Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikasında seçkilər mütəşəkkilliyi ilə yadda qalıb

Naxçıvan, 10 fevral, AZƏRTAC

Fevralın 9-da ölkəmiz, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada əlamətdar bir tarixi gün yaşadı – Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən növbədənkənar seçkilər mütəşəkkilliyi ilə yadda qaldı. Böyük ictimai-siyasi əhəmiyyət daşıyan seçkilərin uğurla başa çatması bir daha onu göstərdi ki, vətəndaşlar ölkəmizin qüdrətli bir dövlətə çevrilməsindən, dünya ölkələri sırasında söz sahibi olmasından qürur hissi keçirir, onun sabahına cavabdehliyini əməli işləri ilə sübut etməyə çalışır, bunu özlərinin vətəndaşlıq borcu hesab edirlər.

Seçkilərdə bariz şəkildə müşahidə olunan bir məsələ isə ölkəmizdə, o cümlədən muxtar respublikada bu prosesin azad, şəffaf, demokratik şəkildə keçirilməsi, bunun üçün hərtərəfli şəraitin yaradılması, zəngin seçki təcrübəsinin formalaşdırılması idi.

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 292 açıq və 24 qapalı seçki məntəqəsində seçki keçirilib. Qeydə alınmış 271 min 771 seçicidən 190 min 668 nəfəri, yəni 70,2 faizi seçkilərdə iştirak edib. Ən çox seçici fəallığı 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə qeydə alınıb. Həmin seçki dairəsi üzrə 38 min 658 seçicidən 29 min 419 nəfəri, yəni seçicilərin 76,1 faizi səsvermədə iştirak edib.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları Naxçıvan şəhərində, muxtar respublikanın bölgələrində olub, seçkilərin gedişini müşahidə ediblər.

Naxçıvan şəhəri

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə təşkil edilən 4-17 saylı seçki məntəqəsinin sədri Sultan Zeynalovun verdiyi məlumata görə, bu məntəqədə 1405 seçici qeydiyyatdadır. Məntəqədə səsvermənin gedişini veb-kameralar vasitəsilə izləmək mümkündür. Qeyd edək ki, həmin binada Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə 29-2 saylı məntəqə də fəaliyyət göstərirdi.

Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə təşkil olunan 4-28 saylı seçki məntəqəsinin sədri Tural Haqverdiyevin verdiyi məlumata görə, məntəqədə 1459 seçici qeydiyyatdadır. Bunlardan 2-si ilk dəfə səs veriblər.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin inzibati binasında yerləşən 4-9, 27-3 saylı seçki məntəqələrində günün ilk saatlarından başlayaraq seçicilərin axınını müşahidə etdik. İki saat ərzində 220 seçici öz hüququndan istifadə edib. Vətəndaşlar məntəqəyə gələrək istədikləri namizədlərə səs verirdilər. Seçki prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilirdi.

Burada səs verən Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov seçkilərin gedişi ilə bağlı dedi: “Növbəti seçkilər ölkəmizin, eləcə də muxtar respublikamızın həyatında mühüm ictimai-siyasi hadisədir. Buna görə də seçkilərdə hamının iştirakı vacibdir. Muxtar respublikamız hərtərəfli inkişaf yolundadır. Biz hamımız bu inkişafın davamlı olmasında maraqlıyıq. Doğma diyarımız sosial-iqtisadi inkişaf baxımından ötən parlament seçkilərindən bəri çox dəyişib. Muxtar respublikamızda son illər ərzində elə sürətlə, həm də genişmiqyaslı abadlıq-quruculuq tədbirləri həyata keçirilib ki, bu yurda qədəm qoyanlar heyrətlərini gizlədə bilmirlər. Səhər saatlarından şəhər sakinlərinin dəstə-dəstə seçki məntəqələrinə gəlməsi həm də Naxçıvanın bugünkü inkişafının təntənəsidir. Ona görə də ən layiqli namizədə səs verdim. Bu seçkilərin də dövlətimizə, Vətənimizə xeyirli, uğurlu olacağına inanıram”.

Müşahidə apardığımız növbəti ünvan isə Naxçıvan şəhər 6 saylı uşaq bağçasında yerləşən 27-1, 4-11 saylı məntəqələr oldu. Məntəqə sədrlərindən aldığımız məlumata görə, burada, ümumilikdə, 867 seçici var. Seçkiyə start verildiyi qısa zaman ərzində 250-dən çox seçici səsvermə hüququndan istifadə etmişdi.

Şəhərdə yerləşən 4-10, 27-2 saylı seçki məntəqələrində də səhər saatlarından qələbəlik müşahidə olunurdu. Seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri diqqətimizi cəlb etdi. Səsvermə prosesindən sonra seçicilərdən birinə yaxınlaşırıq. O, Naxçıvan şəhər sakinidir. Nərmin Maqsudova deyir ki, ilk dəfə seçkilərdə iştirak etmək, ölkəmizin, muxtar respublikamızın gələcəyinə cavabdeh olan layiqli namizədlərə səs vermək mənim üçün böyük şərəf oldu. Mən də öz hüququmdan istifadə etdim. Burada bizim səs verməyimiz üçün hərtərəfli şərait yaradılmışdı.

Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin binasında 4-22 və 30-3 saylı seçki məntəqələri yerləşirdi. Həmin məntəqələrdə seçki komissiyasının sədrləri Asif Məmmədov və Həmidə Zeynalova ilə həmsöhbət olduq. Öyrəndik ki, hər iki məntəqə üzrə, ümumilikdə, 1275 seçici qeydə alınıb. Onlardan 11 nəfəri ilk dəfə səs verirdi. Seçicilərdən Validə Məmmədova təqaüdçüdür. O, seçkilərlə bağlı təəssüratlarını bizimlə bölüşdü: – Yaşım 60-ı ötüb. Müstəqillik qazandığımız gündən bu yana keçirilən seçkilərin hamısında iştirak etmişəm. Bundan əvvəlki seçkilərdə xəstə olduğum üçün məntəqəyə gedə bilmədim. Seçki komissiyasına əvvəlcədən məktub göndərdim. Seçki qutusunun evə gətirilməsini istədim. İstəyim yerinə yetirildi. Artıq sağlamlığıma qovuşmuşam və böyük qürur hissi ilə buraya gəlmişəm. Bu gün bizdə seçki mədəniyyətinin yüksəldilməsi məni bir vətəndaş kimi çox sevindirir. Gördüyünüz kimi, seçki prosesi yüksək səviyyədə davam edir. İnsanlar bilirlər ki, bundan sonrakı inkişafımız üçün kimə səs vermək lazımdır. Bizim üçün yaradılan şəraitdən çox razıyıq.

Naxçıvan Tibb Kollecinin binasında yerləşən 4-12 saylı seçki məntəqəsində olarkən seçkilərin gedişi ilə bağlı məntəqə seçki komissiyasının sədri Emil Bayramov bildirdi ki, bu məntəqə üzrə 1284 seçici qeydiyyatdadır. Seçicilərin fəallığı səhər çağından hiss olunur. Məntəqədə seçkilər Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir.

Həmin məntəqədə seçicilərdən birinə yaxınlaşdıq. Əli Əliyev dedi ki, bura gələrkən əvvəlcə seçici siyahısından adını rahatlıqla tapıb. Sonra məntəqəyə daxil olaraq azad şəkildə səsvermə hüququndan istifadə edib: “Mən məntəqə seçki komissiyasının üzvlərinin vətəndaşlara hər cür kömək etdiklərinin şahidi oldum. Bu, çox müsbət haldır”.

Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin binasında yerləşən 4-7 saylı seçki məntəqəsinin sədri Könül Əsgərova seçki prosesinin qanunvericiliyə uyğun keçirildiyini və seçicilərin səsvermədə fəal iştirak etdiyini bildirdi. Öyrəndik ki, bu məntəqə üzrə 1039 seçici qeydə alınıb.

Seçicilərdən 84 yaşlı İsmayıl Bağırovla söhbət etdik. Dedi ki, özü və ailə üzvləri seçkilərdə daim aktiv iştirak edirlər. Bu gün keçirilən seçkidə də seçicilər üçün yaradılan şərait yüksək səviyyədədir. Hər kəs öz seçdiyi namizədə səs verə bilər. Bu gün biz bir daha sabitliyə, əmin-amanlığa, ölkəmizin, eləcə də muxtar respublikanın inkişafına səs verdik.

Seçici Əli Kərimov bildirdi ki, ilk dəfə seçkilərdə iştirak etdiyi üçün sevinc hissi keçirir: “Bir gənc kimi gələcəyimizi, xalqımızın rifahını, Vətənimizin sabahını düşünərək layiqli namizədə səs verdim. Yaradılmış şərait bütün seçicilərə sərbəst, azad seçim etmək imkanı verir”.

4 saylı Naxçıvan Şəhər Seçki Dairəsindən aldığımız məlumata görə, dairə üzrə məntəqələrin sayı 37, seçicilərin sayı isə 44 min 555 nəfərdir. Bunlardan 67-si ilk dəfə səs verən vətəndaşdır. Məntəqələrin 5-də veb-kameralar quraşdırılıb.

Şərur rayonu

Şərur rayonunda Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərə 1 saylı Şərur-Sədərək və 2 saylı Şərur Seçki dairələri üzrə, ümumilikdə, 88 seçki məntəqəsi yaradılmışdı. Həmin məntəqələrin 80-i Şərur rayonundadır. Hər iki dairə üzrə seçkilərə əvvəlcədən yüksək hazırlıq işləri görülmüşdü.

Şərur Dəmir yolu Stansiyasının inzibati binasında yerləşən 2-50, 10-4 saylı məntəqələrdə veb-kameraların quraşdırılması seçkilərin gedişini internet vasitəsilə izləmək imkanı yaratmışdı. Məntəqələrdə, ümumilikdə, 1109 nəfər seçici siyahıya alınıb. Onların 5 nəfəri səsvermədə ilk dəfə iştirak edəndir.

Mərkəzi kitabxananın binasında təşkil olunmuş 2-3 saylı məntəqədə səs vermiş əmək veteranı Valeh Zeynalov: – Bu gün muxtar respublikamızda gedən abadlıq, quruculuq işləri bütün sakinlərin ürəyincədir. Bu tədbirlərdən rayonumuza da pay düşüb. Bu şəraitdən bəhrələnən şərurlu seçicilər də sərbəst şəkildə seçki məntəqəsinə gəlib yüksək fəallıqla səs verirlər. Məqsəd insan amilinə xidmət edən inkişaf, tərəqqinin bundan sonra da davamlı olması, xalqımızın güzəranının daha da yaxşılaşmasıdır. O ki, qaldı mənim seçimimə, təbii ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin davamçılarını millət vəkili kimi görmək istəyirəm.

İbadulla kəndindəki tam orta məktəbin binasında 2-20, 13-2 saylı, həkim ambulatoriyasında 2-19, 13-1 saylı seçki məntəqələrində də seçicilər öz istədikləri namizədə sərbəst şəkildə səs verirdilər. Burada seçki prosesi yüksək səviyyədə aparılırdı və demokratik şərait açıq-aşkar hiss edilirdi. Seçici Ələkbər İsmayılov dedi: – Bu gün xalqımız üçün ən əlamətdar günlərdən biridir. Vətəndaşlarımız layiqli namizədləri Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçirlər. Özüm, eləcə də ailə üzvlərim seçkilərdə daim aktiv iştirak etmişik. Bugünkü seçkidə də yaradılan şərait yüksək səviyyədədir. Hər kəs öz seçdiyi namizədə səs verir. Biz bir daha sabitliyə, əmin-amanlığa, ölkəmizin, eləcə də muxtar respublikamızın inkişafına, işıqlı gələcəyinə səs verdik.

Digər seçki məntəqələrində də seçicilər yüksək əhval-ruhiyyə ilə məntəqəyə gəlir, səsvermədə mütəşəkkil iştirak edirdilər. Seçki məntəqələrində səsverməyə gəlmək imkanı olmayan və bu barədə məntəqə seçki komissiyalarına əvvəlcədən müraciət etmiş şəxslərin səs vermələri üçün də lazımi şərait yaradılmışdı, onlar üçün daşınan qutular təşkil olunmuşdu. Belə ki, rayonun ən yaşlı sakinləri – Qorçulu kəndində yaşayan, yaşı 100-ü ötmüş Fərman Sadiqov və Tənənəm kənd sakini Qəndab Maxsudova da məntəqəyə gəlmək imkanları məhdud olduqları üçün yaradılan bu şəraitdən istifadə edərək komissiya üzvlərinin iştirakı ilə səs veriblər.

Babək rayonu

Fevralın 9-da keçirilən seçkilərdə Babək rayon sakinləri də fəallıqları ilə seçildilər. Səhər saatlarından etibarən səsverməyə gələn rayon sakinləri seçici siyahısında öz adlarını dəqiqləşdirdikdən sonra məntəqəyə daxil olur,  seçki bülleteni alır, layiq bildikləri namizədə səs verirdilər.

Seçkilərin gedişini izləmək üçün əvvəlcə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə təşkil olunmuş 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin məntəqələrində olduq. Dairə seçki komissiyasının sədri Zahid Ələkbərov məlumat verdi ki, dairə üzrə 49 məntəqə yaradılıb. Onlardan 21-i Babək, 20-si Kəngərli rayonlarında, 8-i isə Naxçıvan şəhərində yerləşir. Dairə üzrə 43 min 38 seçicinin səs verəcəyi müəyyənləşib. Onlardan 266-sı ilk dəfə olaraq bu konstitusion hüquqdan istifadə edəcəklər. Komissiya sədri onu da əlavə etdi ki, seçki kampaniyasına hazırlıqla əlaqədar olaraq əvvəlcədən bütün məntəqələrə daşınan və daşınmaz qutular qoyulub. Bundan başqa, dairənin 5 seçki məntəqəsində seçkilərdəki şəffaflığı izləmək üçün veb-kameralar quraşdırılıb.

Babək qəsəbəsində yerləşən 3-41 saylı seçki məntəqəsində öyrənirik ki, məntəqə üzrə 1194 seçici var və onlardan 19-u ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ qazananlardır. Səsverməyə gəlmiş Babək qəsəbə sakini, 101 yaşlı Sadıx Nəcəfovla söhbətləşirik. Deyir ki, indiyədək müxtəlif seçkilərdə iştirak etmişəm. Bu dəfə də öz vətəndaşlıq borcumu yerinə yetirdim. İnanıram ki, bu seçkilərdə layiqli namizədlər seçiləcək.

3-45 saylı seçki məntəqəsi isə Babək qəsəbə 2 nömrəli tam orta məktəbin binasında yerləşirdi. Məntəqə üzrə 6 nəfər ilk dəfə səs verib. Həmin gənclərdən biri Fizzə İsmayılova deyir: “İlk dəfədir ki, seçkidə iştirak edirəm. Səsvermə zamanı şahidi oldum ki, seçkilərin demokratik şəkildə keçirilməsi üçün hər cür şərait yaradılıb. Mən də layiq bildiyim namizədə səs verdim. Qoy bu seçkilərin nəticələri ölkəmiz, muxtar respublikamız üçün xeyirli, uğurlu olsun”.

Daha sonra rayonun Xəlilli kəndində yerləşən 3-33 saylı seçki məntəqəsinə yollanırıq. Burada bizə məlumat verildi ki, məntəqə üzrə 457 seçici qeydiyyata alınıb. Onlardan da 6-sı ilk dəfə olaraq seçki kampaniyasında iştirak edir. Belə gənclərdən biri, ailə üzvləri ilə birgə səsverməyə gələn Naxçıvan Dövlət Universitetinin tələbəsi Vüsalə Nəcəfova ilə həmsöhbət olduq: “Deyə bilərəm ki, seçki azad və şəffaf keçirilir. Mən də bir gənc kimi inkişaf, sabitlik və tərəqqiyə səs verdiyimə inanıram”.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə Babək rayonunda 6 seçki dairəsi yaradılıb. 18 saylı Nehrəm, 19 saylı Babək qəsəbə, 20 saylı Yarımca, 21 saylı Məzrə, 22 saylı Şıxmahmud, 23 saylı Cəhri Seçki dairələri üzrə məntəqələrdə yüksək seçici fəallığı var idi. İlk olaraq yolumuzu Şıxmahmud kəndindən saldıq. Qeyd edək ki, 22 saylı Şıxmahmud Seçki Dairəsi üzrə 10 məntəqə yaradılıb. Seçki dairəsi üzrə 7408 seçici qeydiyyatdadır. Şıxmahmud kənd tam orta məktəbində yerləşən 22-1 saylı seçki məntəqəsində də seçicilər böyük fəallıq göstərirdilər.

Axşam saatlarında əldə etdiyimiz məlumatlara əsasən Babək rayonundakı seçicilərin əksəriyyəti artıq səsvermə hüququndan istifadə etmişdi. Seçki dairələrinə məntəqələrdən heç bir şikayət daxil olmamışdı.

Ordubad rayonu

Seçkilər Ordubad rayonunda da şəffaf və demokratik şəkildə keçirilib. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 7 saylı Ordubad-Culfa Seçki Dairəsinin əhatə etdiyi ərazilər üzrə 35 min 209 seçici qeydə alınmışdı. Həmin seçicilərin səsverməsi üçün 52 seçki məntəqəsi yaradılmışdı ki, bunların da 45-i Ordubad rayonunda təşkil edilmişdi. Rayonda yaradılan seçki məntəqələrində 29 min 302 seçici qeydə alınmışdı. Həmin məntəqələrdə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər üçün Ordubad rayonu üzrə 41, 42, 43, 44, 45 saylı Seçki dairələrinin əhatə etdiyi məntəqələrin hər birində seçkilərin demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılmış, bütün məntəqələr lazımi avadanlıqlarla təchiz edilmişdi.

7 saylı Ordubad-Culfa Seçki Dairəsinin Ordubad şəhərindəki şahmat məktəbində yerləşən 1 saylı seçki məntəqəsində olduq. Məntəqə üzvlərinin iştirakı ilə qutular möhürləndi və seçkiyə start verildi. 1289 seçicinin səs verəcəyi məntəqədə səhər saatlarından seçici fəallığı hiss olunurdu. Məntəqə seçki komissiyasının sədri Əkbər Babazadə söhbət zamanı bildirdi ki, səs verəcək bütün seçicilərin siyahısı dəqiqləşdirilib və onlara bildirişlər göndərilib. Üç nəfər seçici ilk dəfə səs verəcəkdir.

Həmin məntəqədə yenicə səs vermiş Kəmalə Əliyeva ilə həmsöhbət olduq. Öyrəndik ki, Kəmalə xanım Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin müəllimidir. Müsahibimizdən seçkilərin gedişi ilə bağlı fikirlərini bildirməsini xahiş etdikdə vurğuladı ki, müstəqil dövlətimizdə həyata keçirilən möhtəşəm quruculuq prosesləri, əhalinin gündən-günə yaxşılaşan həyat səviyyəsi və ən əsası da sabitlik və əmin-amanlıq ona öz fikirlərini seçki günündən hələ xeyli əvvəl qətiləşdirməyə imkan yaradıb. Xüsusən də Naxçıvan Muxtar Respublikasında həyata keçirilən quruculuq prosesləri sözlə ifadə olunmayacaq qədər möhtəşəmdir. Bütün bunlara isə ulu öndər Heydər Əliyev siyasətinin muxtar respublikada uğurla davam etdirilməsinin nəticəsində nail olunub. Kəmalə xanım da Heydər Əliyev yolunu dəstəkləyənlərə səs verdiyini bildirdi. Digər həmsöhbətimiz təqaüdçü Aydın Qənbərli də səsvermə üçün ideal şəraitin yaradıldığını bildirdi.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə Ordubad şəhərindəki 7-2 saylı seçki məntəqəsində də müşahidə apardıq. Burada 1428 nəfər seçicinin sərbəst şəkildə səs verməsi üçün hər cür şərait təmin edilmişdi. Məntəqə seçki komissiyasının sədri Azər Məmmədovun sözlərinə görə, hər kəs seçkilərin şəffaf keçirilməsində maraqlıdır. Çünki bu gün səs verdiyimiz namizəd sabah Milli Məclisdə və başqa tribunalarda öz seçicilərini təmsil edəcək. Ona görə də hər bir seçici istədiyi namizədi seçmək üçün tələsir.

