ELM VƏ TƏHSİL
Nərgiz Məmmədova: Fransız-Azərbaycan Universitetinə qəbul olmaq arzum idi
Bakı, 12 avqust, İbrahim Əsədov, AZƏRTAC
Təhsilimi Fransız-Azərbaycan Universitetinə (UFAZ) davam etdirəcəyim üçün çox sevinirəm. Məhz bu ali məktəbə qəbul olunmaq mənim arzum idi.
Bu fikirləri 2016-2017-ci tədris ili üçün Fransız-Azərbaycan Universitetinə keçirilən ilk qəbul imtahanlarında uğur qazanaraq təhsil müəssisəsinə qəbul olunan Nərgiz Məmmədova AZƏRTAC-a müsahibəsində bildirib.
N. Məmmədova bu il Bakıdakı 46 nömrəli tam orta məktəbi bitirib. Birinci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 532 bal toplayıb. UFAZ-a aparılan qəbul imtahanını da uğurla verib.
O deyib: “Atam özəl sektorda, anam neft sənayesi sahəsində çalışır. Mən bacarıqlı mühəndis olmaq, ölkəmizə ləyaqətlə xidmət etmək arzusundayam”.