Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib

Naxçıvan, 21 noyabr, AZƏRTAC

Noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin müavini Azər Zeynalov çıxış edərək deyib: “Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü tamam olur. Bu tarixi gündə partiyamızın və müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu şad olsun deyirik. Ümummilli Liderimiz müstəqilliyimizi qorumaq və daha da möhkəmləndirmək, ölkənin parçalanmasının qarşısını almaq və düşdüyü ağır sosial-iqtisadi böhrandan xilas etmək üçün möhkəm təmələ söykənən ideologiya əsasında Yeni Azərbaycan Partiyasını yaratmış və siyasi fəaliyyət müstəvisinə çıxarmışdır”.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası 24 il bundan əvvəl, ölkəmizin siyasi həyatında gərgin proseslərin getdiyi bir dövrdə yaranıb. 1990-1993-cü illərin Azərbaycanı ağır günlərini yaşayırdı. Belə bir şəraitdə qüdrətli liderə və liderin ətrafında birləşmiş güclü siyasi təşkilata ehtiyac bütün kəskinliyi ilə ortaya çıxdı. Xalq Azərbaycanın xilasını Heydər Əliyevdə görür, ümidlərini ona bağlayırdı. Beləliklə, 1992-ci il oktyabrın 16-da Naxçıvanı öz qurucu fəaliyyəti ilə Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəsinin güc mərkəzinə çevirən Ümummilli Liderimizə xalqın mütləq əksəriyyətinin siyasi iradəsini özündə əks etdirən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti ünvanlandı. Ümummilli Lider müraciətə 8 gündən sonra tarixi cavabını verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Ölkəmizin müxtəlif bölgələrindən gəlmiş 550-dən çox nümayəndənin iştirak etdiyi təsis konfransı blokada vəziyyətinə görə lazımi səviyyədə isidilməyən və işıqlandırılmayan Naxçıvan Dövlət Dram Teatrının zalında keçirildi.

“Xalqımızın və dövlətimizin taleyinin həll olunduğu bir dövrdə meydana çıxan Yeni Azərbaycan Partiyası milli dövlətçiliyimizin inkişafı üçün son dərəcə əhəmiyyətli olan yeni tarixi mərhələnin əsasını qoydu. Güclü sosial bazası, gerçəkliyə əsaslanan proqramı, ulu öndər Heydər Əliyev kimi lideri olan Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə çıxması iyirminci əsr Azərbaycan tarixinin mühüm hadisəsi idi”, - deyən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin müavini vurğulayıb ki, Heydər Əliyev şəxsiyyəti olmasaydı, Yeni Azərbaycan Partiyasının yaranması, təşkilatlanması və hakim partiya statusu qazanması da mümkün olmayacaqdı. Yeni Azərbaycan Partiyasının təsis edilməsindən sonra dahi liderin ali hakimiyyətə ikinci qayıdışı ölkənin düşdüyü ağır problemlərdən xilasının başlanğıcı oldu. Hakim partiya kimi Yeni Azərbaycan Partiyası qısa zamanda sabitliyi bərqərar edən, demokratik dəyərlərə üstünlük verən, hüquqi, demokratik, dünyəvi Azərbaycan dövləti və vətəndaş cəmiyyəti quruculuğu prosesini həyata keçirən real siyasi qüvvə olaraq özünü təsdiq etdirdi. Bu yolla gedərək müxalifət partiyasından qüdrətli hakim partiyaya, siyasi partiyadan güclü ümumxalq partiyasına çevrildi.

Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda gerçəkləşən böyük iqtisadi layihələr, beynəlxalq aləmdə qazanılan uğurlar, dünya azərbaycanlılarının birliyinin daha da möhkəmləndirilməsi, həyata keçirilən uğurlu milli dirçəliş və dövlətçilik siyasəti, eyni zamanda, Yeni Azərbaycan Partiyasının real gücünün ifadəsidir. Bu nailiyyətlər partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyətində də özünü göstərməkdədir. Ötən dövrdə ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərə sadiq qalan Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatı yüksək inkişaf və təşkilatlanma yolu keçib, partiyamızın sıraları cəmiyyətin bütün təbəqələrindən olan üzvlər hesabına genişlənib.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində partiyanın şəhər və rayon, eləcə də muxtar respublika təşkilatı müasir tələblərə cavab verən inzibati binalarla təmin olunub. Yeni yaradılan kənd mərkəzlərində partiya ərazi ilk təşkilatlarına da ayrıca iş otaqları ayrılıb. Bir sözlə, partiyamızın muxtar respublika təşkilatı ideya-təbliğat və təşkilati fəaliyyəti həyata keçirmək üçün bütün imkanlara malikdir. Bu imkanlardan muxtar respublikada səmərəli istifadənin nəticəsidir ki, bütün sahələrdə əsaslı nailiyyətlər əldə olunub. Əldə olunan nailiyyətlər bu siyasətin düzgünlüyünü, Heydər Əliyev quruculuq xəttinə sadiqliyi nümayiş etdirir.

Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans açıq elan edilib.

Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Məcid Seyidov, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri Yeganə Məmmədova, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri Sevda Quliyeva, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin elmi işçisi, gənc alim Elxan Məmmədov və “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Yunis Yaqubov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, bu gün Azərbaycan iqtidarının, Yeni Azərbaycan Partiyasının qüdrəti, yenilməz gücü ümummilli lider Heydər Əliyevin müstəqillik və dövlətçilik ideologiyasından qaynaqlanır. Naxçıvan Muxtar Respublikasında 21 ildir həyata keçirilən böyük quruculuq siyasəti, yaradılan ictimai-siyasi sabitlik xalqa olan bağlılığın, dövlətə və Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir. Blokadada olmasına baxmayaraq, muxtar respublikada tikilən binalar, bütün sahələri kompleks şəkildə əhatə edən digər sosial infrastruktur obyektləri, Naxçıvan şəhərində və eləcə də muxtar respublikanın bütün yaşayış məntəqələrində aparılan geniş tikinti-quruculuq və abadlıq işləri hər bir sakində böyük iftixar hissi yaradır. Bu siyasətin mühüm nəticəsi olaraq Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının sıralarında cəmləşən partiya üzvləri, siyasi cəhətdən fəal gənclər və qadınlar muxtar respublikanın sosial-iqtisadi və ictimai-siyasi həyatında əsas hərəkətverici qüvvəyə çevrilib. Partiyanın yarandığı ilk günlərdə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı 1118 nəfəri, 2002-ci ildə isə 20 min nəfəri öz sıralarında birləşdirirdisə, partiyanın yaradılmasının 24-cü ildönümü ərəfəsində üzvlərin sayı artaraq 53 mindən çox olub.

Sonda Gənc Heydərçilər ümummilli liderimiz Heydər Əliyevə, ölkə Prezidenti İlham Əliyevə və Vətənimizə həsr olunmuş şeirlər səsləndiriblər.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür