Azərbaycan Dövlət İnformasiya Agentliyi

NBM deyirsiniz - NBM olsun, suverenlik deyirsiniz - suverenlik olsun!

NBM deyirsiniz - NBM olsun, suverenlik deyirsiniz - suverenlik olsun!

Bakı, 2 noyabr, AZƏRTAC

Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyan dünən qonşu Azərbaycanı növbəti dəfə “xoşbəxt etmək” qərarına gəlib.

AZƏRTAC “Caliber” nəşrinə istinadla xəbər verir ki, Badasyan öz dövlətinin “səxavətini” nümayiş etdirməyi qərara alaraq deyib: “Erməni tərəfi Azərbaycan ilə sərhəddə üç yeni nəzarət-buraxılış məntəqəsinə (NBM) xidmət etməyə hazırdır. Sərhəd buraxılış məntəqələri və nəzarət rejimləri artıq müəyyən edilib. Əgər Azərbaycan tərəfi bu NBM-lərin xidmətlərindən istifadə etmək istəyirsə, onda erməni tərəfi həmin xidmətləri təqdim etməyə hazırdır”.

Rəsmi Bakı tərəfindən artıq bir dəfə rədd olunmuş təklifi dönə-dönə yenidən səsləndirməyin mənası yoxdur. Azərbaycan tərəfinin dəfələrlə qeyd etdiyi kimi, qonşu dövlətin nümayəndəsi tərəfindən səsləndirilmiş üç absurd marşrut ümumi məqsədə xidmət etmir və Ermənistan kapitulyasiya aktını imzalayarkən ən optimal marşrutlar üzrə nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə uyğun gəlmir. İrəvan onun üçün yalnız yeni məyusluğa (bəlkə də tamam kədərli nəticələrə) gətirib çıxara biləcək oyunları davam etdirir. Hansısa bunkerdə kapitulyasiya aktını imzalayarkən bir söz demək, iki ildən sonra isə regional oyunçuların şübhəli dəstəyinə güvənərək oyunu dəyişməyə cəhd göstərmək olmaz. Ay qonşular, bu sizin üçün məhəllə futbolu deyil ki, oyunun gedişində fırıldaq işlədəsiniz.

Söhbət yeni marşrutun yaradılmasından yox, hələ sovet dövründə mövcud olmuş və fəaliyyət göstərmiş marşrutun bərpasından gedir. Həmin illərdə dəmir yolu boyunca avtomobil yolu da salınmışdı. Karen Dəmirçyanın başçılığı ilə Ermənistan SSR-in ovaxtkı rəhbərliyi Araz çayının şimal sahili boyunca Mincivandan Ordubada avtomobil yolunun çəkilməsinə müqavimət göstərmək üçün dəridən-qabıqdan çıxırdı. Lakin Sov.İKP MK Siyasi Bürosunun üzvü, nəqliyyat sektoruna cavabdeh olan Heydər Əliyev bu yolun çəkilməsinə nail oldu. Ermənistanın sonrakı hakimiyyət orqanları həmin yolu yenidən yararsız vəziyyətə saldılar. O vaxt Heydər Əliyev qarşıya qoyulan məqsədə nail olduğu kimi, indi də İlham Əliyev bu işi başa çatdıracaq. Qoy, Ermənistanda (və bəzi başqa ölkələrdə) buna şübhə etməsinlər. Bu, hansısa “şıltaqlıq” deyil, belə bir mübahisəsiz faktın başa düşülməsidir ki, bu marşrut ən qısa və hər cəhətdən optimal marşrutdur.

Ermənistanın təklif etdiyi marşrutlar üzrə yolun uzun olması öz yerində, onlar həm də topoqrafik səbəblərə görə əlverişli deyil. Asiyadan Avropaya yük axınının artması şəraitində qış aylarında dağ aşırımlarından keçən bu dolanbac yollarda nəqliyyatın hərəkətini təmin etmək mümkün olmayacaq. Ermənistan tərəfi Azərbaycana özünün əbədi tıxacları, qar tufanları və başqa çətinlikləri ilə seçilən “Yuxarı Lars” variantını “hədiyyə etmək” üçün qəsdən bu əngəlləri törədir.

Ermənistan mətləbdən yayınmağa cəhd göstərərək “dəhliz” və “eksterritorial” sözlərindən yapışır. Söhbət həmin yolların necə adlandırmasından getmir (yeri gəlmişkən başqa hallarda Ermənistan nədənsə, “dəhliz” sözündən istifadə etməyə əsla utanmır). Kommunikasiyaların açılması cənub qonşularımızın dönə-dönə şivən qaldırdıqları dövlət sərhədlərinin (onları “tarixi sərhədlər” adlandırsalar belə) dəyişməsinə, suverenliyin pozulmasına və ya daha nələrəsə gətirib çıxarmayacaq. Məgər körfəzdən Qara dəniz limanlarına gedən, noyabrın 1-də Tehranda aparılmış Ermənistan-İran danışıqlarının iştirakçılarının niyyətinə görə İran, Ermənistan və Gürcüstan ərazisindən keçməklə Hindistanı Avropa ilə birləşdirməli olan Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi bu ölkələrin suverenliyini hər hansı şəkildə pozurmu, onların sərhədlərini dəyişirmi? Yox! Onda Cənubi Qafqazda “tarixi sərhədlərin dəyişməsi” barədə İrandan səslənən bu isteriya nəyə lazımdır?! Bəs Ermənistan 30 il ərzində bizim sərhədlərimizi dəyişməyə cəhd göstərəndə İran harada idi?! Hətta Xudafərin ətrafında bənd tikməyə də utanmadınız! Məgər dostlar belə hərəkət edərmi?!

Budur, indi İrəvan öz cənub qonşusunun gözlənilmədən təklif etdiyi dəstəkdən ruhlanaraq “pozada” dayanıb və heç kəsin pozmağa hazırlaşmadığı suverenlik barədə danışmağa başlayıb! Yəni, doğrudanmı aydın deyil ki, Ermənistan beləliklə özünü təcrid olunmuş vəziyyətdə qoyacaq, ona görə ki heç kəs onun Azərbaycan ərazisində nəqliyyat imkanlarından birtərəfli qaydada istifadə etməsinə yol verməyəcək. Bakı özü üçün alternativ variantlar tapacaq (artıq tapıb), bəs siz nə edəcəksiniz? Türklərin bu başıbəlalı 46 kilometr məsafəni getməsinə imkan vermədiyinizə görə sevinərək yenə təcrid olunmuş vəziyyətdə qalacaqsınız? Bu, “qonşunun acığına öz gözünü çıxarmağa” bənzəmirmi?

Yeri gəlmişkən, Ermənistan hökumətinin üzvünün dünənki bəyanatında bir neçə dəfə nəzarət-buraxılış məntəqəsinin adını çəkməsindən açıq-aydın görünür ki, onun ölkəsi Laçın yolu barədə seçimini edib. İndi Xankəndidə lap milyon nəfəri meydana çıxarsanız da, xeyri yoxdur. NBM deyirsiniz - NBM olsun, suverenlik deyirsiniz - suverenlik olsun! Ancaq Azərbaycan məqsədinə nail olacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib