Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Naxçıvan Şəhər Məhkəməsinin sədri H.M.Məmmədovun iş yerinin dəyişdirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq qərara alıram:

Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Şəhər Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 18 noyabr 2014-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin