DÜNYA
Nepalda pələnglərin populyasiyası son 13 ildə üç dəfə artıb
Bakı, 29 iyul, AZƏRTAC
Nepal pələnginin populyasiyası 2009-cu ildən bəri 121 başdan 355 başa qədər artıb və artıq onların yoxolma təhlükəsi aradan qalxıb.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, bu istiqamətdə həlledici amil brakonyerliyə qarşı uğurlu mübarizə olub. Hazırda Nepalda yırtıcıların təhlükəsizliyini hərbçilər qoruyur. Lakin pələnglərin populyasiyasının artması yerli sakinlər üçün əlavə təhlükə yaradır. Təkcə son bir ildə 16 nepallı pələng hücumlarının qurbanı olub.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının məlumatına görə, dünyada cəmi 6 mindən də az pələng qalıb. 2010-cu ildə 13 ölkə 2022-ci ilə qədər bu yırtıcıların populyasiyasını iki dəfə artırmaq barədə razılığa gəlib, lakin indiyədək buna yalnız Nepal nail olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [15:46]
Banqladeşdə isti hava dalğası nəticəsində 15 nəfər ölüb
- 06.05.2024 [15:10]
Qazaxıstan və Vyetnam arasında vizasız rejim mayın 25-də qüvvəyə minəcək
- 06.05.2024 [15:07]
Almaniya Moskvadakı səfirini geri çağırır
- 06.05.2024 [15:03]
Pakistan hava çirklənməsi ilə mübarizə kampaniyasına başlayıb
- 06.05.2024 [14:08]
“Tesla” Hindistan şirkətini məhkəməyə verib
- 06.05.2024 [13:42]
Bundan sonra Everestə qalxmaq icazə ilə mümkün olacaq
- 06.05.2024 [13:33]