MƏDƏNİYYƏT
Nazir Anar Kərimov Azər Paşa Nemətova “Şərəf” ordenini təqdim edib
Bakı, 19 sentyabr, AZƏRTAC
Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təltif edilən Xalq artisti Azər Paşa Nemətova “Şərəf” ordenini təqdim edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan teatrının gələcək inkişafı, beynəlxalq əlaqələrinin genişlənməsi, yaradıcı şəxslərin dövlətimiz tərəfindən diqqətdə saxlanılması barədə fikir mübadiləsi aparılıb.
Nazir görkəmli rejissora gələcək işlərində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Xalq artisti Azər Paşa Nemətov yaradıcılığının yüksək qiymətləndirilməsinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, Azər Paşa Nemətov avqustun 12-də Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilib.