Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Nə qədər ki, gec deyil, siqaretdən imtina etmək lazımdır

Nə qədər ki, gec deyil, siqaretdən imtina etmək lazımdır

Bakı, 21 noyabr. AZƏRTAC

Siqaret çəkərkən udulan hər nəfəsdə tütün tüstüsü 50 min beyin hüceyrəsini məhv edir. Alimlərin apardıqları tədqiqatın nəticələrinə görə, siqaret tüstüsü hətta ürəyin formasını da dəyişir. Səhiyyənin aktual problemlərindən olan tütünçəkmə qeyri-infeksion xəstəliklərin risk faktorlarından biridir. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən XX əsrdə tütünçəkmə 100 milyon insanın həyatını itirməsinə səbəb olub və əgər onun qarşısı alınmazsa, yaşadığımız əsrdə 1 milyard insanın həyatına son qoya bilər.

Tütünçəkmədən İmtina Günü ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə AZƏRTAC-ın müxbirinə deyib: "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya" və "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn əsas vəzifələrə uyğun olaraq mərkəzimiz ilkin olaraq Mərkəzi Gömrük Hospitalının işçi heyəti arasında maariflənmə işləri həyata keçirir. Bunun üçün xəstəxana daxilində personalın iştirakı ilə maarifləndirici görüşlər təşkil edilir və tütündən imtina təşviq olunur. Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hər il dünyada 8 milyon insan tütünçəkmə və onun yaratdığı xəstəliklər nəticəsində həyatını itirir. Onun 1 milyonu passiv tütünçəkənlərdir, yəni tütün məmulatlarından istifadə etməyib, onun zərərli təsirinə məruz qalanlardır. Passiv tütünçəkmə nəticəsində də bir çox xəstəliklər yarana və yaxud mövcud xəstəliklərin ağırlaşmaları müşahidə oluna bilər. Eyni zamanda müxtəlif ürək-damar xəstəlikləri və tənəffüs yolu xəstəlikləri də tütünçəkmənin yaratdığı problemlərdən hesab olunur. Xüsusilə tütünçəkmə 90 faiz hallarda ağciyər xərçənginin yaranmasına gətirib çıxarır. Hesablamalara əsasən dünyada 700 milyon uşaq (dünyada yaşayan uşaqların yarısı) havada olan ikincili tütün tüstüsü ilə nəfəs alır. Bu isə onlarda xüsusilə tənəffüs yolu xəstəliklərinin yaranmasına və ağırlaşmalarına gətirib çıxara bilər. Beləliklə siqaret çəkənlər özləri ilə yanaşı ətrafdakıların da sağlamlığı üçün təhlükə yaratmış olur”.

Müsahibimiz söhbətə davam edərək deyib: “Siqaretdən istifadə dünyada ölümə səbəb olan 8 xəstəlikdən 6-sı üçün risk faktorudur. Araşdırmalar göstərir ki, ondan birbaşa imtina edənlərdə uğur göstəricisi 80 faiz olduğu halda azaldaraq imtina edənlərdə həmin rəqəm daha aşağı olmuşdur. Tütünçəkmədən imtina edənlərdə bir müddət absistensiya halı - başağrı, əsəbilik, yorğunluq, halsızlıq və s. müşahidə oluna bilər. Lakin tütündən imtina etdikdən sonra orqanizmdə ilk dəyişikliklər 20 dəqiqə sonra özünü büruzə verməyə başlayır. Qan təzyiqi, ürək döyüntüləri stabilləşir, qan dövranı sürətlənir. İlk 8 saat ərzində qanda oksigenin səviyyəsi normallaşır, Bu, uzun müddət siqaret tüstüsünə məruz qalan orqanizmdə gedən proseslərin sadəcə olaraq başlanğıcıdır. İlk 8 saat ərzində qanda oksigenin səviyyəsi normallaşır və beləliklə də infarkt riski azalır. Artıq 24 saat ərzində orqanizm özünü tənzimləmə prosesini gücləndirir. İki gün sonra isə qanda nikotinin səviyyəsi azalır, dad və qoxu duyğusu bərpa olunmağa başlayır. Əgər siqaretə 3 gün ara verilərsə, tənəffüs yolu və qida borusunun funksiyası yaxşılaşır. Nikotinin bütünlüklə orqanizmdən sorulması isə 12 həftəyə yaxın vaxt tələb edir. Həmin müddət ərzində xroniki yorğunluq hissi aradan qalxır, əl və ayaqlarda keyimə azalır, ağciyərlər normal funksiyasını nisbətən bərpa edir, beş il sonra isə infarkt təhlükəsi, qırtlaq, qida borusu, ağız boşluğu və ağciyər xərçənginə tutulma riski 50 faizə qədər azalır”.

Qəlyan və elektron siqaretlər barədə bəhs edən mütəxəssis qeyd edib ki, hər bir tütün məhsulu insan orqanizmində ölümcül xəstəliklərin yaranmasına gətirib çıxaran risk faktorudur: “Elektron siqaretlər və qəlyan yuxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Gigiyenik tələblərə riayət edilmədikdə hətta tənəffüs yollarının infeksion xəstəliklərin yayılmasına gətirib çıxarır. Xüsusilə qapalı məkanlarda qəlyandan istifadə edilməsi nəticəsində insanlar həm də passiv tütünçəkməyə məruz qalırlar. Bu isə xəstəliklərin yaranma ehtimalını daha da artırmış olur. Nəticə etibarı ilə qəlyan və elektron siqaretlər də digər tütün məhsulları kimi orqanizm üçün zərərlidir”.

Dünya əhalisinin 30 faizinin siqaret çəkdiyini deyən Şəhla Mirzəzadə Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə 15 yaşından yuxarı kişilər arasında tütünçəkmə 33 faiz təşkil etdiyini diqqətə çatdırıb: “Ölkəmizdə tütün çəkən kişilərin sayının hələ də yüksək olmasına baxmayaraq, Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, ölkəmizdə böyüklər arasında tütünçəkmənin azalma tendensiyaları mövcuddur. Lakin bununla yanaşı, eyni dərəcədə və bəzi hallarda daha təhlükəli hesab edilən passiv tütünçəkmə göstəriciləri dünyanın əsasən inkişaf edən ölkələrində olduğu kimi Azərbaycanda da yüksəkdir. Buna görə də tütünçəkmədən imtinanın təbliği daim prioritet istiqamətlərdən biri olaraq qalır. Ona görə də həkimlər bu barədə həmişə xəbərdarlıq edirlər: nə qədər ki, gec deyil, nə qədər ki, iş işdən keçməyib, tütünçəkmədən imtina etmək lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın REPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub

DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb

Si Cinpin Avropa siyasətçilərini anti-Çin ritorikasından çəkindirməyə çalışır

Hava şəraiti ilə əlaqədar təsərrüfatlara zərər dəyməsi barədə son üç gündə 20 müraciət daxil olub

Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb

Azərbaycanın turizm imkanları Dubayda sərgilənir

Naxçıvanda “İpəkyolu Beynəlxalq Gənclər Forumu - 2024” keçirilib

Sülhün alternativi və hüquq - ŞƏRH

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə 9 medal qazanıblar

Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin təkmilləşdirilməsi məqsədilə müxtəlif tapşırıqlar icra ediləcək VİDEO

Azərbaycan və Rusiya Xalqlarının Dostluq Klubunun iclası keçirilib

Təhsil İnstitutunda doktoranturaya və dissertanturaya sənəd verənlər üçün “Açıq qapı” günü

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılır

Gənc heykəltaraş: Ən böyük arzum Azərbaycan heykəltaraşlığını dünyada tanıtmaqdır - MÜSAHİBƏ

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 50 arenası sırasına düşüb

Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək

Heydər Əliyev siyasi irsinin etik və sosial-psixoloji aspektləri - doktorantlar üçün mühazirə

Almaniya Moskvadakı səfirini geri çağırır

Yasamalda taksi sürücülərini dələduzluq edərək aldadan və motosiklet oğurlayan şəxslər saxlanılıblar VİDEO

Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb

Azərbaycan dili, tarix və fizika fənləri üzrə olimpiadaların nəticələri açıqlanıb

Həndbol üzrə Azərbaycan çempionatı: “Kür” və “Bakı” inamlı qələbə qazanıb

AZAL bu yay 60-a yaxın istiqamətdə aviareys həyata keçirəcək

® ABB “Mastercard”ın 2 mükafatını qazanıb

Rəsədxana: Mayın 8-də geomaqnit qasırğası olması ehtimalı var

Ekspert: Süni intellektin tətbiqi ekologiyanın qorunmasına yeni imkanlar yaradır

“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib

Baş Prokurorluq: Qubadlı rayonunda sümük fraqmentinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Mərkəzi Bankda banklararası bazarda mövcud olan meyillər müzakirə olunub

Türkiyədə milli rəqslərimizin daha geniş təbliği ilə bağlı layihələr həyata keçiriləcək

Telefon rabitəsi xidmətləri zamanı tariflərdən əlavə ödənişlərin tələb edilməsi aşkar edilib

Stokholm 2026-cı ildə yelkənli idman üzrə dünya çempionatına ev sahibliyi edəcək

Dmitri Peskov: Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir

® “Kapital Bank”ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

“Tesla” Hindistan şirkətini məhkəməyə verib

Gürcüstan Qərbin riyakar siyasətini yaxşı xatırladığı üçün yenidən şirin vədlərə aldanmaq istəmir ŞƏRH

Azərbaycanın U-19 millisinin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb

Tokio Olimpiadasının mükafatçısı Bakıda qızıl medal qazanıb

Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq

Demokratların Nümayəndələr Palatasındakı lideri Ukraynaya qoşun göndəriləcəyini istisna etmir

Mobil telefondan çox istifadə edənlərdə xərçəng xəstəliyinin yaranma ehtimalı daha böyükdür

Keniyada daşqınlar 228 nəfərin həyatına son qoyub

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb

“Şagirdlərin qiymətləndirilməsi” işçi qrupunun növbəti təlim görüşləri olub

“Bilimdən Zəfərə” layihəsi 70-ə yaxın şəhid övladını əhatə edib

Azərbaycanın 22 samboçusu Avropa çempionatında iştirak edəcək

Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatorunu qəbul edib YENİLƏNİB VİDEO

Baş Prokurorluq: Ağdərə rayonunda sümük fraqmentləri aşkarlanıb

Birinci sinfə elektron qeydiyyatla bağlı vətəndaş müraciətləri cavablandırılır

Almaniya Kiyevə “Patriot”, IRIS-T və “Skynex” sistemləri verəcək

Prezident Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyib

Rəvan Həsənov: Özünün multikulturalizm modelini yaradan Azərbaycan sülh şəraitində birgə yaşayışın parlaq nümunəsidir

EURAS-ın prezidenti BANM-də master-klas keçib

Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda uğurla çıxış edib VİDEO

“AzerGold” ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndirib

Onun uşaqları atasız böyüyür... Culian Assanjın ən yaxın iş yoldaşı AZƏRTAC-a danışdı

ANAMA: Ötən həftə 2046 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib VİDEO

Krımda Rusiyaya məxsus hərbi qayıq vurulub

Paytaxt məktəbləri üzrə I sinfə qəbulla bağlı 28 min 337 sorğu yerləşdirilib

Qaxda Kürmükoba bayramı qeyd olunub

Ötən ay Bakı metrosundan 20 milyondan çox sərnişin istifadə edib

Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

Azərbaycanla Albaniya arasında viza tələbi qarşılıqlı olaraq aradan qaldırılıb

“Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qərbin gətirdiyi “demokratiya” müharibə, qaçqın, inqilab, xaos kimi anlayışlarla assosiasiya olunur - ŞƏRH

DİA-da təlim: Dövlət idarəçiliyi və siyasi şüur müasir çağırışlar kontekstində

Türkmənistanda Azərbaycanın kulinariya nümunələri təqdim edilib

Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Rusiyada qeyri-strateji nüvə silahının hazırlanması və tətbiqi təlimi olacaq

“Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ər-arvadın əmlakının bölünməsi proseduru nədən ibarətdir?

Azərbaycan Tibb Universiteti Avropanın qabaqcıl tibb müəssisələri ilə əməkdaşlığı genişləndirir

Turizm və Menecment Universitetinin tələbələri üçün məlumat sessiyası

® “Azərlotereya” “Bakı Marafonu-2024”də

Bir neçə küçənin işıqforlarında velosiped bölmələrinin quraşdırılması başa çatdırılıb

Yuri Syomin: Ümid edirəm ki, “Qəbələ” yenidən əvvəlki günlərinə qayıdacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində dəyişiklik еdilməsi hаqqındа
Azərbaycan Respublikasının Qanunu

Çin Xalq Respublikasının Sədri Fransada səfərdədir

Sinay yarımadasında firon III Tutmosun evinin qalıqları tapılıb

Apreldə 150 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Quş qripinə qarşı epizootoloji monitorinqlər aparılacaq

Hindistanın Manipur ştatında hava şəraiti ilə əlaqədar məktəblər bağlanıb

UNEC ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramı müzakirə olunub

“SpaceX” kosmik turizm üçün müraciətləri qəbul etməyə başlayıb

“Urbanda görüşərik” layihəsi çərçivəsində növbəti tədbir: “Qiraət axşamı”

İmtahanda istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib

Dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi elan edilir