Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Dövlət Universitetində müşavirə keçirilib

Naxçıvan, 24 yanvar, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində 2021-ci ilin yekunları və altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında qarşıya qoyulan vəzifələrə dair müşavirə keçirilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müşavirədə ali təhsil ocağının rektoru Elbrus İsayev 2021-ci ilin yekunlarına dair çıxış edib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsində bu gün muxtar respublika sosial, iqtisadi sahədə irəliləyişə, ictimai həyatda uğurlara nail olub. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər sırasında təhsil quruculuğunun xüsusi yer tutduğunu qeyd edən rektor bildirib ki, ötən ildə də təhsil siyasəti uğurla davam etdirilib, universitetin bütün kampuslarında yenidənqurma və bərpa işləri aparılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin böyük diqqət və qayğısı nəticəsində təhsildə keyfiyyət amili diqqətdə saxlanılıb. 2021-ci il fevralın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Xarici dillər fakültəsinin açılması, iyun ayının 16-da Texnologiyalar parkının təməlatma mərasiminin keçirilməsi ötən ilin ən böyük uğurları kimi qeyd olunub.

Rektor diqqətə çatdırıb ki, 2021-ci il sentyabrın 3-də “Times Higher Education” (The World University Rankings 2022) dünya universitetləri portalında reytinq sıralamasında dünyanın ən yaxşı universitetləri arasında Naxçıvan Dövlət Universiteti də yer alıb. Bundan başqa universitetin rektoru Elbrus İsayev ilin ən yaxşı universitetinin ən yaxşı rektoru mükafatını qazanıb. 11 ildir ki, Qafqazın ən böyük təhsil səhifəsi imicini qoruyub saxlayan və 500 minə yaxın izləyicisi olan “Azərbaycan Universitetləri” səhifəsinin keçirdiyi “2021-ci ilin ən yaxşı rektoru” sosial tələbə sorğusunda 51 universitet rektoru iştirak edib və qalib rektor səslərin 40 faizinə sahib olub.

Bildirilib ki, hazırda universitet 43 kafedradan ibarət elmi-təşkilati struktura malikdir. Hesabat dövründə universitetdə fəaliyyət göstərən elmi dərəcəlilərin sayı 175 nəfər olmaqla, 20 nəfəri elmlər doktoru, 155 nəfəri fəlsəfə doktoru, 13 nəfəri professor, 124 nəfəri dosent, 3 nəfər əməkdaş isə AMEA-nın müxbir üzvüdür. Müasirtipli və çoxprofilli dünya təhsil sisteminə inteqrasiya edən universitetdə hesabat ilində 10 fakültə üzrə bakalavr təhsil səviyyəsinin əyani və qiyabi şöbələrində 70 ixtisas üzrə 6027, o cümlədən 1017 əcnəbi tələbə, magistratura təhsil səviyyəsində 88 ixtisaslaşma üzrə 430 magistrant, o cümlədən 7 əcnəbi magistrant, doktorantura səviyyəsi üzrə 131, o cümlədən 2 əcnəbi doktorant və rezidentura üzrə 70 nəfər rezident təhsil alır. 2021-2022-ci tədris ilində ali təhsil ocağının bakalavr və magistr təhsil səviyyələri üzrə müasir dövrün tələblərinə cavab verəcək Hərbi tibb, Filologiya, Psixologiya, Elektrik və elektronika mühəndisliyi, Dövlət və ictimai münasibətlər, Kompüter mühəndisliyi, Beynəlxalq ticarət və logistika, magistratura səviyyəsi üzrə isə Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası, tədrisi ingilis dilində İqtisadiyyatın tənzimlənməsi, Bitkilərin genetikası və seleksiyası, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, Baytarlıq cərrahiyyəsi, Farmokoqnoziya, Torpaqşünaslıq və aqrokimya kimi yeni ixtisaslar üzrə tələbə qəbulu aparılıb.

Vurğulanıb ki, tədris prosesində İKT-nin tətbiqi sahəsində professor-müəllim heyətinin fənlər üzrə mühazirə mətnləri elektronlaşdırılıb və ixtisaslar üzrə tələbələrin şəxsi kabinetlərinə (LMS-ə) yerləşdirilib. İlk dəfə olaraq payız semestrinin imtahan sessiyasından əvvəl tələbələrin imtahanaqədərki balları şəxsi kabinetlərinə yüklənilib, universitetdə tətbiq olunan elektron jurnal və imtahan sisteminin imkanları genişləndirilib, semestrin əvvəlində imtahanların aparılması ilə bağlı tələbələrə əvvəlcədən məlumatlar verilib və cari qiymətləndirmələr buna uyğun aparılıb. 2021-ci il ərzində imtahan sessiyalarında elektron test üsulu ilə 1141 sayda imtahan keçirilib. Ali təhsil ocağının İKT və ET şöbəsi tərəfindən hazırlanan “E-cədvəl” mobil tətbiqi Elm, Təhsil və İnnovasiyalar tətbiqlər və utilitlər nominasiyası üzrə “NETTY 2021” Azərbaycanın milli internet mükafatına layiq görülüb.