Adıçəkilən məntəqədə bitərəf müşahidəçi Mikayıl Babayevlə həmsöhbət olduq. O, seçki prosesində qanun pozuntusunun qeydə alınmadığını bildirdi.

Culfa rayonu

Culfa rayonunda da seçicilərin səsvermədə iştirakı üçün zəruri şərait yaradılmışdı. Bundan səmərəli istifadə edən seçicilər səsvermə prosesində xüsusi fəallıq nümayiş etdirirdilər.

Rayon üzrə 30 seçki məntəqəsi fəaliyyət göstərirdi ki, onun 7-si 7 saylı Ordubad-Culfa, 23-ü isə 6 saylı Culfa-Babək Seçki dairələrinin tərkibində idi. Rayon üzrə seçicilərin ümumi sayı 25 min 422 nəfər idi. Onların 54 nəfəri isə səsvermə hüququndan ilk dəfə istifadə edirdi.

6 saylı Culfa-Babək Seçki Dairəsinin Culfa şəhər 6-16 saylı məntəqə seçki komissiyasının sədri Səriyyə Salahova bildirdi ki, məntəqə üzrə 1460 seçici qeydə alınıb. Seçkiyə hazırlıq işləri əvvəlcədən yüksək səviyyədə həyata keçirilib. Burada veb-kamera da quraşdırılıb.

Müşahidə apardığımız növbəti ünvan 6-17 saylı seçki məntəqəsi oldu. Burada da veb-kamera quraşdırılmışdı. Məntəqə sədri Rauf Hüseynov bildirdi ki, seçkiyə start verildikdən qısa zaman sonra artıq 300-dən çox seçici səsvermə hüququndan istifadə edib. 1407 seçicinin qeydə alındığı məntəqədə seçici Rövşən Abbasovla həmsöhbət olduq. O vurğuladı ki, azad, demokratik bir ölkədə yaşadığımıza görə qürur duyuruq. Müstəqil Azərbaycan öz işıqlı günlərini yaşayır. Bizim üçün yaradılan şəraitdən çox razıyıq.

6-21 saylı seçki məntəqəsi rayonun Ərəzin kənd tam orta məktəbinin binasında yerləşir. Öyrəndik ki, bu məntəqə üzrə 1307 seçici səs verəcək. Qeyd edək ki, məntəqə üzrə 4 nəfər ilk dəfə səs verənlər idi. Həmin gənclərdən biri – Naxçıvan Dövlət Universitetinin tələbəsi Səmanə İmanovanın dediklərindən: “İlk dəfədir ki, seçkidə iştirak edirəm. Ona görə də qürurluyam. Ölkəmizin inkişafı, sabitlik, əmin-amanlıq mənim kimi, digər gəncləri də gələcəyə daha inamla baxmağa sövq edir”.

Rayonun Əbrəqunus kəndində yerləşən 6-22 saylı seçki məntəqəsində isə qeydiyyata alınan ümumi seçici sayı 1115 nəfər idi. Müşahidələrimiz nəticəsində bu seçki məntəqəsində də lazımi şəraitin yaradıldığının, seçicilərin fəallığının şahidi olduq.

Saat 15:00-da 6 saylı Culfa-Babək Seçki Dairəsinin 6-26 saylı Saltaq seçki məntəqəsində idik. Bu məntəqədə seçicilərin sayı 1192 nəfər idi. Səsvermədə görüşdüyümüz seçicilərin hamısı seçkilərin gedişindən razılıqlarını bildirirdi.

7 saylı Ordubad-Culfa Seçki Dairəsinin 7-47 saylı Yaycı məntəqə seçki komissiyasının sədri Rizvan Quliyevdən öyrəndik ki, bu məntəqədə 1385 seçici qeydiyyatdadır. Seçicilərdən 6-sı ilk dəfə səsvermə hüququndan istifadə edir. Onlardan biri də Səbuhi Möhbalıyevdir. O, seçkilərlə bağlı təəssüratlarını belə bildirdi: “Çox həyəcanlıyam. Bu gün hər kəs öz vətəndaşlıq borcunu böyük ruh yüksəkliyi ilə yerinə yetirir. Mən də ölkəmizin xoşbəxt gələcəyinə səs verdim və bundan böyük qürur hissi duyuram”.

Həmin gün saat 19:00-da rayonun bütün seçki məntəqələrində səsvermə mütəşəkkilliklə başa çatıb.

Kəngərli rayonu

Kəngərli rayonunda da seçkilərə ciddi hazırlıq işlərinin görülməsi seçki məntəqələrinin açıldığı səhər saatlarından bu ünvanlara fəal şəkildə gələn seçicilərin rahat və heç bir çətinlik çəkmədən səs verməsinə şərait yaratmışdı. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərlə bağlı 3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsi üzrə Kəngərli rayonunda 18 seçki məntəqəsi yaradılmışdı. Rayon üzrə 19 min 237 seçici qeydə alınmışdı.

Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 3-12 saylı seçki məntəqəsi rayonun Şahtaxtı kəndində, kənd mərkəzinin binasında fəaliyyət göstərirdi. 1175 seçicinin olduğu məntəqədə onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdı. Seçicilərdən Cəbi Həsənov dedi: “Məntəqədə hər kəsin öz namizədinə səs verməsi üçün bütün şərait yaradılıb. Digər kənd sakinləri kimi, mən də sərbəst şəkildə öz namizədimə səs verdim”.

1415 seçicinin qeydiyyatda olduğu Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin binasında yaradılan 3-6 saylı məntəqədə ilk dəfə seçkilərdə iştirak etmək hüququ əldə etmiş gənclərdən İlkanə Hüseynova söhbət zamanı bildirdi ki, onun kimi ilk dəfə səs verən gənclərin seçkilərdən öncə seçki proseduru ilə bağlı maarifləndirilməsi onların seçkilərdə fəal iştirakına zəmin yaradıb.

Rayonun Qıvraq qəsəbə tam orta məktəbində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə yaradılan 3-17 saylı məntəqə seçki komissiyasının sədri Nazim Əsgərov məlumat verdi ki, məntəqədə 1165 seçici qeydə alınıb. Günortaya kimi seçicilərin, demək olar ki, yarısı səsvermə hüququndan istifadə edib. Məntəqədə qayda pozuntusuna yol verilməyib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərlə bağlı rayonda təşkil edilən 15 saylı Qarabağlar, 16 saylı Qıvraq, 17 saylı Çalxanqala Seçki dairələri üzrə 18 məntəqəyə rayon sakinləri böyük ruh yüksəkliyi ilə gəlir, layiqli namizədə səs verirdilər. Adıçəkilən dairələr üzrə 19 min 237 seçicinin qeydiyyatda olduğu məntəqələrin önündə səhər saatlarından qələbəlik idi. Seçkilər beynəlxalq tələblərə uyğun, azad və demokratik şəraitdə keçirilirdi. Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin binasında yaradılan 15-1 saylı məntəqədə 1471 seçici qeydiyyatda idi. Kənd sakinləri səhər saatlarından buraya gəlir, istədikləri namizədə səs verirdilər. 18 sakinin ilk dəfə səsvermə hüququndan istifadə etdiyi məntəqədə təqaüdçü Vəli Əsədov bizimlə söhbətində bildirdi ki, ötən dövrdə keçirilən bütün seçkilərdə iştirak edib. Eyni zamanda, gənclərə də seçkilərdə fəal iştirak etməyi tövsiyə edib, seçkilərin hər bir Azərbaycan vətəndaşının həyatında mühüm hadisə olduğunu dedi. Əmindir ki, səs verdiyi namizəd seçicilərin ona göstərdiyi etimadı doğruldacaq.

Məntəqədə olarkən ilk dəfə səs vermək üçün gəlmiş Nihad Əliyevin də fikirlərini öyrəndik. Həmsöhbətimiz bildirdi ki, parlament seçkilərində ilk dəfə iştirak etdiyi üçün böyük qürur hissi keçirir. Çünki həyatında birinci dəfədir ki, ölkəmizin və muxtar respublikamızın ali qanunverici orqanlarına deputat seçilmək istəyən namizədlərə səs verir.

Rayonda olarkən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə yaradılan 17-5 saylı Çalxanqala, 17-6 saylı Xıncab, 17-7 saylı Təzəkənd, 16-6 saylı Böyükdüz, 17-1 saylı Yeni Kərki və başqa kəndlərdəki məntəqələrdə də olduq. Bu məntəqələrdə də seçki prosesinin müasir tələblərə uyğun keçirilməsi üçün lazımi şərait yaradıldığından proses zamanı heç bir qanun pozuntusuna rast gəlinməmişdi.

Bir sözlə, əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Azərbaycan Respublikası Milli Məclisinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən növbəti seçkilərdə rayon sakinlərinin yüksək seçici fəallığı nümayiş etdirdiklərinin şahidi olduq.

Şahbuz rayonu

Budəfəki seçkilər muxtar respublikanın hər yerində olduğu kimi, Şahbuz rayonunda da yüksək seçici fəallığı ilə seçilirdi. Seçki prosesinin necə keçdiyini izləmək üçün müşahidələrimizə rayon ərazisindəki 1 saylı seçki məntəqəsindən başladıq.

Səhər saat 8:00-dan həmin məntəqədə qələbəlik idi. İlk səs verən seçicilərdən Sadıq Ələsgərov və Kamil Əliyevə yaxınlaşdıq. Kamil Əliyev bildirdi ki, ilk seçici olduğum üçün qürur duyuram.

Burada həmsöhbət olduğumuz gənc seçicilərdən Mehri Bayramova bildirdi ki, seçki prosesində iştirak etməyi özüm üçün vətəndaşlıq mövqeyi, mənəvi borc hesab edirəm. Bugünkü seçkilərdə fərəhlə iştirak etdim. Digər seçicilər də öz vətəndaşlıq borclarını yerinə yetirərək seçkilərdə fəal iştirak edirdilər.

Şahbuz rayonunda yaşı 100-dən yuxarı olan iki seçici var. Onlardan 110 yaşlı Ceyran Qafarova Şahbuz şəhər 1 saylı seçki məntəqəsində, 100 yaşlı Hüseyn Hümbətov isə Güney Qışlaqdakı 5-16 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə ediblər.

Müşahidələrimizi Şahbuz şəhərində yerləşən 5-6, Ayrınc kəndindəki 5-8, Qızıl Qışlaq kəndindəki 5-17, Güney Qışlaqdakı 5-16 saylı seçki məntəqələrində davam etdirdik. Məntəqələrin yerləşdiyi ərazilərə yaxınlaşarkən burada da seçicilərin çoxluğu və yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılmaq istəkləri, seçici fəallığı diqqətimizi çəkirdi.

780 seçicinin qeydiyyata alındığı 5-2 saylı seçki məntəqəsində də olduq. Burada veb-kamera da quraşdırılmışdı. Seçki hüququndan istifadə edən yaşı 95-i haqlamış Əli Xəlilov bildirdi ki, komissiya üzvlərinin qanunauyğun fəaliyyəti vətəndaşların sərbəst şəkildə öz iradələrini ifadə etmələrinə və istədikləri namizədlərə səs vermələrinə şərait yaradıb.

Seçici Novruz Məmmədov isə dedi ki, mən də səsvermədə namizədlər arasında inandığım namizədə səs verdim.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər üzrə yaradılmış 5-22 saylı Ağbulaq və 5-21 saylı Gömür seçki məntəqələrində də seçici fəallığı yüksək idi.

5-21 saylı məntəqədə olarkən ən çox diqqətimizi çəkən məqam yaşlı bir qadın oldu. Öyrənirik ki, həmin qadın – Maral Taroyeva bu məntəqənin ən yaşlı seçicilərindəndir. O, dedi: “Çox şadam, artıq bir neçə dəfədir ki, seçkilərdə iştirak edirəm. Səhhətim imkan verdi ki, bu dəfə də layiqli namizədimi dəstəkləmək üçün məntəqəyə gəlim. Yaşımın çox olmasına baxmayaraq, mən də seçkilərdə həvəslə iştirak etdim”.

947 seçicisi olan Kükü kəndindəki 5-15 saylı seçki məntəqəsindən Sabir Quliyev və Aləm Bağırov isə səsvermədə iştirak etməklə öz vətəndaşlıq hüquqlarından istifadə etdiklərini bildirdilər və layiqli namizədlərə səs verdiklərini vurğuladılar.

Şahbuzun digər bir yaşayış məntəqəsi olan Kolanı kəndində də seçki günündə yüksək seçici fəallığı vardı. Burada həmsöhbət olduğumuz yaşlı seçicilərdən İdris Mustafayev və Xəqani Qurbanov demokratik və şəffaf seçkilərin keçirilməsi üçün yaradılmış şəraitə görə minnətdarlıqlarını bildirdilər, layiqli namizədlərə səs verdiklərini dedilər.

Ölkəmizin ildən-ilə qüdrətlənməsinin, muxtar respublikamızın hərtərəfli inkişafının insanların budəfəki seçkilərə olan marağını artıran əsas amillərdən olduğu görünürdü. Həmsöhbət olduğumuz şahbuzlu seçicilərin də ümumi qənaəti belə idi.

Məlumat üçün qeyd edək ki, 5 saylı Şahbuz-Babək Seçki Dairəsinin tərkibində olan 46 seçki məntəqəsinin 37-si daimi fəaliyyət göstərir. Onlardan 25-i Şahbuz, 12-si isə Babək rayonundadır. 9 məntəqə seçki komissiyası isə seçki gününə 5 gün qalmış yaradılmışdı.

Sədərək rayonu

Seçkilər Sədərək rayonunda da mütəşəkkil, azad və şəffaf keçirildi. Apardığımız müşahidələrə əsasən əminliklə deyə bilərik ki, seçki məntəqələrində müasir şərait yaradılmışdı və seçicilər öz iradələrini lazımi səviyyədə nümayiş etdirirdilər.

Rayonda seçicilərin ümumi sayı 10 min 629 nəfərdir ki, bunlardan da 17-si ilk dəfə səs verənlər idi.

Heydərabad qəsəbə orta məktəbində yerləşən 1-1 saylı seçki məntəqəsində seçici mütəşəkkilliyinin şahidi olduq. Burada müşahidəçilərə də yaxşı şərait yaradılmışdı. Məntəqə seçki komissiyasının sədri Ramazan Cəfərov seçkinin gedişi barədə məlumat verərək dedi ki, məntəqəmizdə 1474 seçici var. Onlardan ikisi səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərdir.

Onlardan biri – İnci Qaybalıyeva ilə həmsöhbət olduq. İnci bildirdi ki, muxtar respublika inkişaf edir, yollar çəkilir, gözəl park və xiyabanlar salınır, kənd mərkəzləri, səhiyyə, təhsil ocaqları inşa edilir, hamısı da müasir səviyyədə. Bütün bunlar bizim gözümüzün qarşısında baş verir. Biz də, öz növbəmizdə, ölkəmizin demokratik və sürətli inkişafı üçün hüququmuzdan düzgün istifadə etməliyik. Mən də belə etdim. Rayonumuzun inkişafı üçün layiqli namizədə səs verdim.

Uşaq musiqi məktəbində yerləşən 1-5 saylı seçki məntəqəsinin sədri Şahin Zeynalov isə bildirdi ki, aparılan hazırlıq işləri yetərli olduğundan seçicilər heç bir çətinliklə qarşılaşmadan səsvermə hüququndan istifadə edirlər. Məntəqədə 1434 seçici var, səsvermə hüququndan ilk dəfə istifadə edən 1 nəfər qeydə alınıb.

Kənd ağsaqqalı Ələkbər Cabbarov bizimlə təəssüratlarını bölüşdü: “Həyatın hər üzünü görmüşəm. İmperiyanın caynağından xilas olanadək çətin günlər yaşadıq. İndi isə vəziyyətimiz çox yaxşılaşıb. Əmin-amanlıq şəraitində rahat yaşayırıq. Bu yaşayışın davamı üçün əvvəlcədən müəyyənləşdirdiyim namizədə səs verdim”.

Rayon Elektrik Şəbəkəsinin inzibati binasında yerləşən 1-7 saylı seçki məntəqəsində 1483 seçici siyahıya alınıb. Burada səs verən Qasımovlar ailəsi ilə tanış olduq. Ailə başçısı Bəxtiyar Qasımov bildirdi ki, həyat yoldaşım Səmayə, oğlum Nicat ilə birlikdə səsvermədə iştirak etdik. Muxtar respublikamızda abadlıq-quruculuq işləri aparılır, yeni iş yerləri açılır, bir sözlə, çox böyük inkişaf var. Kəndimizdə su, qaz, işıq daimidir. Əməkhaqları, pensiyalar artırılır, insana qayğı, diqqət vardır. Biz də bu siyasəti dəstəklədik.

Sədərək kənd 1 nömrəli tam orta məktəbdə yerləşən 1-4 saylı seçki məntəqəsinin sədri Kamran Qasımovdan aldığımız məlumata görə, bu məntəqədə 1441 seçici var. Onlardan 3-ü ilk dəfə seçki hüququndan istifadə edəcək. Məntəqə sədri ən yaşlı seçicinin 1924-cü il təvəllüdlü Səkinəxatın Nəsirova olduğunu bildirdi. Məntəqədə seçkilər müvafiq məcəllənin tələblərinə uyğun təşkil edilmişdi və ilk baxışdan vətəndaş fəallığı diqqəti çəkirdi.

Bu məntəqədə də səsverməyə gəlmiş daha bir ailə ilə həmsöhbət olduq. Ailə başçısı Nazim Bağırov seçki məntəqəsində yaradılan şəraitdən, şəffaflıqdan razılıqla danışdı.

Sədərək kənd 2 nömrəli tam orta məktəbdə yerləşən 1-3 saylı seçki məntəqəsinin sədri Qurban Qasımovdan aldığımız məlumata görə, məntəqədə 1446 seçici var.

Səsvermə hüququndan ilk dəfə istifadə edən Yasin Əliyev də bu seçki prosesində iştirak etməyindən həvəslə danışdı və qeyd etdi ki, bu gün müasir gənclik hərtərəfli qayğı ilə əhatə olunub. Gənclər də yaradılmış şəraitdən istifadə edərək ölkəmizin və muxtar respublikamızın inkişafına töhfələrini verirlər. Bu proses isə biz gəncləri ölkəmizin gələcək dövlət quruculuğu işində daha mütəşəkkil olmağa sövq edir. Mən də respublikamızın inkişafına öz töhfəsini verəcək namizədi seçəcəyəm.

Qeyd edək ki, seçki prosesini yerli müşahidəçilərlə yanaşı, müxtəlif xarici ölkələr və beynəlxalq təşkilatları təmsil edən müşahidəçilər də izləyirdilər.

Seçki məntəqələrində səsverməyə gəlmək imkanı olmayan və bu barədə məntəqə seçki komissiyalarına əvvəlcədən müraciət etmiş şəxslərin səsvermə hüququndan istifadə etmələri üçün də şərait yaradılmışdı.

Bir sözlə, Sədərək rayonunda da seçkilərin tam şəffaf, obyektiv şəraitdə keçirildiyinin şahidi olduq.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO