“NƏ? HARADA? NƏ VAXT?” OYUNU ÜZRƏ ÇEMPİONAT BAKIDA KEÇİRİLƏCƏK
Martın 7-də Gənclər, İdman və Turizm Nazirliyində “Nə? Harada? Nə vaxt?” klubları Beynəlxalq Assosiasiyasının vitse-prezidenti Andrey Kozlovun mətbuat konfransı olmuşdur. Mətbuat konfransının iştirakçıları “Nə? Harada? Nə vaxt?” assosiasiyasının və oyununun yaradıcısı akademik Vladimir Voroşilovun xatirəsini bir dəqiqəlik sükutla andılar.
Andrey Kozlov jurnalistlərə bildirdi ki, iyunun 14-16-da Bakıda “Nə? Harada? Nə vaxt?” oyunu üzrə dünya çempionatı keçirmək nəzərdə tutulur. O, belə yüksək səviyyəli çempionatın burada keçirilməsi təşəbbüsünü irəli sürmüş Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyinə, Azərbaycan Respublikasının hökumətinə, Gənclər, İdman və Turizm Nazirliyinə minnətdarlığını bildirdi.
O dedi ki, gözlənildiyinə görə, çempionatda MDB ölkələrindən 24 komanda, habelə ABŞ, Almaniya və İsraildən olan bilicilər iştirak edəcəklər. İlkin məlumata görə, ölkəmiz 6 komanda ilə təmsil olunacaqdır.
Otuz il əvvəl məhdud sayda bilici tərəfindən bünövrəsi qoyulan “Nə? Harada? Nə vaxt?” oyunu hazırda təkcə keçmişdə SSRİ-yə daxil olan ölkələrdə deyil, bütün dünyada böyük şöhrət qazanmışdır. Bu intellektual oyunun Azərbaycanda çoxlu pərəstişkarı var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.11.2026 [15:35]
Azərbaycan parakarateçisi Avropa çempionatında qızıl medal qazanıb
- 04.11.2026 [14:31]
“Qalatasaray” rusiyalı yarımmüdafiəçi ilə yeni müqavilə imzalamaq istəyir
- 04.11.2026 [13:22]
Azərbaycan Premyer Liqasının XXI turu “Zəfər turu” elan edilib
- 04.11.2026 [12:25]