Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub

Naxçıvan, 19 oktyabr, AZƏRTAC

1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan dövlət müstəqilliyini ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, uzaqgörən siyasəti nəticəsində qoruyub saxlaya bildi.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisidir” mövzusunda keçirilən növbəti məşğələsində səsləndirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, ölkəmizdə milli dövlətçilik quruculuğu prosesi Ulu Öndərin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işlədiyi dövrdə məhz onun tərəfindən həyata keçirilməyə başlanıb.

Vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən çoxsaylı nailiyyətlər Ümummilli Liderimizin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlərin böyük uğurla həyata keçirildiyini sübut edir.

Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Xəzər Hüseynov “Ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin banisidir” mövzusunda çıxış edərək bildirib ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin diqqət mərkəzində olan ən əsas məsələlərdən biri də Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi olub.

Xəzər Hüseynov deyib: “Heydər Əliyev yolu Azərbaycanı firavan gələcəyə aparan yoldur. Həm iqtisadi, həm mədəni, həm də mənəvi inkişaf dahi şəxsiyyətin dövlətçilik ideologiyasının əsas qayəsidir. Bu siyasət hazırda ölkəmizdə, o cümlədən muxtar respublikamızda uğurla həyata keçirilir”.

Sonda Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

X X X

Naxçıvan Müəllimlər İnstitutunda 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr edilən elmi-praktik konfransı institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev açaraq bildirib ki, xalqımızın ən böyük sərvəti olan dövlət müstəqilliyimizin əldə edilməsi hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyır. Respublikamız həqiqi müstəqilliyinə isə ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra qovuşub. Məhz görkəmli dövlət xadiminin həyata keçirdiyi siyasət ölkəmizdə ictimai-siyasi sabitliyi bərqərar edib, onu inkişaf yoluna çıxarıb.

“Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Dövlət başçısının qeyd etdiyi kimi, bizim artan nüfuzumuz, gücümüz imkan verir ki, Azərbaycan tam şəkildə müstəqil siyasət aparsın”, - deyən Elbrus İsayev diqqətə çatdırıb ki, ölkəmiz bu gün sürətlə inkişaf edir. Bu inkişaf Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir.

Rektor vurğulayıb ki, qədim Naxçıvan torpağı da dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə dəyərli töhfələr verməkdədir. Muxtar respublikada bütün sahələr üzrə böyük uğurlar ona görə qazanılır ki, burada ulu öndər Heydər Əliyevin yolu sədaqətlə, vətənpərvərliklə davam etdirilir. Bu gün Naxçıvanda böyük quruculuq işləri həyata keçirilir. Naxçıvan Müəllimlər İnstitutu binasının yenidən qurulması və müasir avadanlıqlarla təmin olunması da aparılan təhsil quruculuğunun tərkib hissəsidir.

Konfransda institutun humanitar və təsviri incəsənət kafedrasının müəllimi Arzu Abdullayev “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”, ibtidai sinif müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Fatimə Həsənova “Ən böyük nailiyyətimiz müstəqilliyimizdir” mövzularında çıxış ediblər.

Sonra Dövlət Müstəqilliyi Günü ilə bağlı videoçarx nümayiş etdirilib, tələbələr vətənpərvərlik mövzusunda Azərbaycan, rus və ingilis dillərində şeirləri bədii qiraət ediblər.

Qeyd edək ki, Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin Dövlət Müstəqilliyi Gününə həsr etdikləri rəsm əsərləri və əl işlərindən ibarət sərgi-müsabiqə də olub. Müsabiqədə yer tutan 11 tələbəyə diplom verilib.

X X X

18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Naxçıvan” Universitetində ümumi tarix kafedrasının təşkilatçılığı ilə “Müstəqilliyin başlanğıcı - 18 oktyabr” mövzusunda konfrans keçirilib.

Konfransı universitetin ümumi tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov açaraq milli müstəqilliyin dövlətçilik tariximizdəki əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlanıldı.

Sonra ümumi tarix kafedrasının dosenti Elçin Zamanovun “XX əsrin sonlarında SSRİ-nin dağılması fonunda milli azadlıq hərəkatının başlanması və müstəqilliyin əldə olunması”, həmin kafedranın müəllimi Nuray Hacıyevanın “Müstəqilliyin saxlanılmasının çətinlikləri - dövlət çevrilişinə cəhdlər” və universitetin tarix müəllimliyi ixtisası üzrə I kurs magistrantı Könül Vəliyevanın “Müstəqillikdən keçən 27 il gənclərin gözü ilə” mövzularında çıxışları dinlənilib.

Çıxışlarda vurğulanıb ki, müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu tarix dəfələrlə sübut edib. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Dövlət müstəqilliyimiz dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev tərəfindən xilas edildi, Azərbaycan müstəqil dövlət kimi hərtərəfli və davamlı inkişaf yoluna çıxarıldı. Sevindirici haldır ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları bu gün daha da möhkəmlənir. Xalqla iqtidar birliyi nəticəsində inkişaf və tərəqqi istiqamətində mühüm nailiyyətlər əldə edilir. Bunu blokadada olmasına baxmayaraq, daim inkişaf edən, sosial-iqtisadi, mədəni tərəqqi yolu ilə irəliləyən Naxçıvan Muxtar Respublikasının timsalında da aydın şəkildə görmək olar.

Sonda tədbir iştirakçıları müstəqilliyimizi əks etdirən slayda baxıblar.

X X X

Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib.

Naxçıvan Qarnizonunun şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, general-mayor Niyaməddin Tağıyev çıxış edərək bildirib ki, milli müstəqilliyimizin xilaskarı olan ümummilli lider Heydər Əliyevin digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də həyata keçirdiyi tədbirlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikada da bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığı səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlir.

“Müdafiə qüdrəti durmadan artan muxtar respublikada yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur”, - deyən Niyaməddin Tağıyev vurğulayıb ki, hərbi qulluqçularımız ötən il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi paradda böyük qürurla iştirak edərək xalqımıza fəxarət, düşmənlərimizə qorxu hissi yaşatdı.

Tədbirdə Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov və Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Zaur Həmidov çıxış ediblər.

Sonra müstəqillik gününə həsr edilmiş videoçarx göstərilib, Heydər Əliyev adına Hərbi Liseyin kursantları Vətənimizə həsr olunmuş şeirləri bədii qiraət ediblər. Tədbirdə, həmçinin “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunmuş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının üzvləri əsgərlər qarşısında çıxış ediblər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya