Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi üçün müasir iş şəraiti yaradılıb

Naxçıvan, 24 iyun, AZƏRTAC

İyunun 24-də Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Bina ilə tanışlıq zamanı məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan mərkəzdə 35 iş otağı, 6 laboratoriya, 1-i elektron lövhəli olmaqla, 2 sinif otağı, elektron lövhəli 72 yerlik iclas zalı, 2 soyuducu kamerası olan anbar və yardımçı otaqlar vardır. Burada gigiyena, epidemiologiya, xüsusi təhlükəli infeksiyalar və ümumi laboratoriya olmaqla, 4 şöbə, təşkilati-metodik və ictimai sağlamlıq, sanitar karantin və dezinfeksiya bölmələri və xüsusi təhlükəli virusoloji, xüsusi təhlükəli bakterioloji, parazitoloji, toksikoloji, ümumi bakterioloji-seroloji, ümumi sanitariya laboratoriyaları fəaliyyət göstərir.

Mərkəzə polimeraz zəncirvari reaksiya cihazları, mikrobioloji laminar dolabları, termostatlar, vorteks, termoşeyker, mikrosentrufuqalar, lüminissent və binokulyar mikroskoplar, quru hava sterilizatorları, qaz və maye xromatoqrafları, spektrofotometr, fotoelektrokolorimetr, radiyasianın təyini cihazı, suyun və südün keyfiyyət analizatorları və digərləri olmaqla, ümumilikdə 66 adda 156 sayda müxtəlif müasir tibbi cihazlar verilib. Həmçinin sterilizasiya üçün avtoklavlar, bakeriosit lampalar, dezinfeksiya kamerası və laborator avadanlıqları yuma və dezinfeksiya cihazı alınıb. Peyvəndlərin saxlanılması üçün isə soyuducu kameralar və dondurucu quraşdırılıb, xlor, xloramin, didifos, deltametrin, bromosept, larviol ehtiyatı yaradılıb, dezinfeksiya, dezinseksiya və digər tədbirlər üçün ehtiyac olan birdəfəlik işçi kombinizonlar, eynək, filtirli maska, çəkmə və 60 avtoçiləyici verilib.

Zirzəmidə dezinfeksiya bölməsi işçiləri, anbardar, peyvənd saxlama, qidalı mühit hazırlama, sterilizasiya, iclas zalı, anbar, camaşırxana, yeməkxana, qazanxana və elektrik otaqları yerləşir. Mərkəzə fiber-optik xətt çəkilib, elektron sənəd dövriyyəsi sisteminə qoşulub, 16 masaüstü kompüter, 8 printer və avtomobillər alınıb.

Mərkəzə baxışdan sonra iclas zalında tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Əhalinin sağlamlığının qorunmasında gigiyena və epidemiologiya tədbirlərinin mühüm əhəmiyyəti vardır. Müstəqillik illərində muxtar respublikada həyata keçirilən səhiyyə islahatlarının tərkib hissəsi kimi bu məsələ diqqətdə saxlanılmış, cəmiyyətin əsas sağlamlıq göstəricisi olan sanitariya mədəniyyəti formalaşdırılmışdır. Naxçıvan Muxtar Respublikasında dövlət sanitariya nəzarəti Gigiyena və Epidemiologiya Mərkəzi və onun 7 rayon şöbəsi tərəfindən həyata keçirilir. Ötən dövrdə mərkəzin fəaliyyəti təmin edilmiş, rayon şöbələri üçün müasir iş şəraiti yaradılmış, yeni ştat strukturu təsdiq olunmuşdur. Hazırda mərkəz və onun rayon şöbələri, ümumilikdə, 316 ştat vahidi ilə fəaliyyət göstərir. Gigiyena və epidemiologiya sahəsində kadr hazırlığı da diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində müvafiq ixtisas açılmış, bu günədək həmin ixtisasın 100-dən artıq məzunu olmuşdur. Dünyada yayılan virusun muxtar respublikada epidemiyadan pandemiyaya çevrilməməsi də məhz bu sahədə həyata keçirilən kompleks tədbirlərin nəticəsidir.

Ali Məclisin Sədri muxtar respublikada sanitar-epidemioloji vəziyyətin qorunub saxlanılmasında səmərəli fəaliyyətlərinə görə Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivinə təşəkkür edərək deyib: Gigiyena və epidemiologiya sahəsində yeniliklərin tətbiqi bütün dövrlər üçün vacibdir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi bundan sonra da fəaliyyətini günün tələbləri səviyyəsində qurmalı, fəsillərə uyğun fəaliyyət proqramı hazırlanaraq təsdiq olunmalı, yerlərdə mütəmadi dezinfeksiya işləri aparılmalıdır. İxtisaslı kadr təminatı işin keyfiyyətini artıran başlıca amildir. Gigiyena və Epidemiologiya Mərkəzi Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələrini praktik fəaliyyətə cəlb etməli, gənc əməkdaşlar işə götürülməli, kurslar təşkil olunmalıdır. Muxtar respublikada yoluxucu və parazitar xəstəliklərlə bağlı vəziyyət sabitdir. Lakin buna baxmayaraq, Səhiyyə Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzi mütəmadi olaraq yoluxucu və parazitar xəstəliklərin profilaktikasını aparmalı, müayinə və monitorinqlər davamlı xarakter daşımalıdır. Dövlət sanitariya nəzarəti o zaman nəticəli olur ki, əhali bu işə dəstək verir. Muxtar respublikada sanitariya mədəniyyəti ilə bağlı maarifləndirici tədbirlər davam etdirilməli, sosial gigiyenanın əhəmiyyəti insanlara düzgün çatdırılmalıdır.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binasının istifadəyə verilməsi və avtomobillərin təqdimatı münasibətilə tədbir iştirakçılarını və mərkəzin bütün kollektivini təbrik edib.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini-Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək deyib ki, muxtar respublikada əhalinin sağlamlığının qorunması sahəsində mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərin tərkib hissəsi olaraq Gigiyena və Epidemiologiya Mərkəzi də hərtərəfli qayğı ilə əhatə olunub, əhali arasında yoluxucu xəstəliklər minimum həddə endirilib. Vaxtında aparılan profilaktik və əks-epidemik tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisində polimelit, difteriya və malyariya xəstəliyi qeydə alınmır. Naxçıvan Muxtar Respublikasında sanitar-epidemioloji xidmətin formalaşması və inkişafı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində mümkün olub. Son illər Sədərək, Babək, Şahbuz, Ordubad, Şərur rayon gigiyena və epidemiologiya şöbələri bütün növ müasir tibbi avadanlıqlarla təmin edilmiş yeni binalara köçürülüb. Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin isə yenidən qurulması həyata keçirilir. Mərkəz üçün yeni binanın istifadəyə verilməsi də görülən işlərin davamıdır. Zeynəb Mustafayeva göstərilən diqqət və qayğıya görə Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivi və səhiyyə işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ali Məclisin Sədri Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müvafiq ixtisasının Gigiyena və Epidemiologiya Mərkəzinə hamiliyə verilməsi ilə bağlı tapşırıq verib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev minnətdarlıq edərək universitetin müvafiq ixtisasında təhsil alan tələbələri üçün Gigiyena və Epidemiologiya Mərkəzinin baza rolunu oynayacağını bildirib.

Sonra 2-si Gigiyena və Epidemiologiya Mərkəzi, 7-si rayon şöbələri, 1-i Naxçıvan Şəhər Bələdiyyəsi üçün olmaqla, 10 avtomobilin təqdimatı olub.

Ali Məclisin Sədri avtomobillərə baxıb və açarları təqdim edib.

Mərkəzin həyətində 40 yerlik açıq və 4 yerlik örtülü dayanacaq yaradılıb, bina istilik, elektrik və su sistemləri ilə təchiz edilib, generator, UPS, əks-təzyiqli antibakterial filtirli havalandırma və kondisioner sistemləri quraşdırılıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib