REGİONLAR
Naxçıvan Dövlət Kukla Teatrında xüsusi kateqoriyadan olan uşaqlar üçün tamaşa nümayiş etdirilib
Naxçıvan, 28 yanvar, AZƏRTAC
Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanı məhdud, aztəminatlı və şəhid ailələrinin uşaqları üçün “Qırmızı papaq” tamaşası nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, tamaşa Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə təqdim edilib. Səhnə əsərinin nümayiş etdirilməsi “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı keçirilən tədbirlər sırasındadır.
Qeyd edək ki, “Qırmızı papaq” tamaşası rus yazıçısı Yevgeni Şvarsın eyniadlı pyesinin motivləri əsasında hazırlanıb. Tamaşanın qayəsi insanları xeyirxahlığa, bir-birinə kömək etməyə, dostluqda sədaqət nümunəsi göstərməyə səsləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.05.2024 [15:05]
Tovuzda yük maşını körpüdən çaya aşıb FOTO
- 01.05.2024 [13:14]
Respublika üzrə kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb
- 01.05.2024 [13:13]
Oğuzda silahlı şəxs saxlanılıb
- 01.05.2024 [11:53]
Şəhid anası: Hər sözünün əvvəli də, axırı da Vətən idi...
- 01.05.2024 [11:44]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşları qəbul edəcək
- 01.05.2024 [00:22]
Ağstafada avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var VİDEO
- 30.04.2024 [22:36]