Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Naxçıvanda kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında ilk ölkə çempionatı keçirilir

Şərur, 7 may, Rauf Əliyev, AZƏRTAC

Mayın 7-də Şərur Rayon Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında ilk ölkə çempionatına start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının İdman və Gənclər nazirliklərinin, Azərbaycan Kikboksinq və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti federasiyalarının birgə təşkilatçılığı ilə keçirilən çempionatın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək onun önünə gül dəstələri qoydular.

Şərur Rayon Olimpiya İdman Kompleksində kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında ilk ölkə çempionatının təntənəli açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov bildirdi ki, qədim və zəngin tarixə malik olan ölkəmizdə idman milli-mədəni irsimizin ayrılmaz tərkib hissəsini təşkil edir. Müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin həyata keçirdiyi idman siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Naxçıvan Muxtar Respublikasında da idmanın hər zaman böyük diqqət və qayğı ilə əhatə olunduğunu deyən Azad Cabbarov qeyd etdi ki, bunun nəticəsində qədim diyarın idmançıları mötəbər yarışlarda daim iştirak edir və ölkəmizin idman şərəfini layiqincə qoruyurlar. Bu gün Naxçıvan idmançılarının ixtiyarında olan 50-dək idman obyekti regionumuzda idmanın inkişafına hərtərəfli şərait yaradır. Muxtar respublikada yaradılan müasir idman infrastrukturu Naxçıvanın müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsinə geniş imkanlar açıb. Belə ki, son illərdə muxtar respublikada 20 yaşa qədər şahmatçılar arasında dünya çempionatı, yunan-Roma və sərbəst güləş, İçigeki üzrə beynəlxalq turnirlər və digər nüfuzlu beynəlxalq idman tədbirləri təşkil edilib. 2011-ci ildən isə ənənəvi olaraq Heydər Əliyevin xatirəsinə həsr olunan “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı keçirilir.

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri yarış iştirakçılarına uğurlar arzuladı.

Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin deputatı Adil Əliyev bildirdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu idman siyasəti sayəsində Azərbaycan bu sahədə böyük nailiyyətlərə imza atıb. Bu gün bu siyasət dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq regionda və dünyada idman ölkəsi kimi şöhrət qazanıb. Ölkəmiz artıq müxtəlif idman növləri üzə respublika, qitə və beynəlxalq səviyyəli yarışların keçirildiyi məkana çevrilib. Təsadüfi deyil ki, birinci Avropa Oyunları da məhz ölkəmizdə keçiriləcək. Bu, Azərbaycanın idman ölkəsi kimi tanınmasından və beynəlxalq aləmdə böyük nüfuz qazanmasından xəbər verir.

“Bu gün sürətlə inkişaf edən, gündən-günə daha da gözəlləşən, özünün intibah dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasında da idman sahəsinə xüsusi qayğı və diqqət göstərilir. Muxtar respublikada mövcud ən müasir idman infrastrukturu burada nüfuzlu idman tədbirlərinin keçirilməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında ölkə çempionatının ilk dəfə Naxçıvanda keçirilməsi də bu diyarın idman məkanı kimi böyük şöhrət qazanması ilə əlaqədardır”, - deyən Adil Əliyev diqqətə çatdırdı ki, Naxçıvan bu gün həm də idmanın inkişafı baxımından Azərbaycanın digər bölgələrinə nümunə təşkil edir.

Sonra muxtar respublikada kikboksinq idman növünün inkişafında göstərdikləri xidmətlərə görə Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarova və Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının prezidenti Əhməd Əhmədova Azərbaycan Kikboksinq Federasiyasının fəxri fərmanları təqdim olundu.

Açılış mərasiminin bədii hissəsində Şərur Xalq Yallı Ansamblı və rayon Mədəniyyət Sarayının kollektivləri maraqlı musiqi nömrələri ilə çıxış etdilər.

Daha sonra kikboksinq üzrə “Azərbaycan kəməri” uğrunda peşəkarlar arasında ölkə çempionatına start verildi.

Çempionatda 31 idmançı 8 çəki dərəcəsində WAKO versiyası üzrə mübarizə aparır. Onların arasında ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən idmançılar da var.

Hazırda Şərur Rayon Olimpiya İdman Kompleksində çempionat davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO