Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan teatrına “Milli” statusu verilib

Naxçıvan, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında bu münasibətlə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək deyib ki, Naxçıvan teatrı milli teatrımızın inkişafında mühüm rol oynayıb, ictimai fikrə və ədəbi mühitə güclü təsir göstərib, görkəmli dramaturq, rəssam, aktyor və teatr təşkilatçıları yetirib. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binaları yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında da yenidənqurma işləri aparılaraq 2012-ci ildə istifadəyə verilib.

Qeyd olunub ki, Naxçıvan teatrı fəaliyyət göstərdiyi bütün dövrlərdə mütərəqqi ideyalara söykənib, günün aktual məsələlərinə nüfuz edib, xalqın milli oyanışına çalışıb. Bu sənət ocağı Azərbaycan, Avropa, eləcə də dünya ədəbiyyatının və incəsənətinin qabaqcıl ənənələrindən və nailiyyətlərindən bacarıqla faydalanıb. Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu gün də klassik və müasir teatr ənənələrini davam və inkişaf etdirir, ictimai əhəmiyyəti ilə seçilən uzunömürlü səhnə əsərləri yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 29 oktyabr tarixli Sərəncamı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Aparıcı teatr” statusu verilib.

Ülvi Hüseynli bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Naxçıvan Dövlət Musiqili Dram Teatrının “Milli teatr” statusunun verilməsi məsələsinə baxılıb. Teatrlara “Milli” status milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, onların uzun illər səmərəli fəaliyyətinə, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri nəzərə alınmaqla verilir. Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Milli” statusun alınması məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə təşəbbüslə müraciət edib. Mədəniyyət Nazirliyi tərəfindən müvafiq komissiya yaradılaraq təşəbbüsə baxılıb, komissiyanın müvafiq təqdimatın verilməsi barədə rəyi nazirliyin kollegiyasında müzakirə olunub, müvafiq sənədlər toplanaraq təqdimat məktubu ilə birlikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə göndərilib. Bundan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Nazirlər Kabinetinə məsələ ilə bağlı təqdimat verib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli Qərarı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” status verilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aparat rəhbəri Aləm Bağırov bildirib ki, “Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrların “Akademik” və “Milli” statuslarına təqdim olunması Qaydası”nın təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 69 nömrəli Qərarı olub. Qərarda muxtar respublikada fəaliyyət göstərən teatrlara “Akademik” və “Milli” statusların təqdim olunması üçün tələblər, statuslarının verilməsinə dair təqdimat və həmin statusları almış teatrların maliyyələşdirilməsi Qaydaları təsdiq edilib. Həmin Qərarın Qaydalarında göstərilən tələblərə uyğun olaraq “Milli” statusun verilməsi məsələsinə baxılıb. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” status verildiyi üçün qanunvericiliyə əsasən teatrın işçilərinin əməkhaqqına 2022-ci il mayın 1-dən 50 faiz məbləğində əlavə ödəniləcəkdir.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova deyib ki, Azərbaycan teatrı salnaməsinə parlaq səhifələr yazan Naxçıvan Dövlət Musiqili Dram Teatrı zəngin sənət ənənələrinə malikdir. 1883-cü ildə fəaliyyətə başlamış teatrın təşəkkülü və inkişafında ölkəmizin görkəmli ədəbiyyat və incəsənət xadimləri yaxından iştirak ediblər. XX əsrin 20-ci illərində Naxçıvan teatrı yeni inkişaf mərhələsinə qədəm qoyub, Naxçıvan aktyorları vahid truppada birləşib və 1922-ci ildə Dövlət Dram Teatrı yaradılıb. Müstəqillik illərində Naxçıvan Dövlət Musiqili Dram Teatrının yaradıcılıq axtarışları, qastrol səfərləri genişlənib, kollektiv milli dəyərlərimizin peşəkar təbliğatçısına çevrilib. Bu illərdə Naxçıvan Dövlət Musiqili Dram Teatrı Azərbaycanda və müxtəlif xarici səfərlərdə öz tamaşaları ilə teatrsevərlərin rəğbətini qazanıb. Müstəqillik illərində teatrın tamaşaya qoyduğu dramlar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir və bu da teatrın axtarışlarının düzgün istiqamətdə inkişaf etdiyinin göstəricisidir. Natəvan Qədimova Naxçıvan teatrına “Milli” statusun verilməsinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə mədəniyyət ictimaiyyəti adından minnətdarlıq edib.

Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev bildirib ki, bu gün teatrın tarixində çox əlamətdar bir gündür. 139 yaşlı Naxçıvan Dövlət Musiqili Dram Teatrına “Milli” statusunun verilməsi dövlətimizin mədəniyyətimizə göstərdiyi böyük qayğının göstəricisidir. Hərtərəfli qayğı ilə əhatə olunmuş Naxçıvan teatrında 3 Xalq artisti, 5 Azərbaycan Respublikasının Əməkdar artisti, 3 Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, 1 Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, 1 Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı, 2 “Tərəqqi” medallı aktyor, bir nəfər isə Prezident mükafatçısı var. Teatrımıza yeni statusun verilməsi isə üzərimizə daha böyük məsuliyyət qoyur. Göstərilən etimada görə dövlətimizə minnətdarlığımızı bildirir, teatrımızın inkişafı üçün bundan sonra da səylə çalışacağımıza söz veririk.

