Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nəzarət tədbirlərinin nəticələrinin açıqlanması şəffaflığın artırılmasına xidmət edən preventiv tədbirdir

Nəzarət tədbirlərinin nəticələrinin açıqlanması şəffaflığın artırılmasına xidmət edən preventiv tədbirdir

Bakı, 31 avqust, AZƏRTAC

Hesablama Palatası ötən ildən başlayaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada illik fəaliyyəti ilə bağlı hesabatdan əlavə, 6 ay ərzində həyata keçirilmiş nəzarət tədbirləri üzrə də məlumatlar təqdim edir. Nəzarət tədbirlərinin nəticələrinin açıqlanması nə kimi məqsəd daşıyır? Yarımillik hesabat dövrü ümumiləşdirilsə, hansı məqamları xüsusi qeyd etmək olar? Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏTAC-ın bu və digər suallarını cavablandırıb.

- Əvvəlcə onu deyim ki, cari ilin birinci yarısında 34 nəzarət tədbirinin nəticələri ilə bağlı qərarlar qəbul olunub və bu tədbirlər 2012-2014-cü illər üçün dövlət büdcəsi xərclərinin müxtəlif dövrlər üzrə icrasını əhatə edib. Həyata keçirilən nəzarət tədbirlərinin nəticələri əvvəlki audit tədbirlərində müşahidə olunan meyllərin və rast gəlinən nöqsanların hələ də təkrarlandığını göstərir. Belə ki, dövlət satınalmalarını tənzimləyən qanunvericilik aktlarının tələblərinin bu və ya digər aspektlərdən pozulması halları, demək olar ki, bütün nəzarət obyektlərinə xas olub. Həmçinin vəsaitin təyinatının dəyişdirilərək icra edilməsi halı da ən çox rast gəlinən meyillərdəndir. Qeyd edim ki, bu hal təkcə xərclərin iqtisadi təsnifat kodunun dəyişdirilməsini deyil, həmçinin, vəsaitin funksional fəaliyyətə aid olmayan tədbirlərə yönəldilməsini nəzərdə tutur.

Eyni zamanda, cari ilin ilk 6 ayı üzrə əldə edilmiş nəticələrə görə, təmir-tikinti ilə bağlı fəaliyyətin təmin edilməsi zamanı yol verilmiş nöqsanların dövlət büdcəsinə bərpa edilmiş vəsaitlərin tərkibində ən böyük xüsusi çəkiyə malik olduğu müəyyənləşib. Biz Hesablama Palatasının 2014-cü ildəki fəaliyyətinə dair Hesabatın təqdimatı zamanı da qeyd etmişdik ki, tikintidə müqavilə qiymətinin mövcud müəyyənedilmə qaydası dəyişdirilməlidir. Çünki bu metodikada artıq xərclərin yaranması riski mövcuddur. Ümumiyyətlə, büdcə xərcləmələrinə dair bəzi normativ bazanın gücləndirilməsinə ehtiyac var.

- Hesablama Palatasının fəaliyyəti ilə bağlı diskussiyalarda bəzən Palatanın fəaliyyətinə dair informasiyanın kifayət qədər olmaması qeyd edilir. Bununla bağlı nə deyə bilərsiniz?

- Hesablama Palatasının fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında müstəqillik, obyektivlik, kollegiallıq, şəffaflıq, ədalətlilik və peşəkarlıq prinsipləri Palatanın fəaliyyətinin əsas prinsipləri kimi göstərilir və biz fəaliyyətimizdə bu prinsipləri rəhbər tuturuq. Bir faktı qeyd edim ki, mərkəzi və yerli dövlət orqanlarının onlayn şəffaflıq vəziyyəti ilə bağlı aparılmış son monitorinqin nəticələrinə əsasən Palata 73 mərkəzi dövlət orqanı arasında 7-ci yerdədir və əvvəlki nəticəyə nisbətən 6 pillə irəliləyib. Hərçənd, biz bu göstərici ilə razı deyilik və hesab edirik ki, daha dəqiq araşdırma aparılmalı idi.

Hesablama Palatasının öz fəaliyyətinin illik nəticələri ilə yanaşı, altı ay üzrə məlumat təqdim etməsində də əsas məqsəd ictimaiyyətin Palata və onun yerinə yetirdiyi funksiyalar barədə daha çox məlumatlandırılmasıdır.

Diqqətə çatdırım ki, Palata öz rəsmi saytı vasitəsilə büdcəsinin icrasına dair ətraflı rüblük məlumatlar təqdim edir. Eyni zamanda, Hesablama Palatasının hesabatları dövlət büdcəsinə dair çox dəyərli informasiya mənbəyidir. Saytımızda 2014-cü ilin dövlət büdcəsinin icrasına və Palatanın fəaliyyətinə dair rəy və hesabat geniş şəkildə təqdim olunub. Başa çatmış audit tədbirləri üzrə Kollegiya iclasları ilə bağlı müntəzəm olaraq informasiyalar dərc edilir.

Təbii ki, şəffaflığın təmin edilməsində vacib şərtlərdən biri də dövlət vəsaitlərinin icrası ilə bağlı həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələrinin açıqlanmasıdır. Hazırda Palatanın rəsmi saytının yeni variantı üzrə işlər yekunlaşma ərəfəsindədir. Həyata keçirilmiş nəzarət tədbirlərinin nəticələri üzrə məlumatların dərci ilə bağlı tədbirlər planı hazırlanıb və bu istiqamətdə addımlar atılmaqdadır. Məlumatlar onların forma və məzmunu ilə bağlı Hesablama Palatası Kollegiyasının müvafiq qərarından sonra tezliklə saytda yerləşdiriləcək.

- Cari ilin 6 ayı üzrə təqdim edilmiş məlumatda 101 vəzifəli şəxslə bağlı müxtəlif intizam-tənbeh tədbirlərinin həyata keçirildiyi qeyd olunub. İntizam tədbirləri ilə bağlı proseslər necə tənzimlənir?

- Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin əsas məqsədi maliyyə inzibatçılığının gücləndirilməsi və hesabatlılığın artırlmasıdır. Bunlar isə, öz növbəsində, dövlət vəsaitlərinin istifadəsində qənaətlilik, səmərəlilik və nəticəliliyin yüksəldilməsinə xidmət edir. Bu baxımdan, nəzarət tədbirləri ilə bağlı görülmüş işlərin də qayəsini məhz bu prinsiplər təşkil edir. Yol verilmiş nöqsanlar nəticəsində vəsaitlərin müvafiq qanunvericiliyə uyğun olaraq audit obyektləri tərəfindən bərpa edilməsi, işlərin və xidmətlərin görülməsi fəaliyyətin əsas göstəriciləridir. Bununla yanaşı, maliyyə inzibatçılığının pozulmasına yol vermiş vəzifəli şəxslərlə bağlı intizam-tənbeh tədbirləri, digər nəticə göstəriciləri kimi, müvafiq qurumlar tərəfindən atılan addımlardandır. Mövcud Qanun Palata tərəfindən yalnız korrupsiya ehtimalı olan faktlara görə materialların hüquq-mühafizə orqanlarına göndərilməsini tələb edir. Audit tədbirlərinin nəticələrinə görə Hesablama Palatası, bütün hallarda, müvafiq Kollegiya qərarında günahkar şəxslərin ciddi cəzalandırılmasına, qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsinə dair tələb qoyur. Lakin bu şəxsə hansı inzibati cəzanın verilməsi audit olunan struktur vahidinin rəhbərinin və mərkəzi icra hakimiyyətinin səlahiyyətlərinə aiddir.

Qeyd edim ki, intizam-tənbeh tədbirləri dövlət vəsaitlərinin müvafiq qaydada icra olunmasında nöqsanlara yol vermiş şəxslərin cəzalandırılmasıdırsa, digər tərəfdən, bu, oxşar nöqsanlara yol verilməməsi baxımından preventiv addımdır.

- Palata nəzarət funksiyasını yerinə yetirir. Nəzarət isə ilk olaraq hərtərəfli məlumat əldə olunmasını tələb edir. Palatanın bu sahədəki fəaliyyəti necə təmin olunur?

- Mövcud qanunvericilik aktları bu istiqamətdə Palatanın səlahiyyətlərini təmin etməkdədir. Belə ki, “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanunu ilə bütün qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün müəssisələr, təşkilatlar, idarələr və onların vəzifəli şəxsləri Hesablama Palatasının müraciətləri əsasında qanunvericiliklə nəzərdə tutulmuş səlahiyyətlərinin yerinə yetirilməsi üçün ona zəruri olan məlumatları bir ay müddətindən gec olmayaraq verməlidirlər. Vəzifəli şəxslər bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Eyni zamanda, diqqətə çatdırım ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsi ilə Hesablama Palatasının üzvləri dövlət sirri təşkil edən məlumatlarla işləmək hüququna malikdirlər və onların bu məlumatları müvafiq yoxlamalara məruz qalmadan əldə etmək imkanları var. Palatanın vəzifəli şəxsləri müvafiq qaydada dövlət sirri təşkil edən məlumatları əldə edə bilirlər.

Praktikada bəzən tələb olunan məlumatların tam və vaxtında verilməməsi halları olur. Lakin Palatanın həmin hesabat və məlumatların alınmasında problemi yoxdur. Diqqətə çatdırmaq istərdim ki, hesabatlılıq maliyyə nəzarəti üçün əsas şərtdir.

Bununla yanaşı, dövlət vəsaitlərinin istifadəsi ilə bağlı Prezident tərəfindən müəyyən edilmiş meyarları, eyni zamanda, müasir dövrün çağırışlarını və beynəlxalq standart və təcrübələri əsas götürərək Palatanın məlumat əldə etməklə bağlı səlahiyyətləri onun fəaliyyətini tənzimləyən yeni qanun layihəsində bir qədər də genişləndirilib.

- Son dövrlərdə müşahidə edilən qlobal makroiqtisadi şərait dövlət büdcəsi vəsaitlərinin daha qənaətli və səmərəli icrasını tələb edir. Bununla bağlı fikirlərinizi bölüşmənizi istərdik.

