İQTİSADİYYAT
“Neft daşları” Dəniz Qazma İşləri İdarəsi yeni quyular qazır
Bakı, 6 dekabr (AZƏRTAC). Neft daşları yatağındakı 2521 nömrəli platformadan 2528 nömrəli quyunun qazma işlərinə başlanılmışdır. ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, layihə dərinliyi 1520 metr olan quyu Qala lay dəstəsinə qazılır. Geoloqların hesablamalarına görə, quyudan sutkada 15 ton neft hasil olunacaqdır.
“Pirallahı Şimal Qırışığı” sahəsindəki 1105 nömrəli meydançada qazılan 1106 nömrəli quyunun layihə dərinliyi isə 960 metrdir. Qirməkialtı lay dəstəsinə qazılan həmin quyudan sutkada 5 ton neft hasil ediləcəyi gözlənilir.
Hər iki quyu Kompleks Qazma İşləri Trestinin “Neft daşları” Dəniz Qazma İşləri İdarəsi tərəfindən qazılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]