Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd edilib

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində müasir müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, daimi nümayəndəliyin kollektivi əvvəlcə Fəxri xiyabana gedərək, ulu öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyulub.

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov çıxışında əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətindən bəhs edib. O bildirib ki, 1918-ci ildə müstəqilliyin əldə olunması çox böyük tarixi hadisə idi. Bu, xalqımızın gələcəkdə var olması, dövlətçilik prinsiplərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi üçün böyük bir töhfə idi. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Respublikasının müstəqilliyi tarixi hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti çox uzun yaşaya bilmədi. Bunun da səbəbləri var idi. Xalqımız uzun illər müstəqillik qazanmaq arzusunda olub. Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra xalqımız bu sevinci yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yaşamağa başladı. Xalqın təkidli tələbi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçilik tarixinin ikinci, daha məsuliyyətli dövrü başlandı. Lakin dövlət müstəqilliyini gözü götürməyən, hakimiyyətə silah gücünə can atan qüvvələr ümummilli lider Heydər Əliyevin Azərbaycanın azad, müstəqil şəraitdə yaşaması üçün göstərdiyi səylərə hər vəchlə mane olurdular. Bununla belə, Ulu Öndər iqtisadiyyatın inkişafına, xarici şirkətlərin Azərbaycana cəlb olunmasına, ordu quruculuğuna böyük diqqət yetirirdi. Biz ulu öndər Heydər Əliyevi çox böyük fəxarətlə, vətənpərvərlik və milli hisslərlə yad edirik. Bu gün biz çox xoşbəxt xalqıq ki, Azərbaycana Ümummilli Liderin layiqli varisi İlham Əliyev rəhbərlik edir.

Qeyd edilib ki, müstəqilliyimizin xilaskarı kimi tarixə düşən Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək olan bir ömür yaşamış ulu öndər Heydər Əliyevin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olub ki, o, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaradıb və xalqımızı öz müstəqilliyi uğrunda mübarizəyə hazırlayıb, dövlətçiliyimiz məhv olmaqla üz-üzə qaldığı illərdə həyatını təhlükə qarşısında qoyaraq cinayətkar qüvvələrin hərəkətlərinin qarşısını almaqla dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırıb, Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misli görünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirib. Ulu öndər Heydər Əliyev öz fədakar və vətənpərvər fəaliyyəti ilə adını xalqımızın ictimai fikir və dövlətçilik tarixinə qızıl hərflərlə yazdırıb. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaq.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası da bugünkü həyatını və inkişafını məhz ulu öndər Heydər Əliyevə borcludur. Vaxtilə Heydər Əliyevin verdiyi müdrik qərarlar nəticəsində Naxçıvan öz həyatının yeni dövrünə qədəm qoyub. Ötən 20 il ərzində həyata keçirilmiş böyük işlərin nəticəsidir ki, bu gün Naxçıvan Muxtar Respublikası 2017-ci ilin investisiya reytinqində lider seçilib. Bu gün Naxçıvan Muxtar Respublikasında 400 adda məhsul istehsal olunur. Enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, muxtar respublika bu gün qonşu dövlətlərə də enerji satışı ilə məşğul olur. Bütün bu misilsiz nailiyyətlərin hamısı ulu öndər Heydər Əliyevin siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi nəticəsində qazanılıb. Ulu Öndərin iti düşüncəsi, uzaqgörən siyasəti və Azərbaycanın milli maraqlarına cavab verən fəaliyyəti onu layiqli bir insanı - Heydər Əliyevə sədaqət məktəbinin öncülü olan Vasif Talıbovu Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədr seçməyə, ona Naxçıvanın və müstəqil Azərbaycanın inkişafı yolunda geniş fəaliyyət sferası açmağı sövq edib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü Ömər Eldarov çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycana tarixi uğur və xoşbəxtlik gətirdiyini qeyd edib. O deyib ki, Azərbaycan 1970-ci ilə qədər sovet məkanında ən geridə qalmış respublika idi. Heydər Əliyevin fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. Bu, çox böyük hadisə idi. Çünki Azərbaycan təkcə iqtisadi deyil, həmçinin mədəniyyət, incəsənət sahələrində və digər sahələrdə birinci yer tutdu. Dahi lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmiz inkişaf etdi.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti və onun rəhbərliyi ilə həyata keçirilən strateji əhəmiyyətli layihələr nəticəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib.

Milli Məclisin deputatı Elmira Axundova dahi Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O vurğulayıb ki, ölkəmizin bugünkü inkişafı, əldə etdiyimiz uğurlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Təhsil nazirinin müavini Firudin Qurbanov ümummilli lider Heydər Əliyevin ölkəmizdə elm və təhsilin inkişafında, yüksək səviyyəli kadrların hazırlanmasında xidmətlərindən danışıb. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət Azərbaycanda yeni düşüncəli, müasir təfəkkürlü gənclərin yetişməsində mühüm rol oynayır.

Milli Məclisin deputatları Qüdrət Həsənquliyev, Elşən Musayev, Jalə Əliyeva, Aqil Abbas və digər iştirakçılar ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıblar.

Tədbirin sonunda Xalq Artisti Fidan Hacıyeva musiqi parçası ifa edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb

Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır

Ərəb Liqası-Azərbaycan və Mərkəzi Asiya formatını dəstəkləyən Doha Bəyannaməsi qəbul edilib

Xəbərdarlıq: Temperatur 4-8° enəcək, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq

Respublika fənn olimpiadalarının biologiya və coğrafiya üzrə final turu keçirilib

Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO

Azərbaycanlı alim tərtibçisi olduğu “Divanü lüğat-it-türk” əsərini Türkiyə səfirliyinə təqdim edib

Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Livanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

“Yaşıl şəbəkə” maarifləndirmə proqramı çərçivəsində IX Ekoloji Forum keçirilib

Şuşaya qayıdış başlayır

Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub

XİN: Fransa rəsmisinin Azərbaycana qarşı əsassız və ittiham xarakterli iddialarını qətiyyətlə rədd edirik

Mayda bəzi günlərdə havanın temperaturu 35 dərəcəyə yüksələcək

Səksən iki minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Lənkəranda baş verən qəzada piyada ölüb

Nazir: Azərbaycan qlobal çağırışlarla mübarizə sahəsində birgə fəaliyyətə hər zaman hazırdır

G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər

Azərbaycanın Avropa çempionu FIDE reytinqində irəliləyib

Vyanada keçirilən konfransda Fransanın assimilyasiya siyasətindən danışılıb VİDEO

Akademik İsa Həbibbəyli: Əli Tudənin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi yer tutur

Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb

Azərbaycan Dövlət Rəqs Ansamblı Xivədə “Lazgi” Beynəlxalq Festivalında birinci yerə layiq görülüb

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb: 4 nəfər 300 bal toplayıb

Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqası öncəsi məşqlərə start verib

Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib

ADNSU-da törədilmiş terror aktının 15-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Reabilitasiya Müəssisəsində tibbi aksiya keçirilib

Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır

Azərbaycan COP29 sədrliyi zamanı “Qlobal Şimal” və “Qlobal Cənub”u bir araya gətirməkdə qərarlıdır

Ceyhun Bayramov: Yaxın Şərqdə gərginliyin davam etməsi dərin narahatlıq mənbəyidir

Nazir müavini: Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində 6 məktəb tikiləcək

Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb

Aqrar Sığorta Fondu 2024-cü ilin ilk rübü üzrə nəticələrini açıqlayıb

“Tron 3” filminin nümayiş tarixi məlum olub

Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında

Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilir

Türkiyə və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq və birgə layihələr müzakirə olunub

Kral Çarlz Londonda ictimai vəzifəsinə davam edir - AZƏRTAC-ın eksklüziv fotoları VİDEO

Azərbaycan millisi Slovakiya ilə yoldaşlıq oyunu keçirəcək

Azad Gözəlov: Azərbaycanda avarçəkmə və kanoenin fəaliyyətini genişləndirmək niyyətindəyik

Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb

Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb

Mingəçevirdə “Prezident Kuboku-2024” reqatasının iştirakçılarının rəsmi paradı olub

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb

400-dən çox məktəbli və universitet tələbəsi “IDDA CUP – Bahar 2024” olimpiadasında iştirak edib

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Azərbaycan ilə İtaliya arasında diaspor sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq

Acun Ilıcalı daha bir futbol klubunu satın alır

Keniyada daşqınlar nəticəsində 90-dan çox insan itkin düşüb

İbtidai insanlarda qida sisteminin transformasiyası ilə bağlı yeni tədqiqat aparılıb

BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq

Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib

Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb

Fövqəladə Hallar Nazirliyi Sumqayıt şəhəri ərazisində taktiki-xüsusi təlim keçirib

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb - SİYAHI

“Volkswagen”in gəlirləri 20 faiz aşağı düşüb

Akademik İsa Həbibbəyli Belçikanın Vrije Universitetinin professoru Filip Hamblla görüşüb

Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib

İstanbul Formula 1 Türkiyə Qran-Prisinə yenidən ev sahibliyi edə bilər

İsveç polisi “Eurovision” müsabiqəsinin təhlükəsizliyini dronlarla qoruyacaq

Agentliyin sədri: Əmək yarmarkaları əhalinin məşğulluğunun təmin olunması baxımından vacibdir

Azərbaycan Göygöldəki Avropa Kubokunda 147 cüdoçu ilə təmsil olunacaq

DSMF: Mart ayında 3,6 min nəfərdən çox proaktiv pensiya təyinatı aparılıb

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Pediatr alim: Uşaqlar qarşısı peyvəndlə alına bilən infeksion xəstəliklərdən ciddi zərər görə bilərlər

Ötən il Naxçıvanda 40 investisiya layihəsi maliyyələşdirilib

Konstitusiya Məhkəməsində Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək VİDEO

Naxçıvanda istehlakçılara 1 milyon 176 min manatdan çox ƏDV məbləği qaytarılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 24 faiz artıb

Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini: İndiyədək 11 mindən çox itkin ailəsindən bioloji nümunə götürülüb VİDEO

Vyanada “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans keçirilir VİDEO

Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib

Rektor Elçin Babayev: Karyera Festivalında 1200-dən çox vakansiya təklif edilir

İsveç tədqiqatçıları Kvant kompüterinin təkmilləşdirilməsi üçün yer qatının 2100 metr dərinliyinə enəcəklər

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

“Qarabağ”ın legioneri: Albaniyaya qayıtmağı düşünmürəm

Bu gün Beynəlxalq Heykəltaraşlıq Günüdür

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

“Samsung” kompaniyasının əməliyyat gəliri üç ayda 10 dəfə artıb

Masallıda istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb

Bu ilin yanvar-mart aylarında mehmanxanalarda gecələmələrin sayı 40 faizdən çox artıb

Şəkidə indiyədək 531 hektar sahəyə tütün şitilləri köçürülüb

Pekində HƏMAS və FƏTH nümayəndələrinin görüşü olub

“Məşğulluğa Dəstək Layihəsi” üzrə 15 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Microsoft İndoneziyada süni intellektin inkişafına 1,7 milyard dollar ayıracaq

Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub

Musiqi məktəblərinin şagirdləri beynəlxalq müsabiqələrdə uğur qazanıblar