Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan: isti ürəkli muxtar respublika

Naxçıvan, 18 oktyabr, AZƏRTAC

Hindistanlı iş adamı Debarçan Bisvas ötən günlərdə Naxçıvan Muxtar Respublikasında səfərdə olub. O, ölkəsinə qayıtdıqdan sonra muxtar respublika ilə bağlı təəssüratlarını qələmə alıb. AZƏRTAC-ın Naxçıvan bürosu həmin yazını təqdim edir:

Ailəmlə zaman keçirmək üçün Hindistana getmədən öncə, Dubayda olduğum son bir ay ərzində düşündüm ki, Qafqazda da bir neçə həftə zaman keçirim. Azərbaycana səfər planlaşdırarkən tək bildiyim şəhər Bakı idi. Ancaq mənim maraq dairəm son dövrlərdə muxtar bölgələr olmuşdu. Araşdırma edərkən Naxçıvan Muxtar Respublikası diqqətimi daha çox çəkdi. Zamanımın az olmasına baxmayaraq, Naxçıvana səyahət etməyə qərar verdim. Mənim üçün Bakıdan Naxçıvana bilet almaq və otel rezervasiya saytlarından biri vasitəsilə “Təbriz” otelində yer sifariş etmək çox asan oldu.

Təxminən gecə saat 1-də Naxçıvan Beynəlxalq Hava Limanına endik. İngilis dilini bilən gənc oğlan otelə getmək üçün taksi xidmətini təklif etdi. 15 dəqiqə uzaqlıqdakı şəhər mərkəzinə getməyə cəmi 5 manat xərclədim. Hindistandan bu torpaqları ziyarət etmək məqsədilə gəlmiş insana yerli sakinlərin göstərdiyi diqqət mənə çox təsir etdi.

Növbəti gün Naxçıvan qaymağı, - hansı ki Hindistana qayıtdıqdan sonra belə, ondan ötrü darıxıram, - yerli çörək, mürəbbə və pendirlə səhər yeməyi yedim. Oteldə mənə bələdçilik edəcək Kamal Yahyalı ilə tanış oldum. Motivasiyası yüksək və çox intellektual gənc olan Kamalla növbəti günlərdə hara gedəcəyimizlə bağlı planlama etdik. Biz qərara gəldik ki, Naxçıvanı kəşf etməyə öz gölləri və bal istehsalı ilə məşhur olan Batabatdan başlayaq. Yol boyunca Kamal Naxçıvanda gənc nəslin inkişafı ilə bağlı görülən işlər barədə qısa və dəyərli məlumatlar verdi. Kamalın müxtəlif dinlər, həmçinin hinduizm və dünya siyasəti ilə bağlı dərin məlumatlı olması məni heyrətləndirdi.

Batabatdakı göllər insan əli dəyməmiş, saf və təmizdir. Bəzən ətrafınızda heç kəsin olmadığı yerlərə getmək insana çox hüzur verir. Ola bilsin ki, buradakı insanlara xoşbəxtlik və hüzur verən də elə əsrarəngiz təbiət mənzərələridir. Üzən adası ilə məşhur olan Batabat gölünü seyr etdik. Naxçıvanın məşhur, saf və təbii balını satan yaşlı arıçı ilə tanışlıq da mənim üçün çox xoş oldu.

Döyüş Şöhrəti Muzeyi və kitab-kafe diqqətimi daha çox çəkdi. Növbəti dayanacağımız duz mədənlərinin əsasında yaradılan müalicə mərkəzi – Duzdağ idi. Bura bronxit və astma xəstəliyi üçün ciddi müalicəvi effektə malikdir. Mənə elə gəlir ki, Duzdağ Fizioterapiya Mərkəzində qalmaq turistlər üçün əvəzedilməzdir. Növbəti Naxçıvan səfərində buranı mütləq ziyarət edəcəyəm.

Sakitləşdirici duz mədənlərinin olduğu tuneldə gəzdikdən sonra Qarabağlar türbəsinin yerləşdiyi Qarabağlar kəndinə getməyə qərar verdik. Türbə, sanki müxtəlifrəngli və naxışlı xalçalarla örtülmüş möhtəşəm memarlıq nümunəsidir. Firuzəyi şirli və sadə kərpicdən ibarət olan kombinasiya şəbəkəsi, müqəddəs “Qurani-Kərim”in ayələrinin əks olunduğu kitabə adamı heyran edir. Türbənin gözəlliyini seyr etdikdən sonra Naxçıvan şəhərinə qayıtdıq. Bir məsələni xüsusilə vurğulayım ki, Naxçıvan şəhərində insan tarixlə, qədim dünya ilə baş-başa qalır. Gözəl hökumət binalarından Möminə Xatun abidəsinə, Naxçıvanqaladan Nuhun möhtəşəm türbəsinə, Şərq hamamlarına qədər bir çox gözəllik bu şəhərdə cəmlənib. Naxçıvanın küçələri geniş, təmiz və abaddır. Ona görə də şəhərdə gəzmək elə özü bir zövqdür. Burada yemək də, demək olar ki, Azərbaycanın digər yerlərindən həm ucuz, həm də dadlıdır.

Növbəti gün biz Azərbaycanın “Macchu Pichusu” kimi tanınan Əlincə qalasına yola düşdük. Günəş çıxmazdan əvvəl qalaya qalxdıq. Qaladan açılan mənzərə, qarşıdan görünən möhtəşəm Haçadağ bütün yorğunluğu unutdurur.

Çəhrayı daşdan tikilmiş Gülüstan türbəsi ilə tanışlıq, Gülüstan kəndində həyatımda yediyim ən dadlı şaftalı və digər meyvələrin dadına baxmaq, sadəcə, Naxçıvana heyranlığımı getdikcə artırırdı. Bir məsələni də deyim ki, Naxçıvanın təbii meyvələri, böyük kənd təsərrüfatı potensialı var.

Ordubada gedərkən yolüstü günorta yeməyi üçün bir evdə dayandıq. Ev sahibləri çox qonaqpərvər idilər. Təzə meyvə-tərəvəz, pendir və turşu, dolma, bozpört Naxçıvan mətbəxinin zənginliyindən xəbər verirdi. Naxçıvanda ailələrin qonaqpərvərliyinə, mədəniyyətinə və ənənələrinə heyran oldum.

Ordubadla tanışlıqdan sonra Darıdağ Müalicə Mərkəzinə getdik. Darıdağ dünyada çox nadir yerlərdən biridir ki, burada arsenli isti su ilə bir çox xəstəliklər müalicə edilir. Şəhərə qayıtmazdan əvvəl 15 dəqiqə bu şəfalı suda qaldım.

Naxçıvanın həm bu qədər toxunulmaz qaldığına, eyni zamanda, belə müasir görünüşünə görə çox heyrətləndim. Blokadada yaşamaqla yanaşı, həm də inkişaf etmək, turistlərə qarşı çox istiqanlı olmaq düşünürəm ki, yalnız Naxçıvanda var. İnsanlar çox səmimidir. Dost qazanmaq bir gülümsəmə kimidir. Mən bura paranoyak səyahətçi kimi gəldim, amma çox gözəl xatirələr və ürəyimdə sevgi ilə geri döndüm. Qısa zamanda Naxçıvana yenidən səfər etməyi düşünürəm. Qədim, müasir və gözəl Naxçıvanı möhtəşəm insanların yaşadığı diyar olaraq dünyaya tanıtmaq üçün səylərimi əsirgəməyəcəyəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV