ya, Avropa Birliyinə və digər Avratlantik strukturlara inteqrasiya Azərbaycanın siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısı iqtisadiyyat, enerji sahələrində əməkdaşlıq məsələlərinə də toxunaraq dedi ki, NATO enerji təhlükəsizliyi ilə birbaşa məşğul olan təşkilat olmasa da, bu məsələyə də mühüm diqqət yetirir. Azərbaycan sülhməramlıları NATO hərbçiləri ilə birlikdə Əfqanıstanda, Kosovoda və İraqda sabitliyin qorunmasında, sülhyaratma əməliyyatlarında fəal iştirak edir. Azərbaycan Prezidenti özünün indiki səfərinin əməkdaşlığın genişlənməsi baxımından çox böyük əhəmiyyət kəsb etdiyini bildirdi.

Baş katib Yaap de Hoop Sxeffer “Fərdi tərəfdaşlığın fəaliyyət planı” çərçivəsində Azərbaycanla əməkdaşlığı NATO adından yüksək qiymətləndirdi. O, əməkdaşlığın daha da genişlənəcəyinə əmin olduğunu bildirərək dedi ki, NATO-nun rəhbərliyi də bunda maraqlıdır. NATO-nun yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərləri bunu bir daha təsdiqləyir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də söhbət getdi.

Hazırda Praqa prosesi çərçivəsində aparılan danışıqlar barədə məlumat verən Prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha açıqlayaraq dedi ki, münaqişə sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü prinsipi əsasında həll oluna bilər.

Görüşdə Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlığı, enerji təhlükəsizliyi, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular da müzakirə olundu.

X X X

Sonra Prezident İlham Əliyev Şimali Atlantika Şurasında çıxış etdi. Daha sonra NATO-ya üzv dövlətlərin Şuradakı daimi nümayəndələri, səfirləri ilə müzakirələr aparıldı.

X X X

Görüşdən sonra Prezident İlham Əliyev və NATO-nun baş katibi Yaap de Hoop Sxeffer birgə mətbuat konfransı keçirərək, bəyanatlarla çıxış etdilər.

Yaap de Hoop Sxeffer dedi ki, NATO-nun qərargahında Azərbaycan Prezidenti ilə görüşmək bir neçə səbəbdən bizim üçün çox mühümdür. Birinci səbəb odur ki, NATO-nun üzvü olan dövlətlər Azərbaycanın müxtəlif sahələrdə təşkilatla əməkdaşlığını yüksək qiymətləndirir. İkinci səbəb isə Azərbaycanın regiondakı rolu ilə bağlıdır. Bu regionda sabitlik baxımından risklər mövcuddur, Azərbaycan regionda daha əhəmiyyətli rol oynamağa başlayır.

Prezident İlham Əliyevin Şimali Atlantika Şurasındakı müzakirələrdə çox açıq və səmərəli şəkildə iştirak etdiyini bildirən cənab Sxeffer bildirdi ki, əsas etibarilə “Fərdi tərəfdaşlığın fəaliyyət planı” çərçivəsində əlaqələrimizdən danışdıq.

Azərbaycan hərbçilərinin Əfqanıstan və Kosovoda sülhyaratma əməliyyatlarındakı rolunun bizim üçün böyük əhəmiyyəti var. Bu o deməkdir ki, Azərbaycan artıq təhlükəsizliyi yayan dövlətlərdən biridir.

Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, həyata keçirdiyimiz “Fərdi tərəfdaşlığın fəaliyyət planı”, sadəcə, müdafiə sahəsini deyil, iqtisadi, siyasi islahatlar sahəsini də əhatə edir və bu çərçivədə əməkdaşlıq genişlənməkdədir. NATO ilə münasibətlərdə yeni mərhələnin açıldığını bildirən dövlətimizin başçısı dedi ki, biz baş katiblə görüşdə ikitərəfli münasibətlərimizi, regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik. Şimali Atlantika Şurasında isə planlarımız, ideyalarımız barədə səfirlərlə müzakirələr keçirildi. Azərbaycan regionda daha təhlükəsiz vəziyyətin qorunub saxlanmasına, Kosovo və Əfqanıstanda sülhməramlı əməliyyatların həyata keçirilməsinə kömək göstərməkdə davam edəcəkdir.

Sonra jurnalistlərin suallarına cavab verildi.

Cənab Sxeffer enerji təhlükəsizliyi və Cənubi Qafqazdakı münaqişələrin həllində NATO-nun rolu barədə suallara cavabında dedi ki, Azərbaycanın neft və qaz sənayesi sahələrində əhəmiyyəti getdikcə daha da artmaqdadır. NATO enerji məsələlərinə birbaşa müdaxilə etməsə də, bunun coğrafi, siyasi aspektinin bizim üçün böyük əhəmiyyəti var.

Münaqişənin həllinə gəldikdə isə bununla bağlı NATO-nun rəhbər tutduğu mövqe var. Bu da, regionun bütün dövlətlərinin ərazi bütövlüyünə hörmət bəslənməsidir. Müzakirələrimizdə Dağlıq Qarabağ məsələsi də geniş müzakirə olundu, xüsusilə Şimali Atlantika Şurasındakı müzakirələrdə Prezident İlham Əliyev bununla bağlı öz mövqeyini geniş şəkildə açıqladı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi