İQTİSADİYYAT
Nazir Mustafa Əlidaş: Xəzər dənizi Türkiyə üçün strateji əhəmiyyətə malikdir
Bakı, 2 may, Elvin Camalov, AZƏRTAC
Türkiyə ilə Çin arasında bu ilin may ayında daşımalarla bağlı müqavilə imzalanacaq. Bu müqavilə Xəzər dənizinin rolunu daha da artıracaq.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Beynəlxalq Ekspeditorlar Assosiasiyasının (BEA) icraçı direktoru Fatih Şənər deyib.
Həmçinin Türkiyənin iqtisadiyyat naziri Mustafa Əlidaş ixrac daşımalarında istifadə olunan marşrutların çeşidlərinin artması ixracla bağlı rəqabəti sağlamlaşdırdığını və tariflərin azalmasına səbəb olduğunu bildirib.
Nazir bildirib ki, Xəzər dənizindən istifadə edərək daşımalar həyata keçirmək əvvəllər 2900-3300 dollar olduğu halda indi bu rəqəm 1700 dollara enib. Xəzər dənizi Türkiyə üçün strateji əhəmiyyətə malikdir və biz Mərkəzi Asiya istiqamətində olan daşımalarımızda Xəzər dənizindən istifadə edəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]