Sonra Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev, gənc aktyor Mehri Nəbiyeva çıxış edərək göstərilən qayğıya görə minnətdarlıq ediblər.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Göyçayda yol qəzası ölümlə nəticələnib

Zelenski: Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinin izahına ehtiyac var

Hörmüz boğazının şərqində tanker minaya düşərək alovlanıb

Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoyub

Somali BƏƏ-nin səfirini ölkədən çıxarır

Tramp İranla bağlı qərarını yeni ilin əvvəlində verəcəyini bildirib

Fransa Ruanda da daxil olmaqla, miqrantların geri qaytarılması mərkəzlərinin yaradılmasında iştirak etməyəcək

Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım

Kuşner: Ukrayna üçün təhlükəsizlik zəmanətləri NATO Nizamnaməsinin 5-ci maddəsinə əsaslanacaq

Uzun fasilədən sonra Gürcüstan və Rusiya nümayəndələrinin görüşü olub

Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib

Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir

Misir və Fransa Aralıq dənizində birgə hərbi təlimlərə başlayıb

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb VİDEO

Tramp Çinə səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirəcək

Beynəlxalq axtarışda olan şəxs Türkiyədə tutularaq Azərbaycana ekstradisiya edilib

Prezidentin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Türkiyənin ilk pilotsuz qırıcı təyyarəsi “KIZILELMA” inventara daxil edilib

Dadaş Məmmədov: İncəsənət protokolsuz ünsiyyətə imkan yaradır və mədəniyyətləri yaxınlaşdırır

Böyük Britaniyada tələbələr ilk qazıntılarında Roma dövrünə aid xəzinə aşkarlayıblar

Aİ Böyük Britaniyadan “Brexit”lə bağlı mövqeyini dəqiqləşdirməyi tələb edir

Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib

Nazir: “Made in EU” strategiyası Türkiyə-Aİ əlaqələrinə xələl gətirir

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Ağdama köçürülmüş sakinlərin 2640-dan çoxu məşğulluq tədbirlərinə cəlb edilib - EKSKLÜZİV

Yazdıqlarımın oxuculara çatması ən böyük arzularımdan biri idi - yazıçı

“Eternity-2026” təlimi çərçivəsində Azərbaycan-Gürcüstan nümayəndələrinin görüşü keçirilib

AzTU-ya QS dünya reytinqindəki mövqeyinə görə sertifikat təqdim edilib

Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib

Altı marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

Putin Ukrayna ilə danışıqların müddəti barədə danışıb

Azərbaycan ağırlıqqaldıranı Şanxay Əməkdaşlıq Təşkilatı Açıq Kubokunda 3-cü yeri tutub

BMT Məhkəməsi Myanmanı rohincalara qarşı soyqırımı törətməkdə məsuliyyətli hesab edib

Naxçıvan Kukla Teatrı ilə Çine Belediyesi Kültür Merkezi arasında əməkdaşlıq memorandumu imzalanıb

Baş məşqçi: Çalışırıq ki, Xankəndi rəqiblər üçün çətin səfər olsun

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başlayıb

Ali Radanın sədri: Ukraynanı və Azərbaycanı qarşılıqlı hörmət birləşdirir

Ədəbiyyat Muzeyində Lətif Kərimovun 120 illik yubileyi qeyd olunub

Türkmənistanda Azərbaycan-Rusiya parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Daha bir şirkət Ağdam Sənaye Parkının rezidenti olub

Ramiz Məmmədov: Şükürlər olsun ki, yenidən Xankəndidə futbol matçı keçirildi

BMT-nin Azərbaycandakı yeni rezident-əlaqələndiricisi Vəkillər Kollegiyasının fəaliyyəti barədə məlumatlandırılıb

Elşən Rüstəmov: “İvan İliçin ölümü” teatrın repertuarında layiqli yer tutacaq

Azərbaycanın Qarabağda yaratdığı yeni reallıqlar regionda davamlı sülh üçün zəmin yaradır ŞƏRH

Azərbaycan cüdo üzrə U-23 dünya çempionatında ilk medalını qazanıb

FAO: Qlobal taxıl ehtiyatları gələn il 1,8 faiz artacaq

Pan-Avropa Regional Şurasının iclasında Azərbaycandakı sosial-iqtisadi islahatlar barədə məlumat verilib

Deputat: Gələn ilin sosial müdafiə və səhiyyə xərcləri əhalinin rifahına yönələcək

“Azərişıq” elektroenergetika sektorundakı nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Gömrükçülər pirotexniki vasitələr aşkar ediblər

İncəsənət məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi başlayıb

COP31-də Azərbaycanın sənaye sektorunda yaşıl və rəqəmsal transformasiya təcrübəsi təqdim olunub

UN-Habitat-ın nümayəndələri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırılıb

Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcə gəlirlərinin 510 milyon manat təsdiq edilməsi nəzərdə tutulub

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanda ilk dəfə Dövlət-Biznes Əməkdaşlığı Forumu keçirilib YENİLƏNİB VİDEO

Nigar Camalova: Tarixi və etnoloji tədqiqatlarda süni intellektin tətbiqi üçün yeddi mərhələli metodika təklif edilib - MÜSAHİBƏ

Azərbaycanla ABŞ arasında aqrar investisiya və texnologiya sahələrində əməkdaşlıq müzakirə olunub

Böyük futbol yenidən Xankəndiyə qayıtdı

Zəfərdən quruculuğa: Böyük Qayıdışın konturları - ŞƏRH

Dövlət Komissiyası: Cari ilin 10 ayında müsadirə edilən narkotiklərin həcmi 1,7 tondan çox artıb

Bakıda Avstriya günləri

Şərurda Dövlət Proqramının icrası ilə əlaqədar görüş olub

Nazir: Milli komandamız da ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər

Lənkəranda fermer təsərrüfatlarında görülən işlərlə yerində tanışlıq olub

Tovuzda sahibkarlıq subyektlərinin fəaliyyəti ilə tanışlıq olub

Liderlərin üçtərəfli görüşü: Geosiyasi hesablamalar və Ukraynanın gələcəyi - TƏHLİL

Yusif Tapdıqlı: İstehlakçı müraciətlərinin əksəriyyəti qüsurlu malların satışı ilə bağlıdır

® Mərkəzi Gömrük Hospitalında iş mühitində psixoloji dayanıqlıq mövzusunda maarifləndirici təlim təşkil edilib

Çinin hərbi təhsil üzrə nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət edib

Nərmin Mirzəyeva: ƏMAS əmək qanunvericiliyinin pozulmasının qarşısını əvvəlcədən alır

İcraçı direktor: Biznes biliklərinin adaptasiyası və texnologiyaya transformasiyası çox önəmlidir

Cahangirbəyli kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olunub

Rusiya Ukraynadakı vəziyyəti müzakirə etmək üçün Avropa İttifaqı nümayəndələrini Moskvaya dəvət edib

Bu ilin on ayında istehlakçılara qaytarılan vəsait açıqlanıb

Qırğızıstan və Türkmənistan Azərbaycandan Avropaya uzanan marşrutun perspektivlərini müzakirə edib

Şair Nazim Aslanın “Bir sevginin taleyi” kitabının təqdimatı olub

Qida subyektlərinin əməkdaşları üçün HACCP təlimi keçirilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kerç körpüsünün dəmir yolu xəttinin zədələndiyini təsdiqləyib

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılacaq YENİLƏNİB VİDEO

Rusiya Prezidenti Krım körpüsünə hücumlardan sonra qismən atəşkəs ideyasından imtina edib

Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib VİDEO

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aşkar edilmiş cinayətlərin 189-u qrup halında törədilib

Avropa İttifaqı İndoneziya ilə iki ticarət və investisiya sazişi imzalayır

Azərbaycanın turizm potensialı Ankarada beynəlxalq sərgidə tanıdılır

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsaslı dəyişikliklər ediləcək

Xaçmazda beynəlxalq ekspert bağçılıqla bağlı təcrübəsini bölüşüb

Azərbaycanda “Eternity-2026” təlimi uğurla davam edir

Putin: Rusiya ABŞ-nin Ankoricdə Ukrayna ilə bağlı təkliflərini qəbul edib

Məhdudiyyətləri aşan yaradıcılıq: Ülkər Ayçiçəyin kitabı təqdim olunub

Yanvar-sentyabr ayları ərzində elektron satınalmanın məbləği 3 milyard manatı ötüb

Azərbaycanda 10 ayda 9 tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub

Londonda 265 minədək ictimai nəqliyyat istifadəçisinin şəxsi məlumatları oğurlanıb

Aİ nümayəndəsi: Kibertəhlükəsizlik sahəsində Azərbaycan ilə əməkdaşlığı davam etdiririk

Hindistanda siklon təhlükəsi: 80 mindən çox insan təxliyə edilib

“Türkman dili: ibtidai siniflər üçün qaydalar (I-IV siniflər)” kitabı nəşr edilib

Səudiyyə Ərəbistanı Azərbaycanla əlyazmalar sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Hacettepe Universitetinin Simfonik Orkestri “Nizami” simfoniyasını ifa edib

Putin Si Cinpin və Trampla üçtərəfli görüşlərin davam etdirilməsinə çağırıb

Stanford Universitetində azərbaycanlı IT və süni intellekt mütəxəssislərinin forumu təşkil edilib