- Mövcud siyasi-iqtisadi vəziyyət büdcə xərclərinin yeni iqtisadi reallıqlara uyğunlaşdırılmasını, orta müddətli dövrdə büdcənin balanslaşdırılmasını diktə edir.

Cari dövrün xüsusilə həssas bir dövr olduğunu, növbəti ildə də dövlət vəsaitlərinin istifadəsi ilə yanaşı, proqnozlaşdırılmasına da ehtiyatlı yanaşmanın zəruriliyini əsas tutaraq, Palata öz təkliflərini 2016-cı ilin büdcə müzakirələrində nəzərə alınması məqsədilə Milli Məclisə təqdim edib. Həm bu təkliflər, həm də Palatanın büdcə layihələri və dövlət büdcəsinin icrası ilə bağlı rəylərində əks olunan təkliflərin müəyyən hissəsi məhz bu məqsədi daşıyır.

Büdcə vəsaitlərinin səmərəli və qənaətli istifadəsinin bir yolu da həmin vəsaitlərin əsaslı planlaşdırılması və proqnozlaşdırılmasıdır. Başqa sözlə desək, xüsusilə bu həssas dövrdə tədbirlərin müəyyən edilmiş hədəf və vəzifələrə uyğunlaşdırılmasını təmin etmək vacibdir. Tədbir və hədəflərin uzlaşdırılması, eyni zamanda, büdcənin qənaətli icrası, həmçinin, dövlət borcunun optimal idarə edilməsi, son nəticədə, Dövlət Neft Fondundan transfertlərin məbləğinin azaldılmasını, nəticəliliyin əldə olunmasını da təmin edər.

Ümumiləşdirmə aparsaq, deyə bilərəm ki, növbəti ildə dövlət büdcəsinin xərclərinin büdcənin gözlənilən icrasından çox olmamaqla proqnozlaşdırılması, büdcə kəsirinin beynəlxalq səviyyədə qəbul olunan norma daxilində planlaşdırılması və örtülməsi daha çox daxili borclanma və digər mənbələr istiqamətində əməli tədbirlər görülməsi hesabına məqsədəuyğun olardı. Əsaslı xərclərlə yanaşı, cari xərclərdə də azalma mənbələri mövcuddur. Belə ki, büdcədən maliyyələşən təşkilatlar öz büdcələrində hansı xərclərin artıq olmasını daha yaxşı bilirlər və buna görə də müvafiq təkliflə müraciət etməlidirlər.

Əsas məqsəd xərclərin azaldılması deyil. Büdcə xərclərinin müəyyən hissəsinin multiplikativ effektlə iqtisadi artıma dəstək olduğu nəzərə alınmalıdır. Xərclər dövlətimizin başçısının müəyyən etdiyi prioritet istiqamətlərin icrasını tam şəkildə təmin etməlidir. Bu istiqamətdə isə səmərəlilik və qənaətlilik meyarları önə çıxır.

İnanırıq ki, hər il olduğu kimi, növbəti ilin büdcəsi də ölkənin inkişaf prioritetlərinə uyğun tərtib və təsdiq ediləcək.

- Bəs Palatanın institusional inkişafı ilə bağlı hansı tədbirlər nəzərdə tutulur?

- Ötən il Palatanın 2012-2014-cü illər üzrə Strateji İnkişaf Planının və həyata keçirilən beynəlxalq layihənin yekun ili olub. Layihə çərçivəsində bir sıra mühüm addımlar atılıb, xüsusilə yeni audit metodlarının tətbiqi ilə bağlı potensial gücləndirilib. Habelə Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı - INTOSAI tərəfindən qəbul olunan beynəlxalq standartların (ISSAI) tərcüməsi həyata keçirilib, 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planı hazırlanıb.

Həyata keçirilmiş bu mühüm tədbirlərin məntiqi davamı olaraq hazırda Palatada Avropa İttifaqı və Hesablama Palatası arasında qarşılıqlı əməkdaşlığın məhsulu kimi Tvinninq layihəsinin həyata keçirilməsi ilə bağlı işlər görülməkdədir. Həmin layihə hazırlıq mərhələsində olsa da, Palatanın qarşısında duran əsas inkişaf məqsədlərinə nail olunması istiqamətində əhəmiyyətlidir.

2014-cü ildə sona çatmış layihənin əsas, deyərdim ki, ən vacib nəticəsi Palatanın fəaliyyətini tənzimləyən yeni qanun layihəsinin hazırlanmasıdır. Qanun layihəsi Hesablama Palatasının kənar dövlət maliyyə nəzarəti orqanı olaraq fəaliyyətinin icra olunmasında funksiya və səlahiyyətlərə bir qədər yeni, geniş və modern baxışı nəzərdə tutur. Eyni zamanda, dövlət maliyyə sistemində daxili və kənar nəzarətə konseptual yanaşmanın mühüm məqamlarını da özündə əks etdirir. Bütün bunlar Palata qarşısında duran vəzifə və məqsədlərə daha səmərəli şəkildə nail olunmasına imkan verəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub