İQTİSADİYYAT
Neftin qiyməti son iki gündə ən böyük artım göstərərək 32 dollar/barreli ötüb
Bakı, 25 yanvar, Nihad Budaqov, AZƏRTAC
Neftin qiyməti son yeddi ildən artıq bir müddətdə iki gündə ən böyük artım göstərərək 32 dollar/barreli ötüb.
AZƏRTAC xəbər verir ki, hazırda Londonun İCE birjasında “Brent” markalı neftin barrelinin qiyməti 32,24 dollara satılır. “Layt” markalı neftin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 32,19 dollara alıcı axtarır.
ABŞ-dakı böyük ehtiyatlar və İranın neft ixracına başlayaraq təklifi artıracağı ilə bağlı narahatlıqların davam etdiyi vaxtda neftin qiyməti bu il üzrə proqnozlardan hələ də 12 faiz aşağıdadır.
Mərkəzi ofisi Sidneydə yerləşən “CMC Markets”in mütəxəssisi Maykl Makkarti bildirib ki, bazarda neft alışı sürətlə artır. Uzunmüddətli aşağı trend isə davam edir və bu vəziyyətdə bazar da təmkinli olunmalıdır.
“Bank of Montreal”ın rəhbəri Vilyam Dovn isə qiymətin normallaşmasının üç ilədək vaxt alacağını və sürətli qiymət artımı ehtimalının isə az olduğu qənaətindədir.