İQTİSADİYYAT
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "DAAL Venture Capital" ilə anlaşma memorandumu imzalayıb
Bakı, 30 may, Pərvanə Rəhimova, AZƏRTAC
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə "DAAL Venture Capital" arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimi mayın 30-da Bakıda keçirilən "Monex Caspian" sammiti çərçivəsində baş tutub.
Sənədi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “DAAL Venture Capital" şirkətinin icraçı direktoru Abdurrahman Al-Qahdani imzalayıblar.
Memoranduma əsasən, tərəflərin birgə yaradacağı fond vasitəsilə Azərbaycandakı startaplara maliyyə vəsaiti ayrılacaq.