Elbrus İsayev diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixdə təsdiq etdiyi “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrası ilə bağlı universitetdə əyani şöbənin bakalavriat və magistratura təhsil pilləsində təhsil alan bütün I kurs tələbələrinə yeni nəsil Smart tələbə kartlarının verilməsi təmin edilib. Ali Məclis Sədrinin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın, “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası istiqamətində ali təhsil ocağında müvafiq tədbirlər görülüb.

Rektor vurğulayıb ki, ötən ildə ali təhsil ocağı beynəlxalq əməkdaşlıqda bir sıra nailiyyətlərə imza atıb. 2021-ci ilin iyul ayında universitetin nümayəndə heyəti ali təhsil ocağında yeni qurulacaq texnopark layihəsində təcrübə əldə etmək məqsədilə Türkiyənin Çankırı Karatekin, Hacı Bayram Vəli, Ankara, Qazi, Yıldız Texnik, İstanbul, Orta Doğu Teknik universitetlərində, Türkiyə Ali Təhsil Şurasında olub və əməkdaşlıq müqavilələri imzalanıb. İkili diplom layihələri çərçivəsində müxtəlif sahələr üzrə proqram və layihələr həyata keçirmək, universitetlər arasındakı əlaqələri möhkəmləndirmək üçün birgə elmi məqalələr və jurnallar tərtib etmək, hər il qarşılıqlı olaraq mütəmadi simpoziumlar təşkil etmək, Erasmus+, Mövlana proqramları çərçivəsində akademik müəllim-tələbə mobilliyi həyata keçirmək üçün müzakirələr aparılıb. Ali təhsil ocağında Avropa İttifaqının Erasmus+ LMQS - “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistri” layihəsi çərçivəsində onlayn görüşlər keçirilib və universitetin nümayəndə heyəti Yunanıstanda keçirilən təlimlərə qatılıb.

Qeyd edilib ki, ali təhsil ocağında mühüm yeniliklərdən biri də Naxçıvan Musiqi Kollecinin 2021-ci il iyunun 11-dən universitetin nəzdində fəaliyyət göstərməsidir. Musiqi Kollecində hazırda 13 ixtisas üzrə əyani və qiyabi tədris həyata keçirilir. Əyani təhsildə 493 tələbə, qiyabi təhsildə isə 21 tələbə təhsil alır.

Rektor diqqətə çatdırıb ki, kafedra əməkdaşları tərəfindən 2021-2025-ci illər üçün Universitet Elmi Şurası tərəfindən təsdiq olunmuş layihəyə əsasən, 23 elmi istiqamət və 51 problemlə 344 əməkdaş 342 mövzu üzrə elmi-tədqiqat işi yerinə yetirib. Hesabat ilində Əczaçılıq və Biokimya laboratoriyalarında dərman bitkilərinin çıxarışları, ekstraktları, uçucu yağları və eyni zamanda, arıçılıq məhsullarının ekstraktları və fəal birləşmələri alınıb. Həmçinin müxtəlif təbii mənşəli dərman preparatları hazırlanıb. Universitetin Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədovun “Arı vərəmumu əsaslı oral və nazal sprey” layihəsi patent üçün Əqli Mülkiyyət üzrə Dövlət Agentliyinə göndərilib və ilkin mərhələdən keçib. Tibb fakültəsinin Əczaçılıq və Biokimya laboratoriyalarında təbii məhsullara əsaslanaraq hazırlanan müxtəlif məhsulların (spreylər, kremlər, damlalıqlar, üz maskaları və s.) universitetdə yaradılmış Yaşıl əczaxanada satış-sərgisi olub.

Vurğulanıb ki, professor-müəllim heyətinin apardığı elmi-tədqiqatların nəticələri əsasən universitetin dörd seriyadan ibarət “Elmi əsərlər” jurnalında nəşr olunur. Hər il “Elmi əsərlər” jurnalının Humanitar elmlər, Fizika-riyaziyyat və Texnika, Təbiət və tibb, İctimai elmlər seriyalarını əhatə edən, hər bir istiqamət üzrə 2 nömrə olmaqla, 8 nömrəsi nəşr edilir. “Elmi əsərlər” jurnalının bütün seriyaları Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) ilə çap olunur. Bu jurnalların bütün nömrələri universitetin saytında yerləşdirilir. Hesabat ilində “Elmi əsərlər” jurnalının Humanitar elmlər seriyası üzrə 42, İctimai elmlər seriyası üzrə 42, Təbiət və tibb elmləri seriyası üzrə 54, Fizika-riyaziyyat və dəqiq elmlər seriyası üzrə isə 19 elmi məqalə çap olunub.

Elbrus İsayev bildirib ki, ötən ildə ali təhsil ocağında 1 beynəlxalq konfrans, 1 konqres, 6 respublika səviyyəli elmi konfrans keçirilib. 2021-ci ildə universitet əməkdaşlarının 6 monoqrafiyası, 8 dərsliyi, 35 dərs vəsaiti, 94 metodik vəsaiti və proqramı, 464 elmi məqaləsi və 354 konfrans materialı çap olunub. Elmi məqalələrdən 102-si, konfrans materiallarından isə 196-sı xaricdə beynəlxalq konfrans toplularında dərc edilib. Nüfuzlu jurnallarda nəşrlərə gəldikdə isə müəllimlərin 34 sayda məqaləsi impakt faktorlu jurnallarda nəşr olunub. Onlardan 8-i Web of Science məlumat bazasına, 5-i Scopus elmi bazasına daxil olan elmi jurnallarda, 21-i isə sahə indeksli elmi jurnallarda dərc edilib. Universitetin bəzi müəllimləri hətta beynəlxalq jurnallarda hakimlik edən redaksiya heyətində təmsil olunub. 2021-ci il ərzində universitetin qoşulduğu 3 beynəlxalq layihə çərçivəsində 7 onlayn görüş keçirilib. İl ərzində fakültələr üzrə müxtəlif mövzularda 29 vebinar, 8 elmi konfrans və 3 elmi-nəzəri seminar təşkil edilib.

Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət Universiteti Yeni Azərbaycan Partiyası ərazi ilk Partiya Təşkilatının təşəbbüsü, universitet tələbə təşkilatlarının iştirakı ilə 1300-ə yaxın tələbəylə birgə ilə Zəfər Gününə həsr olunmuş “Zəfər” fləş-mobu hazırlanıb. 2021-ci ildə müəllim və tələbələrin innovasiyalarının (startap layihələrinin) dəstəklənməsi üçün universitetin fakültələr arasında startap müsabiqəsi keçirilib. Tələbələrin “Ağıllı bitki”, “Easy buy”, “Buy-sell” layihələri mükafata layiq görülüb. Naxçıvan Dövlət Universitetinin “Enactus” komandası “Waste will be best” layihəsi ilə 19 ali təhsil müəssisəsinin iştirak etdiyi “Enactus Onlayn Sahibkarlıq” müsabiqəsinin qalibi olub.

2021-2022-ci tədris ilinin əvvəlində ali təhsil ocağında Türkiyə, İran, Nigeriya, Özbəkistan, Pakistan, Banqladeş, Rusiya və Cənubi Koreyadan olmaqla, 1493 tələbə təhsil alır. Onların 1486 nəfəri bakalavr, 7 nəfəri magistr təhsil pilləsindədir. Hazırlıq kursunda müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin sayı 465 nəfərdir. Əcnəbi tələbələr daim dövlətin diqqət və qayğısından bəhrələnir, müxtəlif vaxtlarda təqdim olunan ərzaq payı, bayramlar münasibətilə verilən bayram payları göstərilən diqqətin bariz nümunəsidir.

Universitet Televiziyası və “Nuhçıxan” radiosu da hər zaman işini günün tələbləri səviyyəsində qurmaqla muxtar respublika mediasına öz töhfələrini verirlər. Belə ki, Media Mərkəzində 100-dən çox müəllimin videodərsləri, 40-a yaxın veriliş çəkilərək efirə təqdim olunub.

Elbrus İsayev ali təhsil ocağında idmanın inkişafından danışaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixdə təsdiq etdiyi “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı universitetdə yüksəkixtisaslı bədən tərbiyəsi və idman kadrlarının hazırlanması məqsədilə 16 idman növü üzrə dərsdənkənar məşğələlər təşkil olunub. Bu məşğələlərə 250-dən artıq tələbə idmançı cəlb edilib. Tələbələr muxtar respublikada, Azərbaycanda hətta beynəlxalq miqyasda keçirilən yarışların qalibi olublar.

Müşavirədə 2021-ci ildə universitetdə İnformasiya-kommunikasiya texnologiyalarının, elektron təhsilin inkişafı və qarşıda duran vəzifələr mövzusunda İnformasiya-kommunikasiya texnologiyaları və elektron təhsil şöbəsinin müdiri Hüseyn Əsgərlinin, 2021-ci ildə universitetin idman sahəsində qazanılan nailiyyətlər və qarşıda duran vəzifələr mövzusunda Bədən tərbiyəsi və idman kafedrasının dosenti, İdman klubunun sədri Məmmədəli Rəhimovun çıxışları dinlənilib.

Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran rektor vurğulayıb ki, cari ildə də əmək və iş intizamı daha da gücləndirilməli, kadr hazırlığına günün tələbləri səviyyəsində diqqət artırılmalıdır. Elbrus İsayev elektron universitet quruculuğu prosesinin davam etdirilməsinə və tədris prosesində ən müasir təlim texnologiyalarının uğurlu tətbiqinə diqqəti çəkərək konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir